Facebook Twitter WhatsApp

Kafirlər Cəhənnəmə gedəcək

Sual: Bəzi şəxslər, ateist, buddist, atəşpərəst, əhli-kitab Cənnətə girər deyirlər. Bunlar kafir deyilmi? Kafirlər Cəhənnəmə girməyəcəkmi?
CAVAB
Bir xoca da, yuxarıda bildirilən kafirlərin hamısının Cəhənnəmlik olduğunu izah etdikdə, bir neçə nəfər gəlir, “Xocam biz sizin fikrinizi dəstəkləmirik. Kafirlərin də Cənnətə girəcəyini bildirən başqa xocalar vardır” deyirlər. Xoca, “Bu mənim şəxsi fikrim deyildir, onsuz da heç kimin şəxsi fikri dində sübut sayılmır. Bu, Allahü təalanın Qurani-kərimdə açıq-aydın bildirdiyi bir hökmüdür” deyir. Amma onlar, “Allahın açıq bir hökmü olsaydı, heç digər xocalar belə söylərdilərmi” deyə etirazlarına davam edirlər. Ona görə də kafirləri belə Cənnətə salmağa çalışanlara cavab olaraq bu yazını yazmaq məcburiyyətində qaldıq.

Dinimizdə dörd dəlil var. Bunlardan qiyası-füqahanı və icmayi-ümməti ləğv etməyə çalışırdılar, sadəcə Kitab və sünnət deyirdilər, son zamanlarda, Sünnəti də çıxarmağa çalışırlar. Sadəcə Kitab [Quran] qalmışdı. Deməli indi Qurani-kərimə olan etimadı da sarsmağa çalışırlar.

Müsəlman olmayan hər kəsin əbədi Cəhənnəmlik olacağı hökmü bizim şəxsi görüşümüz deyil, uca Allahın mütləq əmridir, ayə və hədislərlə sabitdir. Bunu inkar edən Müsəlman kafir olur. Bu mövzu haqqında yüzdən çox ayə vardır. Bir neçəsinin məali belədir :
“Əlbəttə, əhli-kitabdan olsun, müşriklərdən olsun, bütün kafirlər Cəhənnəm atəşindədir, orada əbədi qalacaqlar. Onlar məxluqların ən pisidir.” [Bəyyinə 6]

“Kafirlər üçün hazırlanmış atəşdən uzaq durun!” [Ali İmran 131]

“Allaha və Rəsuluna qarşı üsyan edib həddi [dinin hökmlərini] aşanı Allah əbədi qalacağı bir atəşə salacaq.” [Nisə 14]

“Rəsula qarşı gəlib, möminlərin yolundan başqa bir yola gedəni, o istiqamətdə qoyub Cəhənnəmə salarıq. Ora nə pis bir yerdir.” [Nisə 115]

“Allah, Məryəm oğlu Məsihdir deyənlər kafir olmuşdur. Allah, Özünə şərik qoşana Cənnəti haram qılar, artıq onun yeri atəşdir və zalımlar üçün yardımçı yoxdur.” [Maidə 72]

“[Allah, Şeytana] dedi ki: Yerilmiş və rəhmətdən qovulmuş olaraq, oradan çıx, rədd ol. And olsun ki, sənə tabe olanları və sizin hamınızı Cəhənnəmə dolduracağam.” [Əraf 18]

“Kafirlərin aqibəti atəşdir.” [Rad 35]

“İçində əbədi qalacağınız Cəhənnəmə girin! Təkəbbürlü olanın yeri nə pisdir.” [Nəhl 29]

“Biz, Cəhənnəmi kafirlər üçün bir zindan etdik.” [İsra 8]

“Tərəzidə yüngül gəlib hüsrana uğrayanlar, Cəhənnəmdə əbədi qalacaqlar.” [Möminun 103]

“Allaha və Rəsuluna inanmayan o kafirlər üçün çılğın bir atəş hazırladıq.” [Fətih 13]
“Ey Nəbi, kafirlərlə [silahla] və münafiqlərlə [öyüdlə, dəlillə, sənədlə] cihad et, [öyüd də kar etməsə] onlara sərt davran! Onların gedəcəkləri Cəhənnəm, nə pis yerdir.” [Tövbə 73, Tahrim 9]

“Cəhənnəm, tağutları [kafirləri] gözləyən yerdir.” [Nəbə 21-22]

“Facirlər [kafirlər] Cəhənnəmdədir.” [İnfitar 14]

“Kafirlərə Cəhənnəm atəşi vardır. Öldürülməzlər ki, ölsünlər [ qurtulsunlar] , Cəhənnəm əzabı da yüngülləşdirilməz. Biz, küfürdə irəli gedəni belə cəzalandırırıq.” [Fatır 36]


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину