Sual: “Təkasür” surəsində, “Dəqiq bilgi sahibi olsaydınız, Cəhənnəmi əlbəttə görərdiniz” deyilir. Niyə bilərdiniz deyilmir, görərdiniz deyilir?
CAVAB
Burada görməkdən məqsəd, qəlb gözüylə görməkdir. Yəni, “Bildirilənləri dəqiq şəkildə bilib iman etsəydiniz, qəlb gözlərinizlə görərdiniz” deyilir, çünki elmi-yəqinlə bilmək, insanın Cəhənnəmi qəlb gözüylə görməsini təmin edir. Bəzi alimlərə görə burada bildirilən şey axirətdə görməkdir və bu xitab da kafirlərədir. “Axirətdə Cəhənnəmi [və layiq olduğunuz əzabı] mütləq görəcəksiniz” deməkdir. (Kurtubi təfsiri)
Ayəti-kərimədəki “Sitayiş etdiyiniz şeylər” ifadəsi
Sual: “Ənbiya” surəsinin 98-ci ayəsinin məalində, “Siz də, Allahı qoyub sitayiş etdiyiniz şeylər də, Cəhənnəmə girəcəkdir” deyilir. Bir ateist, “Buna görə xristianların sitayiş etdikləri Həzrəti İsa da Cəhənnəmə girəcək” dedi. Buna necə cavab vermək lazımdır?
CAVAB
Məal oxumaq belə yanlışlıqlara səbəb olur. Bu ayəti-kərimədə “və mə təa-budünə” ifadəsindəki “mə”, cansızlar üçün söylənir, orada “sitayiş etdiyiniz şeylər”dən məqsəd bütlərdir. İbni Abbas həzrətləri buyurdu ki: Bu ayəti-kərimə nazil olduqda müşriklər, “Bizim ilahlarımız təhqir edilir” dedilər. Bütpərəstlər, “İsa da Cəhənnəmə gedəcək?” deyə, ateistlər kimi eyni şeyi soruşduqda, bu məaldəki ayəti-kərimə nazil oldu: “Onlar üçün daha öncədən tərəfimizdən yaxşılıq təqdir edilmiş olanlar Cəhənnəmdən uzaqdırlar.” [Ənbiya 101] (Kurtubi təfsiri)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0