Sual: “Sonsuz mərhəmət sahibi Allah yaratdığı qullarını kafir də olsa, sonsuz Cəhənnəmdə yandırmaz” demək nə dərəcədə doğrudur? Kafirlər, Cəhənnəmdə sonsuz qalmayacaqmı?
CAVAB
Kafirlər Cəhənnəmdə sonsuz qalacaqlar. Söylədikləri çox səhvdir. Allahü təala əlbəttə, sonsuz mərhəmət sahibidir, lakin kimlərə, necə mərhəmət edəcəyini də Özü bildirmişdir. İki ayəti-kərimə məali belədir:
“O gün mərhəmətim yalnız Məndən qorxaraq kafir olmaqdan və günah işləməkdən çəkinənlərə, zəkatını verənlərə, Qurani-kərimə və ümmi nəbi olan Rəsula inananlara məxsusdur.” [Əraf 156, 157]
“İnkarçıları, zalımları Allah əsla əfv etməz, onları içində əbədi qalacaqları Cəhənnəm yoluna göndərər.” [Nisə 168]
Allahü təala mərhəmət sahibi olduğu kimi, eyni zamanda intiqam alıcı və qənidir. İstədiyini etməkdə heç kimdən çəkinməz. (Rıyadun-nasıhin)
Cəhənnəm sonsuz deyildirmi?
Sual: İbni Teymiyyə, “Cəhənnəm sonsuz deyil” dediyi üçün, İbni Teymiyyəçi bir yoldaş, “Nəbə surəsi 23-cü ayəsində, sonsuz olaraq deyil, əsrlər boyu Cəhənnəmin olacağı bildirilir. Deməli, kafirlər də Cəhənnəmdə əbədi qalmayacaqlar” deyir. Bu yanlış deyildirmi?
CAVAB
Bəli, yanlışdır. Bəhs edilən ayəti-kərimənin məali belədir:
“Onlar orada ahqab [huqublar, dövrlər] boyu qalacaqlar.” [Nəbə 23]
Ahqab, huqub kəlməsinin cəm şəklidir. Huqub, bir çox ili ehtiva edən bir dövr deməkdir. İmam Qurtubi həzrətləri təfsirində buyurur ki:
“Dövrlər boyu orada qalacaqlar” demək, “Dövrlər davam etdikcə, Cəhənnəmdə qalacaqlar” deməkdir. Bu dövrlərin ardı arxası kəsilməyəcəkdir. Hər bir dövr keçdikcə bir başqası gələcəkdir. Sonsuza qədər, günlər bir-birini əvəz edəcək, deməkdir. Əgər beş ya da on ahqab deyilsəydi, ya da buna bənzər bir ifadə istifadə edilsəydi, o zaman müəyyən bir zamana işarə edərdi. Ahqabın mövzu olma səbəbi, huqubun ən uzun müddəti əhatə etməsidir. Beləliklə onların anlayışlarının mənimsədiyi və bildikləri şəkildə onlara xitab etmişdir. Burada bu ifadə, əbədilik haqqında istifadə edilmişdir. Yəni onlar orada əbədiyyən, sonsuz olaraq qalacaqlar.
Ahqab ifadəsi qəlblərə daha bir dəhşət verir və əbədiliyə daha açıq bir dəlil təşkil edir. Mənalar bir-birinə yaxın olduğu üçün ahqab ifadəsi istifadə olunmuşdur. (“Camiuli-Əhkam”)
Beydavi, Cəlaleyn, Mədarik təfsirlərində də, “Sonsuz dövrlər boyu içində qalacaqlar” şəklində açıqlanmışdır. Bu xüsus bu məaldəki ayəti-kərimələrdə daha açıq bildirilmişdir:
“Pislikləri [günahları, küfürləri] ilə özlərini əhatə edənlər cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar.” [Bəqərə 81]
“Şübhəsiz, kafirlərə Cəhənnəm əzabı əbədidir, sonsuzdur.” [Zuhruf 74]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0