Sual: Cənnətin ən aşağı dərəcəsində olana da ən yüksək dərəcədəki kimi çox nemət veriləcəkmi?
CAVAB
Dərəcə fərqi əlbəttə olacaq, amma ən aşağı dərəcədəki insan belə ağla-xəyala gəlməyən nemətlərə qovuşacaqdır. Bir hədisi-şərif məali belədir :
“Cənnətin ən aşağı dərəcəsində olan insana, “Könlündən keçəni istə” deyiləcək. O da, könlündən nə keçirsə hamısını istəyəcək. Ona, “Hər istədiyinin iki qatı sənə veriləcəkdir” deyiləcək.” [Müslim]
Bir şeyin kölgəsi
Sual: Dünyada gördüyümüz gözəl mənzərələr, gözəl yeməklər, içkilər və digər gözəlliklər Cənnətdə də olacaqmı?
CAVAB
Bu dünyadakı gözəlliklərin hamısı bir kölgədən, görüntüdən ibarətdir. Bunlar cənnət nemətləri yanında bir əşyanın kölgəsi kimidir. Bir alma düşünün bir də kölgəsini və ya rəsmini düşünün. Kölgəsi və ya rəsmi almanın yerinə keçə bilərmi? Bu dünya meyvələri, dünya nemətləri hər biri bir kölgə kimidir. Bunlar möminlər üçün Cənnətdəki əsillərinin müjdəçisidir.
Hər kəs 33 yaşında olacaq
Sual: Axirətdə hər kəs bütün insanlar 30 yaşında olacaqlarmış. Məsələn, 60 yaşında ölən adam 30 yaşında olacaq. 21 yaşında ölsəm mən də 30 yaşındamı olacağam?
CAVAB
Hər kəs 30 deyil, 33 yaşında olacaqdır. Siz də inşallah 33 yaşında olacaqsınız.
Cənnətdə her şey vardır
Sual: Cənnətdə hər kəsin sevdikləri ilə birlikdə olacağı hədisi-şəriflə bildirilir. Biz sevdiyimiz böyüklərin, məsələn, Peyğəmbər əfəndimizin və övliya şəxsiyyətlərin söhbətində də olacağıqmı?
CAVAB
Əlbəttə, olacağıq. Orada məhrumiyyət yoxdur. Bütün tanışlarımızı ziyarət edəbilmə imkanı vardır. Bu varmı, o varmı deyə soruşmaq, sanki orada bir əksiklik ola bilərmiş kimi zənn edilir. Faydalı olan, arzu edilən hər gözəl şey vardır, yoxluq yoxdur. Çünki Allahü təalanın qüdrəti sonsuzdur. Xəyal belə edilməsi imkansız nemətlər vardır.
Nəfsin və ruhun həzzi
Sual: Cənnətdə nəfs olmadığına görə Cənnət nemətlərindən necə həzz alacağıq?
CAVAB
Cənnət dünya kimi deyil. Alma ilə kölgəsi və ya rəsmi, almanın özüylə müqayisə edilmədiyi kimi, orada həzz almaq da belədir. Cənnətdə nəfsə ehtiyac yoxdur. Orada ruhumuz həzz alacaqdır. Üstəlik Cənnətdə aldığımız həzz hər gün artacaqdır. Allahü təalanın qüdrəti sonsuz olduğu üçün verdiyi nemətlərdən aldığımız həzz də sonsuza qədər artaraq davam edəcəkdir.
Məkanı Cənnət olsun demək
Sual: “Məkanı Cənnət olsun deyə dua etmək olmaz, çünki orada məkanlar yoxdur, məqamlar vardır” deyirlər. Cənnətdə məkan yoxdurmu? Hər kəs boşluqdamı durur?
CAVAB
Cənnətdə də, Cəhənnəmdə də məkan vardır. İki ayəti-kərimə məali:
“Cənnətdə davamlı axan bulaqlar, ucaldılmış taxtlar, önlərinə qoyulmuş qədəhlər, düzülmüş yastıqlar, sərilmiş xalılar vardır.” [“Qaşiyə” 12-16]
“Cənnətdə təmiz su arxları, dadı dəyişməyən süd arxları, məşrubat arxları, süzmə bal arxları vardır.” [“Muhamməd” surəsi 15]
Xalı yerə, məkana sərilir. Arxlar havada deyil yerdən axar.
Sual: Cənnət nemətləri, Cəhənnəm əzabları deyilir. Bu nemət və əzablar dünyada daddığımız nemətlər və gördüyümüz əzablar kimidir?
Cavab: Axirət işləri heç bir cəhətdən dünya işlərinə bənzəməz. Bu dünya yox olmaq üçün yaradıldı, yox olacaqdır. Axirət sonsuz qalmaq və sonsuz qalacaq şəkildə yaradıldı. Sonsuz qalacaq şey ilə tez yox olacaq şey arasında nə qədər fərq varsa, dünya ilə axirətin quruluşu və işləri arasında da o qədər fərq vardır. Yalnız adları, təsvir edilməsi bənzəyir. Məsələn, Cənnət kəliməsi, dünyada bostan, axirətdə isə, Cənnət adlanan, sonsuz nemətlərin olduğu yer deməkdir. Cəhənnəm də, burada dərin atəş quyusu, orada isə Cəhənnəm adlanan əzab dolu yerə deyilir.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0