Facebook Twitter WhatsApp

Allahü təalaya inanmaq

   “Əməntü billəhi”: Allahü təalanın varlığına və birliyinə inandım, iman etdim, qəlbimlə və dilimlə təsdiq etdim deməkdir. Allahü təala vardır və birdir. Bir sözünün lüğətdə müxtəlif mənaları vardır. Birincisi, say baxımından ikinin yarısı olub, sayların əvvəlidir. Digəri, ortağı və bənzəri olmamaq baxımından birdir. Allahü təala say baxımından deyil, ortağı və bənzəri olmamaq baxımından birdir. Yəni zatında və xüsusiyyətində heç bir şəkildə Ona ortaq yoxdur. Bütün məxluqların zat və xüsusiyyətləri bunları yaradanın zat və xüsusiyyətlərinə bənzəmədiyi kimi, yaradanın zat və xüsusiyyətləri də yaratdıqlarının heç birinin zat və xüsusiyyətlərinə bənzəməz.

  Bütün məxluqatın hər üzvünün hər hüceyrəsinin yaradanı, yoxdan var edəni yalnız Allahü təaladır. Allahü təalanın zatının həqiqətini heç bir kimsə bilə bilməz. Ağıla və xəyala gələnlərin hamısından münəzzəhdir və uzaqdır. Onun zatını ağıla və xəyala gətirmək caiz deyil (icazə verilmir). Ancaq Qurani-Kərimdə bildirilən xüsusiyyətlərini, isimlərini əzbərləyib, üluhiyyətini bunlarla təsdiq edilməlidir. Bütün xüsusiyyətləri və isimləri əzəli və əbədidir. Zatı heç bir yerdə durmadığı kimi, müəyyən bilinən altı cəhətdən də münəzzəhdir. Yəni, öndə, arxada, sağda, solda, üstdə, altda deyildir. Onun haqqında ancaq hər yerdə hazır və nazırdır deyilə bilər.

  Allahü təalanın xüsusiyyətləri on dörddür. Altısına sıfatı-zatiyyə (zatı xüsusiyyətlər) və səkkizinə sıfatı-sübutiyyə (sübuti xüsusiyyətlər) deyilir. Bunların mənalarını bilmək və əzbərləmək çox lazımdır: