Sual: “Cənnətdə üzüntü yoxdur, amma peşmanlıq var” deyirlər. Bu ikisi bir-birinə zidd deyilmi?
CAVAB
Cənnətdə heç bir üzüntü, sıxıntı olmadığı kimi, cəhənnəmdəkilərin peşmanlığı kimi bir peşmanlıq da yoxdur. Cənnətdə monoton bir həyat da yoxdur. Xəyal belə edilməyəcək neçə-neçə nemətlər olacaq, bunlardan alınacaq həzz də hər an artacaqdır. Bunu dünyadakı nemətlərə bənzədərək anlamaq mümkün deyildir.
Cəhənnəm əhli, “Kaş ki, biz də iman etsəydik, Cənnətdəki sonsuz nemətlərə qovuşsaydıq” deyib üzüləcəklər. Cənnət əhli isə, “ Kaş ki, daha çox yaxşılıq, ibadət etsəydik, daha yüksək dərəcələrə qovuşsaydıq” təmənnisində olacaqlar. “Nə qədər qəflətdə olmuşuq, nə qədər Allahı zikr etmədən keçirdiyimiz anlar olub” deyəcəklər. İki hədisi-şərif məali belədir :
“Cənnət əhli heç bir şeyə görə peşmanlıq duymaz. Yalnız, Allahı zikirsiz keçirdikləri vaxtlar üçün peşman olarlar.” [Hakim]
“Qiyamətdə, fasiq-saleh hər kəs peşman olacaq. Fasiq, fisqi [günahı] tərk edib dürüstlük və təqva üzrə olmadığına, saleh isə daha çox ibadət etmədiyinə peşman olar.” [Fəraidül-fəvaid]
Bir padşah gecə bir yerdən keçərkən əsgərlərinə, “Buradakı daşlardan götürün” deyib. Kimi əmrə tabe olub az və ya çox daş yığır, kimi daşın yükünü niyə çəkim deyib götürməz. Ölkələrinə gəldikdə, yığdıqları daşlara baxırlar ki, hamısı dəyərli daşlar olub. Yığmayan peşman olduğu kimi, yığanlar, niyə daha çox yığmadım deyib peşman olurlar. Çox yığan da, niyə daha çox yığmadım deyib peşman olur. Əlbəttə çox yığanla heç yığmayanın peşmanlığı eyni deyil. Cənnətdə getdikcə artan nemətlərə qovuşan insanın peşmanlığı da qəm, kədər meydana gətirməyəcək.
Cəhənnəmi görmək
Sual: Öldükdən sonrakı dirilməyə, Cənnətə, Cəhənnəmə inanmayan, Müsəlmanlara geridəqalmış deyən dinsizlərin Cəhənnəmdə necə əzab çəkdiklərini axirətdə görmə imkanı vardırmı?
CAVAB
Əlbəttə vardır. “Mutaffifin” surəsində iman edənlərin, kafirlərin çəkdikləri əzabları gülərək seyr edəcəklərini bildirən ayəti-kərimələrin təfsirində Həzrəti Kab buyurur ki:
“Cənnətdən Cəhənnəmi seyretmə imkanı vardır. Bir mömin Cəhənnəmdəki düşmənini görmək istəsə, [dərhal qarşısına gələr, bir televizor kimi] düşməninə verilən əzabları görərək sevinər.” [Tibyan]
Cəhənnəmdəkiləri görən üzülməzmi?
Sual: Bir hədisi-şərifdə, “Cənnətdən Cəhənnəmi seyretmə imkanı vardır. Bir mömin Cəhənnəmdəki bir zalımı görmək istəsə, ona verilən əzabları görərək sevinər” buyurulur. Cənnətdə üzüntü olmadığı da bildirilir. Bir kimsə, Cəhənnəmdəki əzab görən zalım ana-atasını və ya övladını görsə üzülməzmi?
CAVAB
Dünyanın halıyla axirətinki fərqlidir. Bilinməyənlər, bilinənlərlə müqayisə edilə bilməz. Orada nəfsimiz olmayacağı üçün nəfsdən gələn duyğular da olmayacaqdır. Tövbə edilən günahlar əfv olub, axirətdə o günahlar unutdurulub, heç yada düşməyəcəyi kimi, Cəhənnəmə gedən yaxınlarımız da unutdurulacaq. Kədərlənəcək bir vəziyyət meydana gəlməyəcək. Allahü təalanın işində qarışıqlıq olmaz. “Cənnətdə kədər olmayacaq” buyurduğuna görə, heç bir şəkildə üzüntü olmayacaq.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0