Facebook Twitter WhatsApp

Cənnəti istəmək və Allah rızası

Sual: Oxuduğum mötəbər əsərlərdə, “Cənnəti istəmirəm, Allahı görmək istəyirəm” deməyin caiz olmadığı bildirilir. Yunus Əmrə və başqa övliyaların belə sözlər söylədiyi görülmüşdür. Bunların izahı varmı?
CAVAB
Allahü təala Cənnəti bəyənir və onu tərifləyir. Bir şəxsin təriflənən, bəyənilən Cənnəti bəyənməməsi, istəməməsi, Allahü təalanın bəyəndiyini bəyənməmək, Onun istəyin dediyi şeyi istəməmək sayılır. Bu cəhətdən Cənnəti istəməmək caiz deyil.

Yunus Əmrə kimi Haqq aşiqlərinin vəhdəti-vücuda mənsub olan övliyanın sözlərini ancaq təvillə anlamaq olar. Yunus Əmrə həzrətləri deyir ki:


“Cennet Cennet dedikleri,
Birkaç köşkle, birkaç huri.
İsteyene ver sen anı.
Bana seni gerek seni.”


Belə sözləri bir vəli söyləsə, o zaman təvil edilir. Yunus Əmrə bu sözləri ilə, “Mən yalnız Cənnətə getmək niyyətilə deyil, sırf Sənin rizan üçün ibadət edirəm” demək istəyir. Hər halda hər möminin də Allah rizası üçün ibadət etməsi lazımdır. Sadiq qul Cənabı Haqqa daima “Sənin rizan, Sənin rizan” deyər. Bunun üçündür ki, aşiq Yunus da Mənə Səni gərək Səni deyir. Hallacı Mənsurun “Ənəl Həqq deməsi də belə təvil edilir. Bu sözü ilə Mən yoxam, Allah vardır demək istəyir.

Təsəvvüf sərxoşluğu


Vəcd və hal sahibləri, təsəvvüf sərxoşluğu ilə şüurlarını itirdikləri zaman, sözlərində və işlərində üzrlü olurlar. Təsəvvüf sərxoşlarının dinə uyğun olmayan sözlərinə və işlərinə başqalarının tabe olmaları caiz deyil. Özləri günaha girməsələr də, onlara bu sözlərdə və işlərdə tabe olanlar günaha girər. (Mərəcül-bəhreyn)

İmam Rabbani həzrətləri buyurur ki:
Allahü təalanı istəmək və sevmək, axirəti istəmək və sevməkdir. Çünki Allahü təalaya qovuşmaq axirətdə vəd edilmişdir və Allahü təalanın qulundan razılığı axirətdə bəlli olacaq. Haqq təala axirəti sevər. Bəyəniləndən üz çevirmək səkrdir, Allahü təalanın dəvət etməsinə və bəyənməsinə qarşı gəlməkdir. “Yunus” surəsinin 25-ci ayəsində Allahü təala Darüs-səlama [Cənnətə] çağırır buyurur. Allahü təala axirətə çağırır. Axirətdən üz çevirmək, Haqq təalaya qarşı gəlmək sayılır. Onun bəyəndiyi şeyi ortadan qaldırmağa çalışmaq hesab olunur. (1/302)
Böyüklər, Cənnəti, Allahü təalanın razı olduğu yer olduğuna görə və Cənnəti istəyənləri sevdiyi üçün istərlər. Cəhənnəmdən çəkinmələri də, Allahü təalanın qəzəb etdiyi yer olduğu üçündür. Yoxsa Cənnəti istəmələri, nəfslərinə şirin gəldiyi üçün deyildir. Cəhənnəmdən çəkinmələri, orada əzab və sıxıntı olduğu üçün deyil. Çünki bu böyüklər, sevgilinin etdiyi hər şeyi gözəl görürlər. Bunları özlərinin mətlubu, məqsədi bilirlər.

Yunus Əmrə eyni şeirində deyir ki:


Aşkın ile yanarım, bana seni gerek seni,
Adını hep anarım, bana seni gerek seni.

Ne varlığa sevinirim, ne yokluğa yerinirim,
Aşkın ile avunurum, bana seni gerek seni.

Aşkın aşığı öldürür, aşk denizine daldırır,
Arananı buldurur, bana seni gerek seni.

Aşkın şarabından içem, Mecnun olup dağa düşem,
Sensin benim hep endişem, bana seni gerek seni.

Âşıklara Mevla gerek, Mecnunlara Leyla gerek,
Sofulara Cennet gerek, bana seni gerek seni.

Eğer beni öldürseler, külüm göğe savursalar,
Toprağım yine çağıra, bana seni gerek seni.

Yunus Emre benim adım, gün geçtikçe artar odum,
İki cihanda maksudum, bana seni gerek seni.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину