Sual: Sirat körpüsündə hansı sualları soruşacaqlar?
CAVAB
Sirat körpüsü üzərində yeddi yerdə, yeddi şeydən sual olacaq.
Öncə imandan soruşacaqlar. İmanı doğru olan birinci dayanacaqdan keçəcək, doğru olmasa Cəhənnəmə düşəcək.
2-ci dayanacaqda namazdan sual olacaq. Hədisi-şəriflərdə buyuruldu ki:
“Namaz, Allahü təalanın xoşuna gələn bütün əməllərin ən fəzilətlisidir. Qəbirdə işıq, Sirat körpüsünü ildırım kimi keçiricidir.” [M.Cənnə]
“Qiyamətdə ən birinci namazdan soruşulacaq. Namazı düzgün olanın, digər əməlləri qəbul edilər. Namazı düzgün olmayanın, heç bir əməli qəbul edilməyəcək.” [Tabərani]
[Ona görə hər bir Müsəlman mütləq namaz qılmalıdır! Namaz dinin dirəyidir. Dirəksiz bina olmaz. Namaza əhəmiyyət verməyənlərin kafir olacağını bildirən bir çox hədisi-şərif var].
3-cü dayanacaqda zəkatdan,
4-cü dayanacaqda orucdan,
5-ci dayanacaqda həcdən,
6-cı dayanacaqda qul haqqından, ana-ata haqqından, qohum-əqrəbanı sayıb-saymamaqdan,
7-ci dayanacaqda qüsul alıb-almadığından soruşulacaq.
Hansında qüsuru varsa, o nisbətdə Cəhənnəmdə yanacaq, qüsuru olmadığı yerdən asanlıqla keçəcək. Hədisi-şəriflərdə buyuruldu ki:
“İnsanlar Cəhənnəm üzərindəki körpüdən keçəcəklər. Körpüdə tikanlı dəmirlər, çəngəllər və qarmaqlar vardır. İnsanları sağdan-soldan yaxalayacaq. Körpüdəki mələklər, "Allahım salamatlıq ver" deyə dua edərlər. Xalqın bir qismi körpünü şimşək kimi, bir qismi külək kimi, bir qismi qaçan at kimi, bir qismi qaçaraq, bir qismi yeriyərək, bir qismi iməkləyərək və bir qismi də sürünərək keçər. Əsl Cəhənnəmliklərə gəldikdə, bunlar nə ölər, nə də yeni bir həyata qovuşar. Günahkarlar, günahı nisbətində Cəhənnəmdə yandıqdan sonra onlara şəfaət edilməyə izn verilər.” [Buxari]
“Sirat qıldan nazik, qılıncdan kəskindir. Mələklər möminləri xilas etməyə çalışar. Cəbrayıl əleyhissalam məni belimdən tutar. Mən də, "Ya Rəbb, ümmətimə salamatlıq ver, onları xilas et" deyə dua edərəm. O gün ayağı sürüşüb düşən çox olacaq.” [Beyhəqı]
“Sərvəti ilə Allahü təalaya itaət edən və malının haqqını ödəyən kəs, Qiyamətdə Sirata çatdıqda, malı "Haydi keç, çünki sən məndə olan Allahın haqqını ödədin" deyər. Daha sonra malındakı Allah haqqını ödəməyən kəs gələr, malı, "Nə üçün məndə olan Allah haqqını ödəmədin?" deyər. O da "Heyif oldu mənə, mən nə etdim?" deyə söylənər.” [Beyhəqı]
“Cənnətə girənə qədər, Siratda göz qırpması qədər gözləməyi istəməyən Allahın dini haqqında öz şəxsi fikriylə heç bir söz söyləməsin!” [Qurtubi]
Siratı keçən möminlər iki bulağa rast gələrlər. Bu bulağın birində yuyunub, digərindən də içərlər. Beləcə, maddi və mənəvi təmizliyə qovuşduqdan sonra Cənnətin qapısına gələrlər. Mələklər Zümər surəsində bildirildiyi kimi, “Sizə salam olsun, xoş gəldiniz. Əbədi olaraq buraya girin!” deyərlər. Sonra onlara Cənnət paltarları geydirərlər. Hamısı Cənnətə girər.
Sirat körpüsü və mahiyyəti
Sual: Sirat körpüsü dedikdə, dünyada bildiyimiz dəniz, çay üzərində qurulan körpülər kimi anlamalıyıq?
Cavab: Sirat körpüsü dedikdə, bildiyimiz körpülər kimi zənn etməməliyik. Belə ki, sinif keçmək üçün imtahan körpüsündən keçilir deyirik. Hər tələbə imtahan körpüsündən keçir. Hamısı buradan keçdiyi üçün körpü deyirik. Halbuki, imtahanın körpüyə bənzəyən bir tərəfi yoxdur. İmtahan körpüsündən keçənlər olduğu kimi, keçə bilməyib, yuvarlananlar da olur. Lakin bu körpüdən dənizə yuvarlanmağa bənzəməz. İmtahan körpüsünün necə olduğunu buradan keçənlər biləcək. Sirat körpüsündən də hər kəs keçəcək, bəziləri də kəçə bilməyib Cəhənnəmə yuvarlanacaq. Lakin, bu körpü, buradan keçmək və Cəhənnəmə düşmək, dünya körpüləri kimi və imtahan körpüsü kimi deyil. Bunlara heç bənzəməz. Sirat körpüsü vardır. Möminlər bu körpüdən keçib, Cənnətə gedəcək, kafirlər isə Cəhənnəmə düşəcəklər.
В корзине: 0 шт.
на сумму: 0