Facebook Twitter WhatsApp

Kafirlərin yaxşılıqları

Sual: Qurani-kərimdə kafirlərin əzablarının heç vaxt yüngülləşməyəcəyi müxtəlif ayələrlə bildirilir. Cəmiyyətə yaxşılıqları toxunmuş kafirlərlə, cəmiyyətə zülm etmiş zalım kafirlərin vəziyyəti eyni ola bilərmi?
CAVAB
Əlbəttə eyni olmaz. Zalım kafirlə məzlum kafir eyni əzabı görmədiyi kimi, xəsis kafirlə səxavətli kafir də eyni əzabı görməyəcək. Cəhənnəmdəki ən yüngül əzab belə çox şiddətlidir. Dünya işkəncələriylə müqayisə belə edilə bilməz.

Çox səxavətli olan Hatəmi Tainin və Peyğəmbərimizin dünyaya gəldiyini müjdələyən cariyəsi Süveybəni sevincindən azad edən Əbu Ləhəbin əzablarının yüngülləşəcəyini bildirən hədisi-şəriflər vardır. Fəxri-aləmi çox sevən Əbu Talibin əzabının yüngülləşəcəyini bildirən hədisi-şərif də məşhurdur. [ƏBU TALİB: Rəsulullahın əmisi və Həzrəti Əlinin atası idi. Rəsulullah səkkiz yaşında ikən babası vəfat etdikdə, Əbu Talibin yanında qaldı. İslama düşmənlik etmədi. Hicrətdən üç il əvvəl, səksən yaşını ötmüş olaraq vəfat etdi. Dirildilərək iman etdiyi, İbni Hacəri Məkkinin  “Nemətül-kübra” mövlud kitabında və “Mirati-Məkkən”nin 1096-cı səhifəsində yazılıdır. Dörd oğlu və Ümmi Xani adlı və başqa bir qızı var idi.] (“Səadəti-Əbədiyyə”)

Darül-İslamda olan kafirlər Müsəlmanlığa inanmasalar da, İslamiyyətə tabe olsalar əzabları yüngülləşər. Kafirlərə axirətdə savab və mükafat olmayacağı üçün, əzablarının azalacağı düşünülür. (Faydalı Bilgilər)

Cənnətlik olmaq
Sual: 
Qəzetlərin xəbərinə görə, Fransız Dr. Emanuelle Cartier bağışladığı orqanlarıyla üç nəfərin həyatını xilas etdiyi üçün ona cənnətlik deyirlər. Orqan bağışlayan və ya insanlara böyük xidmətlər göstərən hər kəs Cənnətəmi gedər?

CAVAB
Cənnətə girmək üçün iman sahibi olmaq, yəni Müsəlman olmaq şərtdir. Bu şərti Cənnəti, Cəhənnəmi və hər şeyi yoxdan yaradan Allahü təala qoydu. İnsanların belə bir səlahiyyəti yoxdur. İnsanlar öz düzənləri üçün qanunlar, qaydalar qoyurlar. Məsələn, türkistanlı, azərbaycanlı və ya başqa ölkədəki bir türk, Türkiyəyə gəlsə, türk vətəndaşlığına qəbul edilmədiyi müddətdə, professor olsa da, Nobel mükafatı alsa da və ya Edison kimi elm adamı olsa da, türk vətəndaşına şamil olunan haqlardan faydalana bilməz. Məsələn, səsvermə hüququ olmaz, millət vəkili ola bilməz. Çünki Türkiyə vətəndaşı deyildir, vətəndaş olmayan, bu haqlara sahib ola bilməz. Cənnətə girmək üçün də, cənnətlik kimliyinə sahib olmaq lazımdır. Buna görə də Müsəlman olmaq, Əməntüdə bildirilən altı şərtə inanmaq və bəyənmək, yalnız Müsəlmanlığın haqq, digər bütün dinlərin batil, keçərsiz olduğuna inanmaq şərtdir. Allahü təala, qədim haqq dinləri ləğv etdiyini, yəni qüvvədən düşürdüyünü, indi haqq din olaraq sadəcə İslamdan razı olduğunu Qurani-kərimdə açıq-aydın bildirmişdir.

Səyahət üçün belə gələn turistləri hələ də pasportsuz qəbul etməyən ölkələr vardır. Cənnətə də iman pasportu olmadan buraxılmaz. Qeyri-müsəlmanlar Müsəlman olmadıqca, bəşəriyyətə nə qədər çox yaxşılıq edirlər-etsinlər, neçə-neçə faydalı kəşfləri olur-olsun, iman pasportları olmadıqca onlara Cənnətə girmə izni verilməz. Bir ayəti-kərimə məali belədir :
“Kafirlərin faydalı işləri fırtınalı bir gündə küləyin sovurduğu küllər kimidir. Axirətdə o işlərin heç bir faydası olmaz.” [İbrahim 18]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину