Facebook Twitter WhatsApp

Cənnətdə saqqal yoxdur

Sual: Cənnətdə saç və saqqal təraşı varmı?
CAVAB
Cənnətdə ibadət etmək olmadığı kimi, sıxıntı verəcək hər hansı bir iş də yoxdur. Orada saqqal çıxmaz, hər kəs saqqalsızdır. Saçlar isə hər kəsin istədiyi şəkildə olur.


Cənnətdə hər kəs 33 yaşında olacaqdır. Peyğəmbər əfəndimiz yaşlı bir qadına, “Cənnətə qoca qarılar girməz” buyurduqda, qadıncığaz ağlamağa başlayır. Bunun üzərinə qadına, “Sən o zaman gənc olacaqsan” buyurur. (Tirmizi)

Hər kəs gənc olacaq
Sual: 
Uşaq yaşında ölənlər də, qoca babalar da, Cənnətdə 33 yaşında gənc olacaqmış. 33 yaş çox gənc sayılmır. Niyə 20 yaşında deyil 33 yaşında olurlar?

CAVAB
Bizim peyğəmbərimizin ümmətindən çox az kimsə yüz yaşını keçə bilir. Keçmiş ümmətlər min yaşından çox yaşayırdılar. 33 yaş onların yanında çox kiçik sayılırdı. 33 yaş kiçiklərə böyük bir yaş kimi gəlsə də, bizim kimi yaşlılar üçün gənc yaşıdır. Bir digər cəhət isə, orada hər kəs ən gözəl, ən yaraşıqlı olacaqdır. İstər yaş cəhətdən, istər başqa cəhətdən Cənnətdə heç bir üzüntü və sıxıntı olmayacaqdır.


Cənnətə peşmanlıq
Sual: “Cənnətə girən də peşman olacaq” deyirlər. Cənnətdə üzüntü, sıxıntı olmayacağına görə niyə peşman olacaqlar?
CAVAB
Bəli, Cənnətdə üzüntü, sıxıntı əsla olmayacaq. Cənnətdə peyğəmbərlə övliyanın, alimlə də cahilin dərəcəsi eyni deyil. Şəhidlə şəhid olmayanın dərəcəsi də eyni deyil. Cənnətə gedən, kaş ki, bir az daha çox ibadət etsəydim, elm sahibi və ya şəhid olsaydım, Cənab Haqqın bu yoldaşlarıma ehsan etdiyi nemətlərə, imarətlərə mən də qovuşsaydım deyəcək. Bu peşmanlıq sadəcə bir qibtədir. Qibtə etmək üzüntüyə səbəb olacaq bir hal deyildir.


Bir hədisi-şərif məali belədir :
Qiyamət günü təhlükə böyükdür. O elə bir gündür ki, insanlar başqalarından haqq almaq, günahlarını başqasının çiyninə yükləmək istəyəcəklər. Axirətdə bir Müsəlmandan haqqını istəyən qula, Allahü təala, “Başını qaldır Cənnətlərə bax” buyurar. Haqq sahibi baxıb deyər ki:
- Ya Rəbb, gümüşdən qurulmuş şəhərlər, incilərlə bəzədilmiş, qızıldan tikilmiş yüksək binalar və imarətlər görürəm. Görəsən bunlar hansı peyğəmbərin və ya hansı siddiqin, yaxud hansı şəhidindir?
- Onun əvəzini kim verərsə ona verərəm.
- Onun əvəzi nədir?

- Müsəlman qardaşını əfv etməkdir.
- Ya Rəbb, mən bu qardaşımı əfv etdim, haqqımdan imtina etdim.


Bunun üzərinə Allahü təala buyurar ki:
- Haydi, qardaşının əlindən tut, onu da Cənnətə apar! (Hakim)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину