Facebook Twitter WhatsApp

Etiqadları yalnış olanların vəziyyəti

Sual: Etiqadında, imanında azğın olanlar, inkar edənlər kimi, sonsuz olaraq Cəhənnəmdə qalacaqlarmı?
Cavab:
 Mövzu haqqında İmam Rabbani həzrətləri “Məktubat” kitabında buyurur ki:

“Hədisi-şərifdə bu ümmətin yetmiş üç firqəyə ayrılacağı, bunlardan yetmiş iki firqənin Cəhənnəmə gedəcəkləri bildirildi. Bu hədisi-şərif yetmiş iki firqənin Cəhənnəm atəşində əzab görəcəklərini bildirir. Cəhənnəmdə sonsuz qalacaqlarını bildirmir. Cəhənnəm atəşində sonsuz əzabda qalmaq, imanı olmayanlar, yəni kafirlər üçündür. Yetmiş iki firq, etiqadları yalnış olduğu üçün Cəhənnəmə girəcəklər və etiqadlarının yalnışlığı qədər qalacaqlar. Yetmiş üçüncü olan bir firqənin etiqadı pozulmadığı üçün Cəhənnəm atəşindən qurtulacaqlar. Bu bir firqədə olanlar arasında pis iş görənlər olsa da və bu pis işləri tövbə, istiğfar və ya şəfaət ilə əfv olunmasa, bunların da günahları qədər Cəhənnəmdə qalmaları caizdir. Yetmiş iki firqədə olanların hamısı Cəhənnəmə girəcəklər. Lakin heç biri Cəhənnəmdə sonsuz qalmayacaq. Bir firqədə olanların hamısı Cəhənnəmə girməyəcək. Bunlardan yalnız pis iş görənlər Cəhənnəmə girəcək. Cəhənnəmə girəcəkləri bildirilmiş yetmiş iki bidət firqəsi, Əhli-qiblə olduqları üçün, bunların hamısına kafir demək olmaz. Ancaq bunların dində inanması zəruri lazım olan şeylərə inanmayanları və Əhkamı-islamiyyədən hər Müsəlmanın eşitdiyi, bildiyi şeyləri təvilini bilmədən rədd edənləri kafir olur. Əhli-sünnət alimləri bildirir ki: 'Bir Müsəlmanın bir sözündən və ya bir işindən yüz şey anlaşılsa, bunlardan doxsan doqquzu küfrə səbəb olsa və biri Müsəlman olduğunu göstərsə, bu bir şeyi anlamaqla, o şəxsi imanlı qəbul etmək lazımdır.' Hər şeyin doğrusunu Allahü təala bilir. Ən sağlam söz Onun sözüdür.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину