Facebook Twitter WhatsApp

Cənnət nemətləri xəyal edilə bilməz

Sual: Bal yeyən baldan bezər, Cənnət nə qədər gözəl olsa da, insan bu nemətlərdən bezməzmi? Monoton həyat insanı darıxdırmazmı?
CAVAB
Bu çox yanlış bir düşüncədir. Bu, Allahü təalanın sonsuz qüdrətindən şübhə etmək sayılır. Haşa, Onu aciz zənn etməkdir.

Cənnətdə monoton həyat yoxdur. Dinimiz, iki günü eyni olanın ziyanda olduğunu bildirir. Axirətdə də hər gün nemətlər artacaq, iki gün eyni olmayacaq. Hər gün eyni şeylərdən fərqli və daha artıq həzz alınacaq. Yenə hər gün fərqli şeylərlə, fərqli nemətlərlə qarşılaşılacaq. Allahü təalanın qüdrətindən şübhə edilməz. İnsan bilmədiyi şeyləri, bildiyi şeylərlə müqayisə edər. Halbuki bilinməyən şey, bilinən şeylə müqayisə edilməz. Hədisi-şəriflərdə buyurulur ki:
Dünya möminə zindan kimidir.” [Müslim]

Dünya, ana bətninə nisbətdə Cənnət, Cənnətə görə isə zibillik kimidir.” [M. Namə]

Zibilliklə Cənnət müqayisə edilə bilərmi? Ana bətnindəki bir uşağın necə ki, dünyaya gəlib, müxtəlif hadisələrlə qarşılaşacağını bilməsi mümkün deyildirsə, Cənnətə gedəcək möminin də, orada qovuşacağı nemətləri bilməsi mümkün deyildir.

Allahü təala Cənnətdə, cəmal sifəti ilə görünəcəkdir. Mömin Allahü təalanı gördükdə, Cənnətdəki bütün nemətlərdən aldığı həzlərdən daha çox həzz alacaqdır. Bir ayə məali:
“Qiyamət günü işıl-işıl parıldayan üzlər Rəblərinə baxacaqdır.” [Qiyamət 22, 23]

“Yunus” surəsinin, “Gözəl əməl edənlərə hüsna [Cənnət] və daha artığı vardır” məalindəki 26-ci ayəti-kəriməsindəki daha artıq kəliməsini Rəsulullah əfəndimiz rüyət [Allahü təalanı görmək] mənasında izah edərək, “Dolunayı gördüyünüz kimi Qiyamətdə Rəbbinizi açıq-aydın görəcəksiniz” buyurdu. (Buxari)

Bir insanın Rəbbimizin qüdrətiylə yaradılacaq nemətləri xəyal etməsi əsla mümkün deyildir. İki hədisi-şərif məali belədir :
“Cənnətdə heç kimin görmədiyi, eşitmədiyi və xəyal belə edə bilmədiyi nemətlər vardır.” [Müslim]
“Cənnət nemətləriylə dünyadakılar arasında yalnız ad bənzərliyi vardır.” [Beyhəqı]

Yuxu ilə dünya həyatı belə müqayisə edilməz. Yuxuda gözlərimiz qapalı olduğu halda çox yeri görürük. Dilimiz tərpənmədiyi halda danışırıq. Yəni görməyimiz gözlə, nitqimiz dillə deyildir. Eşitməyimiz qulaqla, yeriməyimiz ayaqla deyildir. Yuxuda hökmdar olsaq nə mənası var. Oyandıqdan sonra, xəyal olduğu görünəcək. Bu dünya həyatı da yuxu kimidir. Əsl həyat olan axirətdə hökmdar olmaq lazımdır. Hədisi-şərifdə “İnsanlar yuxudadır, öldükdən sonra oyanacaqlar” buyuruldu. Necə ki, yuxudakı şeyləri belə dünyadakı nemətlərlə müqayisə etmək doğru deyil, dünyadaki şeylər də, Cənnətdəki nemətlərlə müqayisə edilməməlidir.

Allahü təalanın sonsuz qüdrətinə inananın, Onun bildirdiyi hər şeyə inanması lazımdır. Cənab Haqq Cənnətdə heç bir sıxıntı, üzüntü, peşmanlıq, bezginlik olmayacağını, Cənnət əhlinə istədikləri hər nemətin veriləcəyini bildirir. Cənnət nemətləri yanında, dünya nemətləri, onların kölgəsi, rəsmi kimi belə deyildir. Ağacın rəsmi ilə özü necə eyni şey deyilsə, Cənnət nemətlərinin yanında dünyadakılar da elədir. Allahü təala, dünyaya məxsus nemətləri, yoxdan yaratdığı kimi, axirətdə də, ağla, xəyala gəlməyən nemətləri yoxdan yaradacaqdır. Allah üçün çətinlik yoxdur. Bir neçə ayəti-kərimə məali:
“Yaxşılıq edənlərə, ən gözəl mükafat və daha artığı vardır. Üzlərində kədər və zillətdən bir əsər yoxdur. Elə bunlar Cənnətdə davamlı qalacaqlar.” [Yunus 26]

“İman edib saleh əməl işləyənlər, Firdevs Cənnətlərində sonsuz qalar, oradan heç ayrılmazlar.” [Kəhf 107-108]

“Cənnətin harasına baxsanız baxın, bol nemət və böyük səltənət görərsiniz.” [İnsan 20]

“Mömin olaraq saleh əməl işləyəni, sıxıntısız gözəl bir həyat içində yaşadacağıq. Onları əməllərinin ən gözəli ilə mükafatlandıracağıq.” [Nəhl 97]

“Gözəl əməllərinin mükafatı olaraq, insanları məmnun edəcək nələr hazırlandığını heç kim bilməz.” [Səcdə 17]

Hədisi-şəriflərdə də buyuruldu ki:
“Allahü təala, “Salehlərə gözlərin görmədiyi, qulaqların eşitmədiyi və insanın xatirinə gəlməyən şeylər hazırladım” buyurdu.” [Buxari]

“Cənnətə girən ölməz, əbədi yaşayar. Həmişə məsud olar, məyus olmaz, ümidsizliyə düşməz, paltarı köhnəlməz və gəncliyi getməz.” [İbni Əbiddünya]

“Cənnət əhli heç xəstələnməz və yaşlanmaz; heç kədərlənməz və daima şad olar.” [Müslim]

“Cənnət əhlinin aralarında anlaşılmazlıq olmaz, könülləri birdir.” [Buxari]

“Cənnətdəkilər istisna olmaqla, hər nemət yox olur. Cəhənnəmdəkilər xaric, hər qayğı bitər.” [İbni Lal]

“Ancaq Cənnətə girən rahatlığa qovuşar.” [İ. Əhməd]

“Cənnətə girən, “Bir ata minim” desə minər, “uçum” desə, uçar.” [Tirmizi]

“Haqq təala, Cənnət əhlinə “Razısınızmı?” buyurar, onlar, “Əlbəttə razıyıq, saysız nemətlər ehsan etdin” deyərlər. Sonra “Daha yaxşısını verimmi” buyurar. Cənnət əhli “Daha üstünü də varmı” deyə soruşarlar. “Sizdən daim razı olar, sizə əsla acıqlanmaram” buyurar.” [Buxari]

Cənnət nemətləri

Mömin üçün hazır gözləyən Cənnət,
Ağıl almaz nemətlərlə doludur.
Günbəgün qatlanır, çoxalır nemət,
Ağıl almaz nemətlərlə doludur.

Cənnət əhli ölməz, əbədi yaşar,
Heyrətə qapılar, gördükcə çaşar,
Hər çeşid ehsanlar dolar-daşar.
Ağıl almaz nemətlərlə doludur.

Cənnətdə monoton yaşayış yoxdur,
Qeyb olmaz heç bir şey, arayış yoxdur,
Ayıblayan olmaz, qınayan yoxdur,
Ağıl almaz nemətlərlə doludur.

Rahata qovuşur, Cənnətə girən,
Məst olur solmayan gülünü dərən,
Nemətə qərq olur, Mövlanı görən,
Ağıl almaz nemətlərlə doludur.

Heç bir narahatlıq, sıxıntı yoxdur,
Aranan şey olmaz, hamısı çoxdur,
Bunları yaradan Cənabı Haqdır.
Ağıl almaz nemətlərlə doludur.

Üzüntü və kədər orda əsla olmaz,
Rahatımız qaçmaz, canımız yanmaz,
Lütf fərqlidir, heç kim usanmaz,
Ağıl almaz nemətlərlə doludur.

Dünya mömin üçün bənzər zindana,
Müjdələr çoxdur əhli-imana,
Cənnətə girəndə ərər ehsana,
Ağıl almaz nemətlərlə doludur.

İman ilə ölmək böyük qənimət,
Xəyal edilməz verilən nemət,
Müqayisə edilərmi, zindanla cənnət,
Ağıl almaz nemətlərlə doludur.

Cənnət əhli yaşayar, heç xəstələnməz,
Əsrlər keçsə də, əsla yaşlanmaz,
Pisdən, çirkindən, əsər bulunmaz,
Ağıl almaz nemətlərlə doludur.

Cənnət əhli, pis sözlər eşitməz,
Geydiyi köhnəlməz, yediyi bitməz,
Eyni yaşda qalar, gəncliyi getməz,
Ağıl almaz nemətlərlə doludur.

Günahkar möminə, şəfaət vardır,
Cənnətdə müəzzəm səltənət vardır,
Hər yöndən mükəmməl bir həyat vardır,
Ağıl almaz nemətlərlə doludur.

Namaz, oruc kimi ibadət yoxdur,
Qısqanclıq, həsəd yox, rəqabət yoxdur,
Hər gün bayram olur, səadət çoxdur,
Ağıl almaz nemətlərlə doludur.

Qəlblərdən keçəni Rəbbimiz bilir,
İstənilən şeylər anında gəlir,
Önünə hər çeşid nemət sərilir,
Ağıl almaz nemətlərlə doludur.

Cənnətin hər yeri döşəli olur,
Üzüntü yox, hər kəs, sevincli olur,
Yox yoxdur, arayan hər şeyi bulur,
Ağıl almaz nemətlərlə doludur.

Hoca, orda, günah işləmək yoxdur,
Elə bir-birini şişləmək yoxdur,
Kimsə pislənməz, daşlamaq yoxdur,
Ağıl almaz nemətlərlə doludur.

Mehmet Əli Dəmirbaş


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину