Facebook Twitter WhatsApp

Qiyamətdə hansı bədənlə dirildiləcəyik?

Sual: Bir insanı heyvanlar yesə və ya ölən insanın orqanları başqa bir insana nəql edilsə, bu insan qiyamət günü dirildiyi zaman, dünyada ikən heyvanların yediyi və ya başqa insanlara köçürülən orqanları, kiminlə, hansı bədənlə diriləcək?


Cavab:
 Mövzu haqqında “Səadəti-Əbədiyyə” kitabında belə qeyd edilir ki:

“Qiyamətdə hər kəs öldüyü zamandakı şəkli, boyu və orqanları ilə məzardan qalxacaq. Heç kimin büzdüm sümüyü dəyişməyəcək, başqa orqanlar bu sümük vasitəsilə yenidən yaradılacaq, ruhlar bu yeni bədənlərini tapıb, bu bədənlərinə girəcəklər. Ruhların bu başqa yeni bədənlərə girməsi, tənasüh deyildir. İnsanın bədəni, orqanları dünyada da dəyişir. Qırx yaşındakı insanın əti, yağı, dərisi, sümükləri başqadır. Uşaq olduğu zaman başqadır. Lakin o, həmişə eyni insandır. Çünki insan ruh deməkdir. Bədən dəyişsə də, ruh dəyişməz. İnsanın barmaq izi də heç vaxt dəyişməz. Heç bir insanın barmaq izi bir başqasının barmaq izinə bənzəməz. İnsanın barmaq uclarındakı çizgilərin şəkli doğulmadan əvvəl ruh bədənə girdiyi vaxtda təşəkkül edir. İnsan ölüb çürüyənə qədər heç dəyişməz. Beş min illik mumiyalarda eynilə qaldıqları görülmüşdür. Barmaq ucundakı çizgilərdən hər biri yan-yana düzülmüş dəliklərdən əmələ gəlmişdir. Hər dəlikçikdən tər sızır. İnsan bir şeyi tutduqda, sızan tər o şey üzərində çizgilərin şəkli kimi yapışıb qalır. Təri boyayan bir kimyəvi maddə sürtdükdə, o şəxsin barmaq izi o şeyin üzərində görünür.

İmam Qazali həzrətləri, “Kimyayı-səadət” kitabında deyir ki:
Bir insanın fərqli yaşlarındakı bədənləri başqa-başqa olduqları kimi, eyni boy və şəkildə, lakin başqa zərrələrdən əmələ gəlmiş bir bədənlə qəbirdən qalxacaq. Bu hissə yaxşı anlaşıldıqda, insan insanı yeyərsə, yeyilən orqanın, hansı insan ilə yaradılacağı, yeyənin, yoxsa yeyilənin bədənində yaradılacağı kimi suallara ehtiyac qalmaz. Çünki, o üzvlərin, orqanların özü deyil, bənzərləri yaradılacaq.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину