Facebook Twitter WhatsApp

Axirətdə rəhmət Müsəlmanadır

Sual: Etiqadı düzgün Müsəlmanlar Cəhənnəmə heç girməzlər deyirlər, bu söz doğrudurmu?
CAVAB
Bəli, doğrudur. Cəhənnəmə heç girməz, yəni ki, girsə də əzab görməz deməkdir. Möminin nuru narı [atəşi] söndürəcəkdir. Bir hədisi-şərif məali belədir :

“Ümmətimə Cəhənnəmin istiliyi hamam istisi kimi olacaqdır.” [Əbu Nuaym]

Dünyadan imanla, yəni Müsəlman olaraq ayrılan hər kəs Cənnətə gedəcəkdir. Allahü təalanın rəhməti qəzəbini ötmüşdür. Üç ayə məali:
“De ki, ey çox günah işləməklə həddi aşan qullarım, Allahın rəhmətindən 
[bizi əfv etməz deyə] ümidinizi kəsməyin! Çünki Allah, [iman əhlinin] bütün günahlarını heç şübhəsiz əfv edər. Əlbəttə O, sonsuz məğfirət və nəhayətsiz mərhəmət sahibidir.” [Zümər 53]


“Pislik edən, nəfsinə zülüm edən, əfv diləyərsə, Allahı çox əfvedici, çox mərhəmətli görər.” [Nisə 110]

“Allah şirk istisna olmaqla, bütün günahları istədiyi kimsələrdən əfv edər.”
 [Nisə 48]


Hədisi-şəriflərdə də buyurulur ki:
“İşlədiyi günahı Allahın bildiyinə inanan, tövbə etməsə belə, Allah onu əfv edər.” [Tabərani]

“Allahın rəhmətinin çoxluğunu kafir bilsəydi, Cənnətdən ümidini kəsməzdi.” 
[Buxari, Müslim]


“Əgər Allahü təalanın əfvinin çox olduğu bilinsəydi, heç kim günahdan çəkinməzdi.” [Nəsəfi]

“Allahü təala qullarına bu qadının uşağına olan mərhəmətindən daha mərhəmətlidir.” 
[Buxari]


“Günah işləməyən olsaydı, Allahü təala günah işləyəcək kimsələr yaradar, sonra onları əfv edərdi. Çünki Allahü təala çox əfvedici, çox mərhəmətlidir.” 
[Tabərani]


“Allahü təala heç kimin ağlına gəlməyəcək şəkildə günahkarları əfv edər.” [Beyhəqı]

“Ümmətim istisna olmaqla, hər ümmətin bir qismi Cənnətdə, bir qismi Cəhənnəmdədir.” [Deyləmi]

“Allahı Rəbb, məni də Peyğəmbər bilənə, Cəhənnəm haram olar.” [Hakim]

“Ümmətim, ümməti-mərhumədir, müqəddəsdir, mübarəkdir, qiyamətdə onlara əzab yoxdur. Əzabları ancaq dünyada aralarındakı fitnələridir.” [Tabərani, İbni Asakir]
Bu sənədlər göstərir ki, küfür xaric, mömin nə qədər böyük günah işləyirsə işləsin, əfvə və şəfaətə qovuşaraq Cəhənnəmə girməz, girsə belə ona hamam istisi kimi olar.

İmam Rabbani həzrətləri buyurur ki:
Kəlimeyi-tövhidi söyləyib, bunun mənasını qəbul edən Müsəlman, Muhamməd əleyhissalam, Allahü təalanın Peyğəmbəridir, hər sözü doğrudur, ona uyğun olmayanlar səhvdir, pisdir deyə inanarsa və son nəfəsində də belə ölüb, axirətə bu imanla gedərsə, küfür kiri varsa, onların cəzasını çəkdikdən sonra Cənnətə gedər. Yəni kafirlərə məxsus olan adətlərə və bayramlara qatılsa, kafirlərin müqəddəs saydıqları günlərində və gecələrində onların etdiklərini təkrarlayarsa, mütləq ki, Cəhənnəmə girər, amma qəlbində zərrə qədər imanı olduğu üçün Cəhənnəmdə sonsuz qalmaz. Küfür kiri təmizlənənə qədər əzab çəkib sonunda Cəhənnəmdən çıxar.
İmanla ölən və küfür kiri olmayan hər günahkar Müsəlmanın yerinə bir kafir yanacaqdır. Bu haqda hədisi-şəriflərdən bəziləri belədir :

“Bu ümmət rəhmətə qovuşmuşdur. Əzabları dünyada və bir-birlərindəndir. Qiyamətdə hər Müsəlman üçün bir müşrik ayrılar, “Bu sənin Cəhənnəmdən fidyəndir” deyilər.” [İbni Macə]

“Ümmətim məğfirət olunmuşdur. Dünyadakı sıxıntıları onlara kəffarədir. Qiyamətdə hər Müsəlmana bir yəhudi və ya xristian verilər, “Bu atəşdən sənin fidyəndir” deyilər.” [Tabərani]

“Qiyamətdə hər Müsəlmana bir kafir verilər, “Bu sənin atəşdən fidyəndir” deyilər.” [Müslim]

“Qiyamətdə bütün Müsəlmanlar səcdə halında ikən, onlara deyilər ki, “Başınızı qaldırın, küfür əhlindən sayınız qədər sizə qarşılıq fidyə qıldıq.”” [İbni Macə]

“Qiyamətdə bir mələk bir kafirlə gələr. Möminə ”Bu kafir atəşə qarşı fidyəndir” deyər.” [Hakim]

“Ümmətimə axirətdə əzab yoxdur. Qiyamətdə onların yerinə əvəz olaraq, batil din əhlindən bir kafir verilər. Bu onların Cəhənnəmdən fidyəsidir.” [Hatib, İbni Nəccar]

Bir xəstə ziyarətinə getmişdim, ölüm halında idi. Qəlbinə təvəccüh etdim. Qəlbi qaralmışdı. Nə qədər çalışdımsa o zülmət təmizlənmədi. Nəhayət, o qaralıqdan kafirlik kiri və sifətləri olduğu və küfür ilə olan bağlılığından olduğu anlaşıldı. O zülmətlərin ancaq, küfrün cəzası olan, Cəhənnəm atəşi ilə təmizlənəcəyi anlaşıldı, lakin qəlbində zərrə qədər iman nuru da göründüyündən, bunun sayəsində cəzasını çəkdikdən sonra Cəhənnəmdən çıxarılacaqdır. Cəhənnəm əzabı küfür, küfür sifətləri və kirləri üçündür.
Küfürdən çəkinən, iman sahiblərinin böyük günahları, ya imanları hörmətinə, Cənab Haqqın mərhəməti ilə, ya qəlb ilə tövbə və dil ilə istiğfar edərək və bədən ilə xeyirli bir iş görərək və ya şəfaətə qovuşmaları ilə əfv olunar. Günahda qul haqqı varsa, haqq sahibi ilə halallaşmaq lazımdır. Belə əfv olmayanlar, dünya sıxıntıları və dərdlərlə və ya son nəfəsdə can verərkən çəkəcəkləri əziyyətlərlə təmizlənir. Bunlarla da təmizlənməzsə, bəziləri qəbir əzabı çəkməklə əfvə qovuşur. Bəziləri isə, qəbir əzabı və sıxıntıları, qiyamət gününün şiddətləri ilə əfv olunar, günahları bitər və Cəhənnəm əzabı ilə təmizlənməyə ehtiyac qalmaz. Küfürdən başqa günahlara Cəhənnəmdə əzab olunacağını bildirən xəbərlər, bu günahlarda küfür kiri olduğu üçündür. Məsələn, günahı yüngül görərək, əhəmiyyət verməyərək işləmək, İslam dininin əmrlərini lazımsız görərək namaz qılmamaq və günah etmək kimi küfür bulaşan günahlardır. (1/266)

Cənnətə getmək üçün Müsəlman olaraq ölmək lazımdır. Müsəlmanları Müsəlman olduqları üçün sevmək, kafirləri kafir olduğu üçün sevməmək lazımdır. Bir ayəti-kərimə məali belədir :
“İslamdan başqa din axtaran, bilsin ki, o din əsla qəbul edilməz.” [Ali İmran 85]

Hamam istiliyi
Sual: “Ümmətimin möminlərinə, Cəhənnəmin istisi hamam istiliyi kimi olacaq” hədisi-şərifi günahkar olan hər mömin üçünmü bildirilmişdir? İstisnası vardırmı?
CAVAB
İstisnasız hər mömin üçündür. Cəhənnəmin şiddətinə görə, hamam istiliyi kimidir.


İmam Rabbani həzrətləri, etiqadı doğru olan, yəni küfür kiri olmayan möminlərin günahkar olsa da, Cəhənnəmə heç girməyəcəyini bildirir. (1/266)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину