Facebook Twitter WhatsApp

Tövbə edilən günah və küfür, mütləq əfv olur

Sual: Müsəlman, görəcəyi işin İslamiyyətə uyğun olub-olmadığını öyrənməlidirmi? Bilmədən İslamiyyətə uymayan iş görən adam günaha və ya küfrə düşürmü? İslamiyyətdə övrət yeri yoxdur deyən, kafir olur?

Cavab: Müsəlman olduğunu söyləyən bir şəxsin, görəcəyi hər işin, İslamiyyətə uyğun olub-olmadığını bilməsi lazımdır. Bilmirsə, bir Əhli sünnət alimindən soruşmalı və ya bu alimlərin kitablarından oxuyaraq öyrənməlidir. İş, İslamiyyətə uyğun deyilsə, günah və ya küfürdən qurtula bilməz. Hər gün həqiqi tövbə etmək lazımdır. Tövbə edilən günah və küfür, mütləq əfv olunur. Tövbə etməzsə, dünyada və Cəhənnəmdə, əzabını, yəni cəzasını çəkəcək. Bu cəzalar, kitabımızın müxtəlif yerlərində yazılıdır. Böyük günah işləyən Müsəlman, günahı qədər yandıqdan sonra, Cəhənnəmdən çıxarılacaqdır. Allahü təalaya inanmayan və İslamiyyətin yox olması üçün çalışan kafir, zındıq, Cəhənnəmdə sonsuz yanacaq.

Kişilərin və qadınların, namazda və hər yerdə örtməsi lazım olan yerlərinə “Övrət məhəlli” deyilir. Övrət məhəllini açmaq və başqasının övrət yerinə baxmaq haramdır. İslamiyyətdə övrət məhəlli yoxdur deyən şəxs, kafir olur. İcma ilə, yəni dörd məzhəbdə də övrət olan bir yerini açmağa və başqalarının belə övrət məhəllinə baxmağa halal deyən, əhəmmiyət verməyən, yəni əzabından qorxmayan kafir olur. Qadınların övrət yerini açmaları və kişilərin yanında mahnı oxumaları, mövlud oxumaları bunlardandır. Kişilərin dizlə qasıqları arası, Hənbəli məzhəbində övrət deyil. (Hər kəsə Lazım Olan İman )

 

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину