Facebook Twitter WhatsApp

Cəhənnəmə girməyə razı olmaq

Sual: Sapqın mollalardan biri, “Millət pərişan haldaykən, Cənnət mənə zindan olar. Mən bu halda Cənnəti istəmərəm, Cəhənnəmdə yanmağa razıyam. Yansam da könlüm sevinc saçar” deyir. Bu söz düzgündürmü?
CAVAB
Düzgün deyildir, dinə zidd və cahilcə bir sözdür. Həm də yalandır. Kibrit alovunda yansa, fəryadı milləti ayağa qaldırar. O ki, qaldı könlü sevinc saçsın! “Cənnəti istəmərəm, Cəhənnəm mənə sevinc verər” demək, Müsəlman və ağıllı bir insanın söyləyəcəyi söz deyildir. İkinci bir cəhət də, sanki haşa Allahdan mərhəmətli imiş kimi bir vəziyyətin içinə girir. İnsanları xilas etmək üçün də olsa, günah işləyərək Allahın rızasına qovuşmaq olmaz.


Allahü təala Cənnəti bəyənməkdə və onu tərifləməkdədir. Bir kimsənin təriflənən Cənnəti bəyənməməsi, istəməməsi, Allahü təalanın bəyəndiyini bəyənməmək, Onun “İstəyin!” dediyi qiymətli şeyi istəməmək sayılır. Bu baxımdan Cənnəti istəməmək, Cəhənnəmi seçmək, Allahın rızasını deyil, qəzəbini istəməkdir. Bu isə ağlı başında olan bir Müsəlmanın söyləyəcəyi söz deyildir. İmam Rabbani həzrətləri buyurur ki: Allahü təalaya qorxuyla və nemətlərinə qovuşmaq üçün ibadət edən övliya şəxslərin qorxuları və arzuları öz nəfsləri üçün deyildir. Onlar Allahü təalanın rızasına, sevgisinə nail olmaq üçün və Onun qəzəbindən, Ona acıq getməsindən qorxduqları üçün ibadət edərlər. Onlar Cənnəti istəyirlər, çünki Cənnət Allahü təalanın rızasının, sevgisinin olduğu yerdir. Yoxsa Cənnəti istəmələri nəfslərinin həzləri üçün deyildir. Onlar Cəhənnəmdən də qorxarlar. Cəhənnəmdən qorunmaq üçün dua edərlər, bilirlər ki, Cəhənnəm Allahü təalanın qəzəbinin olduğu yerdir. Yoxsa Cəhənnəmdən qorxmaları, nəfslərini əzabdan qurtarmaq üçün deyildir, çünki bu böyüklər nəfslərinə kölə olmaqdan qurtulmuşlar, Allahü təala üçün xalis qul olmuşlar. (1/24)

Övliya şəxsiyyətlər Allahü təalanın rızasına qovuşmaq üçün Cənnəti istəyib, Cəhənnəmdən qorxurlarsa, zamanə mollalarının əksini söyləməsi nə dərəcə düzgündür?


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину