Sual: Cənnət və Cəhənnəm sonsuz deyildirmi?
CAVAB
Cəhənnəmin və Cənnətin sonsuz olduğu haqqında bir çox ayəti-kərimə vardır. Məsələn, “Bəqərə” 25, “Ali-İmran” 116, “Maidə” 85, “Ənam” 128, “Tövbə” 68,
“Hud” 107.
Ayəti-kərimədə Cəhənnəm və Cənnət üçün də “Hüm fihə xalidun = Onlar orada əbədi qalacaqlar” buyurulur. (Bəqərə 81, 82)
Əbədilik sifəti
Sual: Qurani-kərimdə kafirlərin Cəhənnəmdə, möminlərin isə Cənnətdə əbədi qalacaqları bildirilir. Belə olduqda, Allahü təaladan başqa şeylər üçün də əbədilik sifəti şamil edilmiş sayılmazmı?
CAVAB
Bunların var olmaları, varlıqda durmaları, özlərindən olmadığı kimi, əbədi olmaları da özlərindən deyildir. Bunları əbədi edən Allahü təaladır. Allahü təala, “Ol!” desə, var olur, “Yox ol!” desə, yox olur. İmam Rabbani həzrətləri buyurur ki:
Məxluqların yox olacaqlarına inanmaq, yoxdan var edildiklərinə inanmaq kimi, imanın şərtidir. “Ərş, Kürsi, Lövh, Qələm, Cənnət, Cəhənnəm və Ruh adlı məxluqlar yox olmayacaq, sonsuz var olacaqlar” ifadəsi, bunlar yox ola bilməz demək deyil. Allahü təalanın var etdiyi şeylərdən dilədiklərini təkrar yox edəcək, dilədiklərini də, yalnız Özünün biləcəyi fayda və səbəblərdən ötrü, heç vaxt yox etməyəcək, bunlar əbədi, yəni sonsuz var olacaqlar, deməkdir. Allahü təala istədiyini edir və istədiyini əmr edir. Deməli, aləm, yəni hər şey Allahü təalanın iradəsi və qüdrəti ilə vardır. Var olmaları üçün və varlıqda qalmaları üçün, Allahü təalaya möhtacdırlar, çünki baqi olmaq, varlığın hər an davam etməsi deməkdir. Başqa bir şey olmaq demək deyildir. Həm var olmaq, həm də varlıqda qala bilmək, Allahü təalanın iradəsi, istəyi ilə mümkündür. (3/57)
Cənnət də, Cəhənnəm də dolacaqdır
Sual: “Cənnətdə boş yer qalsa, doldurmaq üçün yeni insanlar yaradılacaq” deyənlər olduğu kimi, “Cəhənnəmdəki bütün insanlar çıxacaq, beləliklə Cənnət dolacaq, Cəhənnəmdə heç kim qalmayacaq” deyənlər də var. Hansı doğrudur?
CAVAB
İkisi də doğru deyil. Allahü təala, Cənnəti də, Cəhənnəmi də dolduracaqdır. Möminlər Cənnətdə əbədi qalacaq və sayları heç əksilməyəcəkdir. Kafirlər də Cəhənnəmdə sonsuz qalacaq və sayları əksilməyəcəkdir. Cəhənnəmdən sadəcə günahkar möminlər cəzalarını çəkdikdən sonra çıxıb Cənnətə girəcək və orada sonsuz qalacaqlar.
Əbədi olan Cənnət və Cəhənnəmin dolacağını bildirən bir hədisi-şərif məali belədir:
“Cənnət, “Mənə zəiflər və yoxsullar girəcəkdir” deyə bəzi sübutlar bildirdi. Cəhənnəm də, “Mənə də cəbbarlar və təkəbbürlü olanlar girəcəkdir” dedi. Allahü təala da buyurdu ki: “Ey Cəhənnəm, sən Mənim əzabımsan, dilədiyim kimsələri [kafirləri] səninlə cəzalandırıram. Ey Cənnət, sən də Mənim rəhmətimsən, dilədiyim kimsələrə [möminlərə] səninlə rəhmət edirəm. İkinizi də dolduracağam.” [Müslim]
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0