Facebook Twitter WhatsApp

Cənnət qapıları açılır

Sual: Bir hədisdə, Ramazanda Cənnət qapıları açılır, Cəhənnəm qapıları bağlanır deyilir. Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır nə deməkdir? Bir yaxşılıq etdikdə də Cənnətin qapısını açdın deyirlər. Cənnətin qapısı bağlıdır, bizmi açırıq?
CAVAB
Biz açmırıq, əməlimizə görə açılır. İman edib saleh əməl işləyənlərə Cənnətin qapıları açılır, kafirlərə isə Cəhənnəm qapıları açılır. Müsəlman birinə Cənnətin qapısını açdın demək, Cənnətə girməyə vəsilə olacaq iş gördün, Cənnətə girməyə layiq oldun, deməkdir.


Bu cür təşviqedici, müjdə verən hədisi-şəriflər etiqadı düzgün Müsəlmanlar aiddir. Kafirlər Müsəlman olmadıqca, nə edirlərsə etsinlər Cənnətə girə bilməzlər.

Cənnətin qapıları nə zaman açılır, yəni insan Cənnətə girməyə nə zaman layiq olur? Hansı işləri etdikdə Cənnətə girə bilərik? Bu mövzu haqqında hədisi-şərif məallərindən bəziləri belədir :

“Rəcəb ayında 7 gün oruc tutana, Cəhənnəm qapıları bağlanır. 8 gün oruc tutana Cənnətin 8 qapısı açılır.”
 [Tabərani] (Bu günlərdə oruc tutanın Cənnətə gedə biləcəyi bildirilir.)


“Namaz qılmağa duran kimsəyə Cənnət qapıları açılır.”
 [Tabərani] (Namaz qılanın Cənnətə gedəcəyi bildirilir.)


“Cümə, Bazar ertəsi və Cümə axşamı günləri Cənnətin qapıları açılır.” 
[Müslim] (Bu günlər daha çox ibadət edilməsi tövsiyə edilir.)


“Bəsmələ ilə başlayıb, gözəl aldığı dəstəmaz əsnasında hər üzvü yuyarkən, kəliməyi-şəhadət oxuyana və dəstəmazdan sonra da, 
“Allahümmə əc-alni minəttəvvabinə vəc-alni minəl mütatahhirin” deyənə Cənnətin səkkiz qapısı açılır. İstədiyi qapıdan içəri girər.” [Müslim, Əbu Davud, Tirmizi, Nəsai, Hakim] (Sünnətlərinə, müstəhəblərinə riayət edərək alınan dəstəmaz və oxunan duaların o insanı Cənnətə apara biləcəyi bildirilir.)


“Elm öyrənmək üçün evindən çıxana Cənnətdə bir qapı açılır.”
 [İ.Asakir] (Müsəlmanlara faydalı olmaq üçün, Dinə uyğun elm öyrənənlərin Cənnətə girə biləcəyi bildirilir.)


“Allah rızası üçün ana-atasına müti olaraq səhəri açan insana Cənnətdən iki qapı açılar. Ana-atadan biri varsa bir qapı açılar.”
 [İ. Asakir] (Ana-atasını dinə uyğun şəkildə razı edən Müsəlman övladın Cənnətə gedə biləcəyi bildirilir.)


“Beş vaxt namaz qılan, Ramazan orucunu tutan, zəkatını verən və yeddi böyük günahdan uzaq durana, Cənnətin bütün qapıları açılar, salamatlıq və təhlükəsizlik içində gir deyilər.”
 [Nəsai] (Fərzləri yerinə yetirib haramlardan çəkinən Müsəlmanın Cənnətə girə biləcəyi bildirilir.)


“Ha-mimlər yeddidir. Cəhənnəmin qapıları da yeddidir. Hər biri Cəhənnəmin bir qapısına gələr, “Ya Rəbb, mənə inanıb, məni oxuyanı bu qapıdan salma!” deyər.”
 [Beyhəqı] (Qurani-kərimdə bəhs edilən ayələri oxuyanın Cənnətə gedə biləcəyi bildirilir.)


“Doğru olun. Doğruluq, Cənnət qapılarından bir qapıdır. Yalandan çəkinin. Yalan, Cəhənnəm qapılarından bir qapıdır.”
 [Xatib] (Doğru olanların Cənnətə, yalançıların Cəhənnəmə gedə biləcəyi bildirilir. Belə ifadələr zikrül-cüz, iradətül-kül cinsindəndir. Yəni, məsələnin bir və ya bir qismi bildirilir, tamamı nəzərdə tutulur. Kafir də doğru söyləyə bilər, amma kafir doğru söyləsə də Cənnətə girməz, Müsəlman yalan söyləsə də sonunda mütləq Cənnətə girər.)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину