Facebook Twitter WhatsApp

Sonsuz əzabda qalmaq təhlükəsi

Sual: Cəhənnəmin sonsuz əzabından qurtulmaq üçün ağıllı bir insanın bundan qurtulma çarəsini düşünməsi lazım gəlməzmi?
Cavab: İmanı olmayan insanın Cəhənnəmdə sonsuz qalacağını ayəti-kərimələr və Peyğəmbər əfəndimiz xəbər vermişdir. Bu xəbər əlbəttə doğrudur. Buna inanmaq, Allahü təalanın var və bir olduğuna inanmaq kimi lazımdır. Hər hansı bir insan sonsuz atəşdə yanmaq fəlakətini düşünsə, qorxudan ağlını itirə bilər. Bu qorxunc fəlakətdən qurtulmağın çarəsini axtarar. Bunun çarəsi isə Allahü təalanın var və bir olduğuna, Muhamməd əleyhissalamın Onun son Peyğəmbəri olduğuna, Onun xəbər verdiyi şeylərin hamısının doğru olduğuna inanmaqdır ki, bu da insanı sonsuz fəlakətdən qurtarır. Bir kimsə, mən sonsuz azaba inanmıram, buna görə belə bir fəlakətdən qorxmuram, bu fəlakətdən qurtulmağın çarəsini axtarmıram desə, buna demək lazımdır ki, inanmamaq üçün əlində sübutun, dəlilin vardırmı? Hansı elm, hansı fənn inanmağına mane olur? Əlbəttə sübut göstərə bilməyəcək. Dəlili, sübutu olmayan sözə elm, fənn deyilərmi? Buna zənn və ehtimal deyilir. Milyonda, milyardda bir ehtimalı olsa da, sonsuz atəşdə yanmaq kimi qorxunc fəlakətdən çəkinmək lazım olmazmı? Hətta bir az ağlı olan kimsə belə fəlakətdən çəkinməzmi? Sonsuz atəşdə yanmaq ehtimalından xilas olmağın çarəsini axtarmazmı?

Görünür ki, hər ağıl sahibi iman etməlidir. İman etmək üçün vergi vermək, mal ödəmək, yük daşımaq, ibadət zəhməti çəkmək, ləzzətli, şirin şeylərdən imtina etmək kimi sıxıntılara qatlanmaq lazım deyil. Yalnız qəlblə, ixlasla, səmimi şəkildə inanmaq kifayətdir. Bu inancını inanmayanlara bildirmək də şərt deyil. Sonsuz atəşdə yanmağa inanmayanın buna çox az bir ehtimal verməsi, zənn etməsi ağıl və insanlıq işidir. Sonsuz atəşdə yanmaq ehtimalı qarşısında, bunun yeganə və qəti çarəsi olan iman nemətindən qaçmaq, həm axmaqlıq, həm də çox böyük çaşqınlıq deyilmi?

Sənaüllah Pani-püti həzrətləri buyurur ki:
“Allahü təalanın varlığı, sifətləri, razı olduğu və bəyəndiyi şeylər, ancaq Peyğəmbərlərin bildirməsi ilə anlaşılır. Ağılla anlaşıla bilməz. Bunları bizə Muhamməd əleyhissalam bildirdi. Xuləfəyi-raşidinin, əshabı-kiramın çalışmaları ilə də hər tərəfə yayıldı.”


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину