Sual: Həddi-büluğa çatmadan əvvəl ölən kafir uşaqları Cənnətə girəcəklərmi, girməyəcəklərmi?
CAVAB
Bu mövzu haqqında İslam alimləri yeddi fərqli qövül bildirmişdirlər. Bunlar belədir :
1- Həddi-büluğa çatmadan ölən kafir uşaqları Cənnətə girər. Hədisi-şəriflərdə buyuruldu ki:
“Cənnətdə İbrahim əleyhissalamın ətrafında uşaqlar gəzişir. Bunların aralarında müşriklərin kiçik yaşda ölən uşaqları da var.” [Buxari]
“Rəbbimdən, müşrik uşaqlarını bağışlamasını dilədim, qəbul edib Cənnətə saldı." [Ə.Nuaym]
“Hər uşaq İslam fitrəti ilə [İslama əlverişli olaraq] doğulur.” [Buxari]
2- Kafir uşaqları Cənnətdə möminlərə xidmətçi olarlar. Hədisi-şəriifdə buyuruldu ki:
“Rəbbimdən, kiçik yaşda ölən müşrik uşaqlarının Cənnətdə möminlərə xidmət etmələrini istədim, qəbul etdi.” [Hakim-i Tirmizi]
“Müşriklərin uşaqları Cənnət əhlinin xidmətçiləridir.” [Tabərani]
3- Ana-atalarına tabe olur. Ana-atasından biri Cənnətə getsə, uşaq da Cənnətə gedər. İkisi də Cəhənnəmə getsə, uşaqları da Cəhənnəmə gedər. Kiçik yaşda ölən müşrik uşaqlarının axirətdəki vəziyyəti soruşulduqda Rəsulullah əfəndimiz “Atalarına tabedirlər” buyurdu. Heç bir əməl işləmədən necə atalarına tabe ola bilərlər deyildikdə belə buyurdu:
“Böyüsəydilər, nə əməl işləyəcəklərini Allah əlbəttə bilir.” [Əbu Davud]
İki hədisi-şərif məali də belədir :
“Müşriklər də, uşaqları da Cəhənnəmlikdir.” [İ.Əhməd]
“Qız uşağını diri-diri basdıran da, basdırılan da Cəhənnəmdədir.” [Əbu Davud]
[Günahsız uşağın Cəhənnəmə gedəcəyi yeddi qövüldən biridir. Şəxsi ağlına görə bu hədisi-şəriflərə uydurma deyənlər, hədislərin və qövüllərin nə olduğu bilməyən cahillərdir. Fərqli hədisi-şəriflərdən ötrü fərqli məzhəblər meydana çıxmışdır. İmamın arxasında Fatihə oxumaq Şafiidə fərz ikən, Hənəfidə harama yaxın məkruhdur. İki hökmün bir-birinə bu qədər zidd olması, Rəsulullah əfəndimizin fərqli bildirməsindəndir. Peyğəmbər əfəndimiz də, ümmətinə rəhmət olması üçün fərqli bildirmişdir. Buna görə də bir insan öz məzhəbinə görə edə bilmədiyi işi, sıxıntı olduqda başqa haqq məzhəbə görə edə bilər, fərqli qövüldəki rəhmətdən istifadə edə bilər.]
4- Kafirlərin uşaqları böyüsəydi mömin və ya kafir olacaqdılar. Bu isə elmi-ilahidə bilindiyinə görə, hökm də ona görədir. Yəni kafir olacaqlar Cəhənnəmə, Müsəlman olacaqlar isə Cənnətə gedər. Hədisi-şərifdə buyuruldu ki:
“Həddi-büluğa çatsaydılar, nə əməl işləyəcəklərini Allah əlbəttə bilir.” [Buxari, Müslim, Nəsai]
5- Cənnətə də, Cəhənnəmə də girməz. Əraf adlanan yerdə qalar. Lakin ora da daimi yer deyil. Çünki Qiyamətdə Cənnət ilə Cəhənnəmdən başqa yer yoxdur. Hətta, “Axirətdə imtahan verərlər, məqbul olanlar Cənnətə, kəsilənlər Cəhənnəmə gedər” deyən alimlər də olmuşdur.
6- Kafir uşaqları torpaq olacaqlar. Cənnətə getmək üçün imanlı olmaq, Cəhənnəmdə əbədi kalmak üçün də imansız olmaq şərtdir. Kafirlərin uşaqları nə imanlı, nə də imansızdırlar. Bunlar yox olacaqlar. Dağ, meşə, mağara və ya çöldə yaşayıb dindən xəbəri olmayanlar da, imanlı olmadıqları üçün Cənnətə girməz, Allahı, Cənnəti, Cəhənnəmi eşitmədikləri üçün və inkar etmədikləri üçün Cəhənnəmə də girməz, heyvanlar kimi yox edilərlər.
7- Bəzi alimlər, fərqli hədisi-şəriflər qarşısında susmuşlar, bir şey deməmişlər. [Bu bilgilər, “Məktubatı-Rabbani”, “Fəraidül-fəvaid” və “Tac” kimi mötəbər əsərlərdən götürülmüşdür.]
Kafir uşağı iman etsə
Sual: Kafir uşağı iman edib həddi-büluğdan əvvəl ölsə necə olacaq?
CAVAB
Müsəlman uşağı kimi rəftar ediləcək.
Sual: Qeyri-müsəlman məmləkətlərdə yaşayıb İslamiyyəti eşitməmiş olanların və bunların kiçik yaşda ölən uşaqlarının axirətdəki vəziyyətləri necə olacaq?
Cavab: Bu mövzu haqqında İmam Rabbani həzrətləri “Məktubat” kitabında buyurur ki:
“Bu fəqirə görə dağda boya-başa çatıb, heç bir din eşitməyib, bütə sitayiş edən müşriklər nə Cənnətə, nə də Cəhənnəmə girməyəcəklər. Axirətdə dirildikdən sonra, hesaba çəkilib, zülümləri, qəbahətləri qədər məhşər yerində əzab çəkəcəklər. Hər kəsin haqqı verildikdən sonra bütün heyvanlar kimi bunlar da yox ediləcəklər. Bir yerdə sonsuz qalmayacaqlar. Hər kəsin ağlı dünya işlərində belə çaşıb səhv edərkən, Allahü təalanın ağılları ilə tapa bilmədikləri üçün qullarını sonsuz atəşdə yandıracağını söyləmək, mən faqirə çox ağır gəlir. Kiçik yaşda ölən kafir uşaqları da belə yox olacaqlar.
Bir Peyğəmbərin vəfatından sonra zalımlar tərəfindən dinin pozularaq unudulduğu yerlərdə yaşayıb, Peyğəmbərlərdən və İslamiyyətdən xəbəri olmayan insanlar da, Cənnətə və Cəhənnəmə salınmayacaq, belə təkrar yox ediləcəklər.” Qeyri-müsəlman məmləkətlərində yaşayıb, İslamiyyəti eşitməyənlər də bunlardandır.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0