Sual: Cənnət də Allahü təalanın yaratdıqlarından bir yerdir deyirlər. Cənnətin digər yaradılanlardan fərqi nədir?
Cavab: Cənnət də hər şey kimi Allahü təalanın məxluqudur. Allahü təala məxluqlarının, yaratdıqlarının heç birinə aid deyil, tərkibində deyil. Lakin məxluqlarının bəzisində Onun nurları zühur edir, görünür. Bəzisində isə, o qabiliyyət yoxdur. Güzgüdə qarşısındakı cisimlərin görünüşləri zühur edir, görünür. Daşda, torpaqda isə zühur etmir, görünmür. Allahü təalanın hər məxluqu eyni dərəcədə olsa da məxluqlar, yaradılanlar bir-birlərinin eyni deyildirlər. Allahü təala dünyada görülə bilməz. Bu aləm Onu görmək nemətinə qovuşmağa əlverişli deyil. Dünyada görülə bilər deyən yalançıdır, iftiraçıdır. Doğrunu anlaya bilməmişdir. Bu dünyada bu nemət nəsib olsaydı, hər kəsdən əvvəl Musa əleyhissalam görərdi. Peyğəmbər əfəndimiz meracda bu dövlətlə, yəni görməklə şərəflənsə də, bu dünyada deyildi. Axirətdə görmüş oldu, dünyada görmədi. Dünyada ikən dünyadan çıxdı, axirətə qarışdı və gördü.
Cənnət və Cəhənnəm indi vardır
Sual: Tək bir Cəhənnəm var, yoxsa bir neçəsi vardır? Hal-hazırda bunlar mövccuddurmu?
CAVAB
Cəhənnəm yeddi təbəqədir, kafirlər vəziyyətlərinə uyğun olaraq təbəqələrin birində əzab görəcəklər.
“Fəraid-ül fəvaid” kitabında buyurulur ki:
Cəhənnəm yeddi təbəqədir, bir-birinin altındadırlar. Hər təbəqənin alovu üstündəkindən daha şiddətlidir. Günahı əfv edilməmiş möminlər birinci təbəqədə günahları qədər yanıb, sonra Cəhənnəmdən çıxarılaraq Cənnətə aparılacaqlar.
Digər altı təbəqədə hər cür kafir sonsuz yanacaq.
Cənnət və Cəhənnəm hal-hazırda mövcuddur. Bəzi alimlərə görə Cəhənnəmin harada olduğu dəqiq bilinmir. Bəzilərinə görə yeddi qat yerin altındadır. Yer kürəsi, günəş və bütün ulduzlar birinci səmanın [göy] içində olduqlarına görə, yer üzünün harasında olsaq, yeddi qat yerin altında səma vardır. Cəhənnəmin yeddi qat səmadan birində yerləşdiyi məlum olur.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0