Facebook Twitter WhatsApp

Hər Müsəlman bilir ki…

Sual: Hal-hazırda Cənnət və Cəhənnəm vardırmı?
CAVAB
Hər Müsəlman bilir ki, ilk insan və bütün insanların atası olan Həzrəti Adəm illərlə Cənnətdə yaşadı. Qadağan olunmuş ağaçdan yedikdə, dünyaya göndərildi. Bu haqda Qurani-kərimdə bir çox ayəti-kərimə vardır. Məsələn, “Bəqərə” surəsinin 35 və 36, “Əraf” surəsinin 17-ci ayəti-kəriməsindən 27-ci ayəti-kəriməsinə qədər. “Taha” surəsinin 117-119-cu ayəti-kərimələri bu xüsuslardan bəhs edir. Qurani-kərimdə həmçinin möminlər üçün Cənnətin, kafirlər üçün də Cəhənnəmin hazır vəziyətdə gözlədiiyi bildirilir:

Təqva sahibləri üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.” [Ali İmran 133]

“Kafirlər üçün hazırlanmış Cəhənnəm atəşindən uzaq durun!”
 [Ali İmran 131]

Peyğəmbər əfəndimiz də Meraca getdikdə, Cənnət və Cəhənnəmi də gəzmişdi. Gördüyü şeyləri danışmışdı. Bunlardan bir neçəsi aşağıdakılardır:

“Cənnətə girdim. İncidən qübbələr gördüm.” [Müslim]

“Meraca çıxdığım zaman Cənnətin qapısı üzərində "Sədəqənin savabı on, borc verənin isə on səkkiz mislidir" yazılı olduğunu gördüm.” 
[İbni Macə]
“Meracda Cəhənnəmə baxdım. İylənmiş leşləri yeyənləri gördüm. Bunların kim olduğunu soruşdum. Cəbrayıl əleyhissalam, "Bunlar, qeybət edərək insanların ətlərini yeyənlərdir" dedi.” 
[İ. Əhməd]


Cənnət haradadır?
Sual: 
Cənnətin bildiyimiz planetlərdən birində olması mümkündürmü?

CAVAB
Bu gün bildiyimiz bütün ulduzlar və planetlər birinci qat səmadadır. Səmalar isə yeddi qatdır. Digər qatların isə bilinən bu səmadan çox böyük olduğu bildirilmişdir. Cənnət haqqında Qurani-kərimdə və hədisi-şəriflərdə məlumat vardır. Cənnətin genişliyinin yer ilə göyün genişliyi qədər olduğu Qurani-kərimdə bildirilmişdir. (Hədid 21)

Bu halda Cənnətin planetlərdə olması mümkün deyildir. Cənnət daha yuxarı səmalardadır. (Deyləmi)

Səkkiz Cənnət
Sual: Səkkiz Cənnətin adları nədir?

CAVAB
1- 
Dari-cəlal,

2- Dari-qərar,
3- Dari-salam,
4- Huld,
5- Məva,
6- 
Ədn,
7- 
Firdevs,
8- 
Naim.

 

Sual: Bir insanın Cəhənnəmdən qurtulması üçün nə və necə hərəkət etməsi lazımdır?
CAVAB
Bu mövzu haqqında İmam Rabbani həzrətləri buyurur ki:

“Cəhənnəmdən qurtulmaq istəyən, halal və haramları yaxşı öyrənməli, halal qazanıb, haramdan çəkinməlidir. İslamiyyətin sahibinin qadağan etdiyi şeylərdən uzaq durmalıdır. İslamiyyətin hüdudunu aşmamalıdır. Qəflət yuxusu nə vaxta qədər davam edəcək, qulaqlardan pambıq nə vaxt çıxacaq? Əcəl gəldikdə, insanı oyandıracaqlar, gözləri, qulaqları açacaqlar. Lakin, o vaxt peşmanlıq işə yaramayacaq. Rüsvay olmaqdan başqa ələ bir şey keçməyəcək. Ölüm hamımıza yaxınlaşır. Axirətin növ-növ əzabları insanları gözləyir. İnsan öldüyü vaxt qiyaməti qopmuş olur. Ölüm oyandırmadan və iş işdən keçmədən əvvəl oyanaq! Allahü təalanın əmrlərini və qadağalarını öyrənib, bu bir neçə günlük ömrümüzü bunlara uyğun keçirək. Özümüzü axirətin çeşidli əzablarından xilas edək! “Tahrim” surəsi 6-cı ayəsində məalən;

“Ey iman edənlər, özünüzü və ailənizi elə bir atəşdən qoruyun ki, onun alovlandıran, insanlarla daşlardır” buyuruldu.

İmanı, etiqadı düzəltdikdən və İslamiyyətə uyğun ibadətləri etdikdən sonra, vaxtımızı qəlbi təmizləməklə keçirmək lazımdır. Allahü təalanı xatırlamadan bir an keçirməməliyik. Bədən, əllər, ayaqlar dünya işləri ilə məşğul olarkən, qəlb həmişə Allahü təala ilə olmalı, Onu xatırlamaqla ləzzət duymalıdır. Şükür etməyi əldən qoymamalıdır. Həm şükür etməli, həm də daha artmasını istəməlidir. Qəlbin təmiz olmasından məqsəd, Allahü təaladan başqasının sevgisini qəlbdən çıxarmaqdır. Qəlbin xəstə olması isə, bu cür müxtəlif bağlılıqlardır. Bu bağlılıqlar kəsilib atılmadıqca, həqiqi iman nəsib olmaz. Həmçinin İslamiyyətin əmrlərini və qadağalarını yerinə yetirmək asan və rahat olmaz.

Zikir etdikdə də qəlb təmizlənir. Yəni qəlbdən dünya sevgisi çıxar, Allah sevgisi yerləşər. Bir çoxlarının, bir yerə yığışıb hayhuy etməsi, oynaması, fırlanması, zikir deyildir.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину