Sual: “Kafirlər axirətdə də iman etməyəcəklər, peşman olmayacaqlar. Cəhənnəm əzabı da kafirlərə zərər verməyəcək, zamanla atəşə öyrəşəcəklər” deyənlər olur. Bu fikirlər dinimizə zidd deyilmi?
CAVAB
Əlbəttə ziddir. Qiyamət günü hər kəs həqiqətləri görəcək və kafirlər dünyada iman etmədiklərinə görə çox peşman olacaqlar. “Bizi dünyaya göndərin, yaxşı əməllər işləyək” deyəcəklər. Onlara, “Siz dünyadan gəlmirsinizmi? “ deyə cavab veriləcək. Şiddətli əzabı gördükdə, “Kaş ki, torpaq olaydıq” deyəcəklər. (“Nəbə” 40, “Səcdə” 12, “İbrahim” 44)
“Kafirlər axirətdə peşman olmaz” deyənlər bu ayələri inkar etmiş sayılırlar. Kafirlərin əzablarının heç əksilməyəcəyi, hətta artacağı, çox peşman olacaqları Qurani-kərimdə açıq-aydın bildirilmişdir. (“Bəqərə” 86,162; “Ali İmran” 88; “Nəhl” 85; “Fatır” 36; “Mömin” 49,50; “Zuhruf” 75) [Bu ayəti-kərimələr necə inkar edilə bilər?]
Dinsiz Cəhənnəmə gedəcək
Sual: “Ateist və dinsiz Cəhənnəmə gedəcəkdir” deyirlər. Bu qərar yanlış deyilmi? Kimin Cənnətə, kimin Cəhənnəmə gedəcəyini yalnız Allah bilməzmi?
CAVAB
Ateist iman etsə, Cənnətə gedə bilər, Müsəlman da küfrə düşüb Cəhənnəmə gedə bilər. Əlbəttə ki, bunu heç kim bilə bilməz. Lakin “Ateist iman etmədən ölsə Cəhənnəmə gedər” deyilir, çünki bunu Allahü təala bildirir. Söyləyən təqsirləndirilmir, kitabdan nəql edir. Məsələn, Allahü təala, “Kafirlər əbədi Cəhənnəmdə qalacaqlar” buyurur. Bir kimsənin də, kafirlərin sonsuz Cəhənnəmdə qalacağını söyləməsi, bunu nəql etməsi deməkdir. Özündən bir şey söyləmiş sayılmır.
Sonsuz Cəhənnəm kafir üçündür
Sual: Günahı savabından çox olan hər mömin günahlarının cəzasını Cəhənnəmdə çəkməyəcəkmi?
CAVAB
Əfvə və ya şəfaətə qovuşsa, cəza çəkmədən birbaşa Cənnətə gedər. Günah deyildikdə, çox vaxt içki içmək, yalan söyləmək kimi dinimizin əmrlərinə riayət etməmək anlaşılsa da, şirkə, küfrə də günah deyilir. Bu mövzu haqqında bir ayəti-kərimə məali:
“Allahü təala, şirki əsla əfv etməz, lakin şirkdən başqa olan [bütün] günahları istəsə əfv edər.” [Nisə 48]
Küfr olmayan günah haqqında bir ayəti-kərimə məali:
“De ki, “Ey çox günah işləməklə həddi aşan qullarım! Allahın rəhmətindən [bizi əfv etməz deyə] ümidinizi kəsməyin! Çünki Allah, əlbəttə bütün günahları əfv edər.”” [Zümər 53]
Günah, bəzən də küfür anlamına gəlir. İki ayəti-kərimə məali:
“Pislikləri və günahlarıyla əhatə olunanlar Cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.” [Bəqərə 81]
“Ona, “Allahdan çəkin” dedikdə, qüruru günah işlədər, artıq ona Cəhənnəm bəs edər.” [Bəqərə 206]
İmam Rabbani həzrətləri, Cəhənnəm əzabının günahlara deyil, küfrə qarşılıq olduğunu, küfür bulaşığı olan günahlar üçün də Cəhənnəmdə əzab çəkiləcəyini bildirir. (M. 266)
Sual: Müsəlman olub səhv etiqadda olanlar, kafirlər kimi Cəhənnəmdə sonsuz qalacaqlar?
Cavab: Müsəlman olan, yəni Əhli-qiblə olan, ibadət edən, lakin etiqadı Əhli-sünnət etiqadına uyğun gəlməyən və tövbə etmədən ölən kimsəyə, Cəhənnəmdə əzab edilsə də, belə Bidət sahibi Müsəlmanlar Cəhənnəmdə sonsuz qalmayacaqlar.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0