Facebook Twitter WhatsApp

Cənnətdə evlilik vardır

Sual: Cənnətdə evlilik vardırmı?
CAVAB
Bəli, vardır, amma necə olduğu məlum deyil. Çünki orada nəfs yoxdur. İslam alimləri buyurur ki:

Dünyada olan şeylərin hər biri görüntüdür. Hər görüntünün bir də əsli olur. Əsl olmadan görüntü meydana gəlməz. Dünyadakı şeylərin hamısının əsilləri, həqiqi olanları Cənnətdə vardır.

Cənnətdə nəfs yoxdur. Nəfs olmadıqda günah işləmək də yoxdur. Hərəmlik-salamlıq yoxdur.

Bir kimsə yuxuda müxtəlif meyvələr yesə, oyandıqda bunun həqiqi olmadığını anlayar. Cənnətə gedən insan da, dünyadakı şeyləri belə xəyal kimi görür, həqiqi şeylərə qovuşur. Dünyadakı nemətlər Cənnətdəkilərin kölgəsi, surəti kimidir. Hədisi-şərifdə, “İnsanlar yuxudadır, öldükdə oyanırlar buyuruldu. Ölüb axirətə getdikdə, dünyadakılar yuxuda görülənlər kimi olacaq. Bir hədisi-şərif məali:
Cənnət nemətlərilə, dünyadakılar arasında yalnız ad bənzərliyi vardır.” [Beyhəqı]

Evliliyin də həqiqisi orada olacaq. Hər kəsə həyat yoldaşı çox gözəl görünəcəkdir. Mənim yoldaşımdan daha gözəli, daha yaraşıqlısı yoxdur deyəcəkdir. Orada digər həzlər kimi, evlilik həzləri hər gün artacaqdır. Sonsuza qədər belə olacaq. Cənnətdə evliliyin olacağı ayəti-kərimə və hədisi-şəriflərlə sabitdir. Qurani-kərimdə yaxşılara veriləcək nemətlər haqqında məalən buyurulur ki:
“Bununla yanaşı Biz onları, gözü sürməli 
[ceyran gözlü] hurilərlə evləndirərik.” [Duhan 54]
“Biz ceyran gözlüləri, dəftərləri sağdan verilənlər üçün yenidən yaratdıq. Onları bakirə, ərlərinə bağlı və hamısını eyni yaşda qıldıq.”
 [Vaqıə 35-38]
“Aralarında gözəl xasiyyətli, üzü gözəl qızlar vardır.”
 [Rəhman 70]
“Təqva sahibləri üçün bağçalar, üzüm bağları, tumurcuq sinəli eyni yaşda qızlar, içki dolu kasalar vardır.”
 [Nəbə 31-34]
“Yanlarında gözəl baxışlarını yalnız onlara təhsis etmiş, iri gözlü qızlar vardır. Onlar, gün üzü görməmiş ağappaq yumurta kimidirlər.”
 [Saffət 48-49]

Hədisi-şəriflərdə də buyurulur ki:
“Rəbbinə itaət edib, ərinin haqqını ödəyən, ona xəyanət etməyən qadınla şəhid arasında bir dərəcə fərq qalır. Əri gözəl əxlaqlı bir mömindirsə, onun əri olacaq. Əri uyğun biri deyilsə, Cənnətdə Allahü təala onu bir şəhidlə evləndirər.” [Tabərani]
“Şəhid, Cənnətdə bir huri ilə evləndirilər.”
 [İ. Əhməd]
“Cənnət qızlarından biri dünyaya gəlsə, yerlə göy arası gözəl ətirlərlə dolar və ikisinin arasını işıqlandırardı.”
 [Buxari, Müslim]

Uşaq və ya subay qalaraq ölənlər də Cənnətdə evlənəcəklər. Hər kəs eyni yaşda olacaq.

Hansıyla birlikdə olacaq?
Sual: 
Cənnətdə hər kəs yoldaşı ilə birlikdə olmayacaqmı? Bir də iki evlənən qadının vəziyyəti necə olacaq? İlk ərini və ya ikinci ərini daha çox sevirsə, qadına seçim haqqı yoxdurmu?

CAVAB
İkisi də Cənnətlik olsa hər kəs əri ilə olacaqdır. Ümmi-Həbibə validəmiz, əri öldükdən sonra bir nəfərlə evlənən, ondan da ayrılıb başqa bir kişi ilə evlənən qadın, axirətdə bu üç kişidən hansı ilə evlənəcək deyə bir sualı soruşduqa, Rəsulullah əfəndimiz “Belə bir qadın, sərbəstdir. Hansı əri gözəl xasiyyətlidirsə, axirətdə onunla olar. Gözəl əxlaq sahibi olan, dünya və axirət yaxşılıqlarına qovuşar” buyurdu. Deməli, qadın üç nəfərdən hansını daha çox sevirsə, onunla birlikdə olar. Üçünü də istəmirsə, heç biri ilə birlikdə olmayacaq. Cənnətdə üzüntü yoxdur. Uşaq və ya subay qalaraq ölənlər də Cənnətdə evlənəcəklər. Hər kəs eyni yaşda olacaq.


Subay olanlar
Sual: 
Öldükdən sonra Cənnətə evli olaraq gedənlərə huri veriləcəkmiş, subay qalanlar necə olacaq?
CAVAB
Dünyadakı evliliklər sona çatır. Yəni hər kəs oraya subay halda gedir. Evli getdiyi halda yoldaşı imansız ölübsə, Cəhənnəmə gedər və əbədi orada qalar.


Cənnət əhlinin hamısına xidmət edəcək hurilər, qılmanlar veriləcək. Heç kim subay qalmayacaqdır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину