Sual: Cənnət və Cəhənnəm hər ikisi də sonsuzdurmu, Cəhənnəmdəkilərin qurtulma ehtimalı heç yoxdurmu?
Cavab: Mövzu haqqında İmam Rabbani həzrətləri “Məktubat” adlı kitabında buyurur ki:
“Möminlərə mükafat və nemət üçün hazırlanmış Cənnət, kafirlərə isə əzab üçün hazırlanmış Cəhənnəm hal-hazırda vardır. Hər ikisini də Allahü təala yoxdan var etmişdir. Qiyamətdə hər şey yox edilib, təkrar yaradıldıqdan sonra əbədi, sonsuz olaraq varlıqda qalacaqlar, heç vaxt yox olmayacaqlar. Sual və hesabatdan sonra möminlər Cənnətə girdikdə burada sonsuz qalacaqlar, Cənnətdən heç vaxt çıxmayacaqlar. Həmçinin, kafirlər də Cəhənnəmə girdikdə Cəhənnəmdə sonsuz qalacaqlar, əbədi, sonsuz olaraq əzab çəkəcəklər. Bunların əzablarının azaldılması caiz deyil. İbni Teymiyyə, kafirlərin Cəhənnəmdə sonsuz qalacaqlarını inkar etdi. Halbuki, “Onların əzabları yüngülləşməyəcək, onlara heç yardım olunmayacaq” məalindəki ayəti-kərimə məşhurdur. Qəlbində zərrə qədər imanı olanı günahlarının çoxluğu səbəbi ilə Cəhənnəmə salsalar da, günahları qədər əzab çəkib, sonunda Cəhənnəmdən çıxarılacaq və onun üzünü qara etməyəcəklər. Kafirlərin üzləri isə qapqara olunacaq. Möminləri Cəhənnəmdə zəncirlərə bağlamazlar. Boyunlarına tasma taxmazlar. Beləcə qəlblərindəki zərrə imanın hörməti, dəyəri bəlli olacaq. Kafirləri isə qandal və zəncirlərlə bağlayacaqlar.”
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0