Facebook Twitter WhatsApp

Mələklərə inanmaq

  Və Mələikətihi: Allahü təalanın mələklərinə inandım deməkdir. Mələklər Allahü təalanın qullarıdır. Hamısı Allahü təalanın əmrlərinə itaət edər. Günah işləməzlər. Kişi və qadın deyillər. Evlənməzlər. Diridirlər. Yeməzlər, içməzlər, yatmazlar. Nurani cisimdirlər, ağıllıdırlar. Ən üstün olanları dörddür.
1.
Cəbrail-əleyhissəlam: Vəzifəsi Peyğəmbərlərə vəhy gətirmək, əmr və qadağaları bildirməkdr.
2.
İsrafil-əleyhissəlam: Sura üfürməklə vəzifəlidir. Birinci üfürməsindən hasil olan səsi eşidən Allahü təaladan başqa hər diri öləcək, ikincisində hamısı təkrar diriləcək.
3.
Mikail-əleyhissəlam: Ruzi göndərilmək, ucuzluq, bolluq, qıtlıq, bahalıq və hər maddəni hərəkət etdirməklə vəzifəlidir.
4.
Əzrail-əleyhissəlam: İnsanların ruhunu almaqla vəzifəlidir.

  Bunlardan sonra dörd sinif mələk vardır. Hamələi-arş deyilən mələklər dörd ədəddir. Huzuri-ilahidə olan mələklərə Mukarrebin deyilir. Əzab mələklərin böyüklərinə Kərubiyan, rəhmət mələklərinə Ruhaniyan deyilir. Cənnət mələklərinin böyüyünün adı Rıdvan, Cəhənnəm mələklərinin böyüyünün adı Malik-dir. Cəhənnəm mələklərinə Zəbani deyilir. Sayı ən çox olan məxluq mələklərdir. Göylərdə mələklərin ibadət etmədikləri boş bir yer yoxdur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину