Facebook Twitter WhatsApp

Şeytana əzab

Sual: Atəşdən yaradılan şeytan Cəhənnəmdə əzab görə bilərmi?
CAVAB
Haşa Allah, şeytana əzab verməkdən acizdirmi? Kitablarda bildirilir ki:
Cəhənnəmin bir hissəsinə “Zəmhərir” deyilir. Yəni ora soyuq Cəhənnəmdir. Soyuğu çox şiddətlidir. Bir an dözmək mümkün deyil. İmansızlara bir soyuq, bir isti, sonra soyuq, sonra isti Cəhənnəmə atılaraq şiddətli əzab ediləcək. (Fəraidül-fəvaid)
Cəhənnəmdə soyuq Zəmhərir əzablarının olduğu imam Qazali həzrətlərinin “Kimyayi-Səadət” və başqa kitablarında da bildirilmişdir. İlk insan torpaqdan yaradıldı. Digər insanların bədənləri torpaq maddələrindən əmələ gəldi. Lakin insan ət və sümükdür, torpaq deyildir. Cin də belədir. Atəş və havadan əmələ gəlsə də, atəş və hava deyildir. Şeytan da atəş və havadan yaradılsa da, atəş və hava deyildir. (Akamil-Mərcan)
Allahü təalanın qüdrəti sonsuzdur, O, aciz deyildir. Şeytana soyuq Cəhənnəmdə də, isti Cəhənnəmdə də əzab edər. Dəmir mişar dəmiri kəsdiyi kimi, atəş də atəşi yandırar. Allahü təala üçün heç bir çətinlik yoxdur. Cəhənnəm atəşi o qədər şiddətlidir ki, dünyaya bir qıvılcım düşsə, hər şeyi yandırıb kül edər. (Tərgib)
Bu gün fənn elminə vaqif olanlar cisimlərin elementlərdən əmələ gəldiyini bilir. Məsələn, yanan hidrogen qazı ilə yandıran oksigen qazının birləşməsilə su əmələ gəlir. Su isə, onu əmələ gətirən oksigen və hidrogenə heç bənzəmir. İnsan torpaqdan, cin və şeytan da atəş və havadan yaradıldığı halda, yaradılış maddələrinə bənzəmirlər.
Qısası Allahü təala zalımların cəzasını verməkdən aciz deyil. Soyuqla cəzalandırdığı kimi, atəşlə və ya başqa bir şeylə də cəzalandırar. Cəhənnəmdə əzab sadəcə atəşlə deyildir. Müxtəlif əzab şəkilləri vardır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину