Facebook Twitter WhatsApp

İslamın Şərtləri


İslam dinınə girmiş olanlara, yəni müsəlmanlara fərz olan, mütləq yerinə yetirilməsi əmr olunan beş əsas vəzifə vardır:

  1. İslamın  şərtlərindən birincisi “Kəlmeyi-şəhadət” gətirməkdir. Kəlmeyi-şəhadət gətirmək, “Əşhədü ən ləə iləhə illəllah və əşhədü ənnə Muhammədən abdühu və rəsulüh” deməkdir. Yəni həddi-buluğa çatan və danışa bilənhər kəsin bunları dil ilə söyləməsi və qəlb ilə qəti olaraq təsdiq etməsi lazımdır: “Yerdə və göydə, Allahüdan başqa, ibadət edilməyə haqqı olan və tapınmağa layiq olan heç bir şey və heç bir kimsə yoxdur. Həqiqi məbud ancaq, Allahü təaladır. O, vacib-ül-vücuddur. Hər üstünlük Ondadır. Onda heç bir qüsur yoxdur. Onun adı “Allahdır” Və yenə, o gül rəngli, ağ qırmızı, parlaq, sevimli üzlü, qara qaşlı və qara gözlü, mübarək alnı açıq, gözəl xasiyyətli, kölgəsi yerə düşməz və şirin sözlü, Ərəbistanda, Məkkədə dogulduğu üçün Ərəb deyilən, Haşimi övladından “Abdullahın oğlu Muhamməd əleyhissəlam, Allahü təalanın qulu və rəsuludur, yəni Peyğəmbəridir, Vəhəbin qızı olan Həzrəti Əminənin oğludur”.
  2. İslamın beş şərtindən ikincisi, şərtlərinə və fərzlərinə uyğun olaraq hər gün beş dəfə “Vaxtı gəlincə namazqılmaqdır”. Hər müsəlmanın hər gün vaxtı gəlincə beş dəfənamaz qılması və hər birini vaxtında qıldığını bilməsi fərzdir. Namazları fərzlərinə, vaciblərinə, sünnətlərinə diqqət edərək və könlünü Allahü təalaya verərək vaxtları keçmədən qılmalıdır. Qurani-Kərimdə Namaza “Salat” buyurulur. Salat- lüğətdə insanın dua etməsi, mələklərin istiğfar etməsi (bağışlama diləməsi), Allahü təalanın mərhəmət etməsi, yazığı gəlməsi deməkdir. İslamiyyətdə  “Salat” demək, elmi-hal kitablarında bildirildiyi şəkildə, müəyyən hərəkətləri etmək və müəyyən şeyləri oxumaq  deməkdir. Namaz qılmağa “İftitah təkbiri” ilə başlanır. Yəni kişilərin əllərini qulaqlarına qaldırıb göbək altına endirərkən “Allahü-əkbər” demələri ilə başlanır. Son oturuşda başı sağ və sol çiyinlərə çevirib, salam verilərək bitirilir.
  3. İslamın beş  şərtindən üçüncüsü, “Malının zəkatını verməkdir”.  Zəkatın lüğəti mənası, təmizlik, tərifləmək və yaxşıgözəl hala gəlmək deməkdir. İslamiyyətdə zəkat demək, ehtiyacından artıq və “Nisab” deyilən müəyyən bir hədd miqdarında “Zəkatmalı” olan kimsənin, malının müəyyən miqdarını ayırıb, Qurani-Kərimdə bildirilən müsəlmanlara başa qaxmadan verməsi deməkdir. Zəkat yeddi sinif insana verilir. Dörd məzhəbdə də dörd cür zəkat malı vardır: Qızıl və gümüş zəkatı, ticarət malı zəkatı, ilin yarıdan artığında otlaqda otlayan dördayaqlı qəssab heyvanlarının zəkatı və torpaq məhsullarının zəkatıdır.Bu dördüncü zəkata “Uşr” deyilir. Yerdən məhsul alınar-alınmaz uşr verilir. Digər üç zəkat nisab miqdarı olduqdan bir il sonra verilir.
  4. İslamın beş  şərtindən dördüncüsü, “Ramazanı-şərif ayında, hər gün oruc tutmaqdır”. Oruc tutmağa  “Savm” deyilirSavm, lüğətdə bir şeyi bir şeydən qorumaq deməkdir. İslamiyyətdə şərtlərinə diqqət edərək, Ramazan ayında, Allahü təala əmr etdiyi üçün hər gün üç şeydən özünü qorumaq  deməkdir. Bu üç şey yemək, içmək və cimadır (cinsi münasibət). Ramazan ayı göydə hilalı (yeni ayı) görməklə başlayar. Təqvimlə, əvvəlcədən hesablamaqla başlamaq olmaz.
  5. İslamın beş şərtindən beşincisi, “Gücü çatanın ömründə bir dəfə həccə getməsidir”. Yol əmin və bədən sağlam olaraq,Məkkəi-mükərrəmə şəhərinə gedib gələnə qədər, ailəsininin dolanışığına yetəcək  qədər maldan artıq qalan pul ilə oraya gedib gələ biləcək kimsənin ömründə bir dəfə, ehramlı olaraq, Kəbəi muazzamanı tavaf etməsi və Arafat meydanında durması fərzdir.

Yuxarıda bildirilən islamın beş şərtindən ən üstünü “Kəlmeyi-şəhadət” söyləmək və mənasına inanmaqdır. Bundan sonra üstünü namaz qılmaqdır. Daha sonra oruc tutmaq, həccə getməkdir. Ən sonunda zəkat verməkdir. Kəlmeyi-şəhadətin ən üstün olduğu söz birliyi ilə müəyyən edilmişdir. Geri qalan dördünün üstünlük sırasında, alimlərin çoxunun sözü, yuxarıda bildirdiyimiz kimidir. Kəlmeyi-şəhadət, müsəlmanlığın başlanğıcında və ilk olaraq fərz oldu. Beş vaxt namaz, bisətin on ikinci ilində və hicrətdən bir il və bir neçə ay öncə mirac gecəsində fərz oldu. Ramazanı-şərif orucu hicrətin ikinci ilində, Şaban ayında fərz oldu. Zəkat vermək, orucun fərz olduğu il, Ramazan ayı içində fərz oldu. Həcc isə hicrətin doqquzuncu ilində fərz oldu. 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину