Facebook Twitter WhatsApp

İmanın bizdə baki (əbədi) qalıb, çıxmamasının şərti və səbəbi altıdır.

1. Biz, qeybə iman etdik. Bizim imanımız qeybədir, zahirə deyildir. Belə ki, Allahü azım-üş-şanı gözümüzlə görmədik, lakin görmüş kimi inandıq, iman etdik. Bunda əsla şübhəmiz yoxdur.
2. Yerdə və göydə, insanda, cində, mələklərdə və Peyğəmbərlərdə (aleyhimüssələvatü vəttəslimat) qeybi bilən yoxdur. Qeybi ancaq Allahü azım-üş-şan bilir və istədiklərinə bildirir.
[Qeyb demək, duyğu orqanları ilə
və ya hesab, təcrübə ilə anlaşılmayan deməkdir. Qeybi ancaq Onun bildirdikləri bilir.]
3. Haramı haram bilib, etiqad etmək.
4. Halalı halal bilib, etiqad etmək.
5. Allahü azım-üş-şanın əzabından əmin olmayıb, daima qorxmaq.
6. Hər nə qədər günahkar olsa da, Allahü azım-üş-şanın rəhmətindən ümid kəsməmək.
Kimdəsə bu şərtlərdən biri olmayıb, beşi olsa, yaxud beşi olmayıb, biri olsa, o şəxsin imanı və islamı səhih deyildir.