Facebook Twitter WhatsApp

Zərrə iman nə deməkdir?

Sual: Heç bir yaxşılıq və ibadəti olmayan, günahlar içində üzən bir kimsə, ixlasla kəlmeyi-şəhadəti söyləsə və o hal üzrə ölsə cənnətə gedər mi?
CAVAB
Günahlar içində üzən, ibadətdən uzaq kimsənin imanla ölməsi çox çətindir. Ancaq imanla ölə bilərsə, günahlarının cəzasını çəkdikdən sonra əlbəttə Cənnətə gedər.

İbadəti və yaxşılığı kiçik görməməlidir. Sadə sandığımız bir yaxşılıq qurtuluşumuza səbəb ola bilər. Bir hədisi-şərif tərcüməsi də belədir:
(Ömründə heç xeyr əməl etməyən bir müsəlman, [başqa Müsəlmanların ayağına batmasın deyə] bir tikanı yoldan qaldırdı. Onun bu işi, Allah qatında məqbul oldu və Cənnətə getdi.) [Əbu Davud]

Sual: Zərrə qədər imanı olan Cənnətə mütləq girəcək deyilər. Zərrə iman nədir?
CAVAB
Aməntudakı altı əsasa inanan, Peyğəmbər əfəndimiz nə bildirdiysə hamısına inandım, bəyəndim, hamısını qəbul etdim deyən kimsə, zərrə imana qovuşmuş deməkdir.

Allahın rəhməti genişdir, Muhammədun Rəsulullah deməyə lüzum yoxdur deyilsə, İslam ilə əlaqə kəsilər, zərrə iman hasil olmaz. Bir hədisi-şərif tərcüməsi:
(Lə ilahə illəllah Muhammədun Rəsulullah deyərək, ürəyində zərrə qədər imanı olan adam atəşdən çıxar.) [Buxari, Müslim, Tirmizi]

İmanın altı şərtinə inanılsa, içindən birinə, məsələn, Peyğəmbərlərdən birinə inanılmasa, hətta bir fərzi, bir sünnəni bəyənməsə, o kimsə mömin ola bilməz. Yəni imanın altı şərtinə inanmamış olar.

Zərrə imanla ölə bilmək üçün də haramlardan qaçmağa, ibadətləri yerinə yetirməyə çalışmalıdır. Çünki işlənən günahlar iman nurunu söndürər, yəni o insanı küfrə sürükləyə bilər.

Sual: Kəlmeyi-şəhadəti söyləyib imanla ölən hər kəs mütləq Cənnətə girəcəkdirmi?
CAVAB
Zərrə imana sahib olan əlbəttə girəcəkdir. Ancaq, ibadət etməyən və günahlardan qaçınmayan imanını qoruya bilməz, küfrə düşər. İmanını qoruya bilən isə şübhəsiz Cənnətə girər.

Həzrət-i Muaz izah edir:
Rəsulullah, (Ya Muaz, Allahu təalanın, qulları üzərinə və qulların Allahu təala üzərinə haqqı nədir) buyurdu. Mən də, (Allah və Elçisi daha yaxşı bilər) dedim. (Allahu təalanın qulları üzərinə haqqı, Allaha [Onun bildirdiyi kimi inanaraq, bəyənərək] ibadət etmələri və Ona şərik qoşmamalarıdır. Qulların Allah üzərində haqqı da, Ona şərik qoşmayanlara əzab etməməsidir) buyurdu. (Ya Rəsulullah insanlara bu müjdəni verim mi?) deyə soruşduqda, (Xeyr, buna güvənərlər də yaxşı işlərdən imtina edə bilər [digər əmr və qadağalara riayət etməyib fəlakətə düşə bilərlər]) buyurdu. (Buxari, Müslim, Tirmizi)

Rəsulullah, (Allahdan başqa ilah olmadığına, Muhəmməd (səllalahu əleyhi vəssəlləm)'in Allahın Elçisi olduğuna ixlasla şahidlik edən [bunu mühafizə edib müsəlman olaraq ölən] hər kəsə, Allahu təala atəşi haram qıldı) buyurunca, (Ya Rəsulullah bunu insanlara xəbər verim mi?) dedim . (O zaman buna güvənərlər də yaxşı işlərdən imtina edərlər) buyurdu. (Buxari, Müslim, Tirmizi)

Həzrət-i Muaz, bildiyi şeyi gizləmək günahından xilas olmaq üçün bunu vəfatından az əvvəl xəbər verdi.

Sual: Böyük günah işləyən möminlər də Cənnətə girə bilərmi?
CAVAB
Şəfaətə qovuşsa heç Cəhənnəmə girmədən Cənnətə girəcək. Şəfaət böyük günahlar üçün olacaq. Zərrə imanı olan qiyamətdə böyük nemətə qovuşacaq. Peyğəmbər əfəndimiz, and içərək belə buyurur:
(Bunları andla söyləyirəm:
1 - Facir olan [müxtəlif günahlar işləyən], güzəranını qazanmaqdan da axmaq olan mömin Cənnətə girəcək.
2 - Günahları səbəbiylə Cəhənnəm atəşi yandırmış olan da Cənnətə girəcək.
3 - Qiyamətdə Allahu təala heç kimin xatirinə xəyalına gəlməyəcək şəkildə möminləri bağışlayacaq.
4 - Allahu təala, elə çox bağışlama edəcək ki, İblis belə görəsən mən də bağışlanacağam mı deyə başını qaldıracaq.) [Beyheki]

(Bunlar kimdə tapılsa Allahu təala, onun bədənini Cəhənnəmə haram edər, onu şeytandan və nəfsindən qoruyar. Nəfsi [günah olan] bir şeyə həvəs etdiyi halda nəfsinə hakim olub, onu etməyən və nəfsi, [xeyirli bir şeyi, bir ibadəti] etmək istəmədiyi halda onu edən, nəfsinin şəhvət və qəzəbinə hakim olar. Bunlar da kimdə tapılsa, Allahu təala onu rəhmətinə qərq edərək Cənnətinə qoyar: Bir yoxsulu qalacaq yerlə təmin etmək, yazıq birinə mərhəmət etmək, xidmətçiylə yaxşı rəftar etmək, ana və atasına infak etmək.) [Deylemi]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину