Facebook Twitter WhatsApp

Günah işləmək və iman

Sual: Günah işləmək və işləməyə davam etmək insanın imansız ölməsinə səbəb olmaz mı?
CAVAB
Böyük günahları işləmək və davam etmək insanı küfrə sürüyüb, imansız ölməsinə səbəb ola bilər.

Sual: Böyük günahlar hansılardır?
CAVAB
Böyük günahlardan bəziləri bunlardır:
1 - Bidət sahibi olmaq
2 - Günah işləməyə davam etmək
3 - Müsəlman olduğuna şükür etməmək
4 - İmansız ölməkdən qorxmamaq
5 - Zülm etmək
6 - Anaya-ataya üsyankar olmaq
7 - Doğru olsa da çox and içmək
8 - Namazı öyrənməyə və uşaqlara öyrətməyə əhəmiyyət verməmək
9 - İçki içmək
10 - Yalan yerə evliyalık göstərmək
11 - Günahını kiçik görmək
12 - Özünü bəyənmək
13 - Elm və ibadəti ilə özünü üstün görmək
14 - Həsəd etmək
15 - Təcrübə etmədən bir kimsənin yaxşı insan olduğunu demək
16 - Yalana, qiybətə davam etmək
17 - Əhli-sünnə alimlərinin kitablarından uzaq dayanmaq
18 - Kafir olsa da qonşusuna əziyyət etmək
19 - Dünya işləri üçün, çox əsəbiləşmək
20 - Cadu etmək
21 - Saleh olan məhrəm qohumu ziyarət etməmək
22 - Allahu təalanın sevdiklərini sevməmək; sevmədiklərini sevmək
23 - Mömin qardaşına üç gündən çox kin tutmaq
24 - Zina və ya livata etmək
25 - Açıq saçıq geyinmək
26 - Qatillik
27 - Oğurluq
28 - Narkotik maddə istifadə
29 - Qəsb
30 - Ramazan orucunu, açıqdan yemək
31 - Zərurətsiz faiz vermək
32 - Haqsız yerə yetim malı yemək
33 - Ölçü və çəkidə hiylə etmək
34 - Namazı vaxtından əvvəl və ya sonra qılmaq
35 - Qəlb qırmaq
36 - Rüşvət almaq
37 - Malın zəkatını və uşrunu verməmək
38 - Canlı heyvanı atəşdə yandırmaq
39 - Quran-ı Kərimi öyrəndikdən sonra, oxumasını unutmaq
40 - Allahın rəhmətindən ümidini kəsmək
41 - Xainlik etmək
42 - Əshabi-kiramdan hər hansı birini sevməmək
43 - Namuslu qadına iftira atmaq, pis qadın demək
44 - Müsəlmanlar arasında söz gəzdirmək
45 - Övrət yerini açmaq və ya başqasının övrət yerinə baxmaq
46 - Əmanətə xəyanət etmək
47 - Xəsislik
48 - Dünyaya düşkünlük
49 - Allahu təalanın əzabından qorxmamaq
50 - Haramı haram halalı halal bilməmək
51 - Falçıların falına inanmaq
52 - Qadına, qıza yəni harama baxmaq
53 - Qadınların kişi, kişilərin qadın paltarı geyməsi
54 - Etdiyi yaxşılığı başa qaxma
55 - Allahdan başqasına and içmək. Məsələn uşağımın canına and olsun kimi
56 - Kiçik günahı işləməyə davam etmək
57 - Bir namaz vaxtını qaçıracaq zaman qədər cünub (qüsulsuz) dayanmaq
58 - Çalğı çalmaq və musiqi dinləmək
59 - İntihar etmək
60 - Dinini öyrənməmək.

Günahı əhəmiyyətsiz saymaq
Sual: Günahı əhəmiyyətsiz saymaq nə deməkdir, necə olar?
CAVAB
Günahı əhəmiyyətsiz saymaq nə demək olduğu çox kimsə tərəfindən bilinməməktədir, buna görə günahkarlara kafir deyilir. Məsələn (İçki içməyə davam edən kimsə, haram olduğuna əhəmiyyət versə, içməz, açıq gəzən qadın, bunun haram olduğuna əhəmiyyət versə bağlanar. O halda bunlar, işlədiyi günahlarına peşman olmadıqları üçün, yəni haramı əhəmiyyətsiz hesab etdikləri üçün kafirdir) demək səhvdir.

Kədərlənməyən, əhəmiyyət verməyən kafir olar amma, kədərlənmək, əhəmiyyət verməmək nə deməkdir? Məsələn namazını qılan bir qadın, açıq geyinməyin günah olduğunu bilirsə, (bağlanma Allahın əmri, bağlansa yaxşı olar amma, bu zamanda örtünmürük) desə, bu qadına kafir deyilməz. Bunun kimi içki içən kimsə də, (İçki haramdır, lakin vərdiş etdik) desə, bu kimsəyə kafir deyilməz. Əksinə, heç içki içməyən biri, (bir stəkan şərab içmək günah sayılmaz) desə küfrə girər. Yaxud, (Hər kəs açıq gəzir, nə olur, biz də gəzirik, hər kəs içir, biz də içirik, sərxoş olmadıqdan sonra nə zərəri olar) deyərək haramı əhəmiyyətsiz saymaq küfr olar.

Allahu təalanın qəzəbi günahlar içində gizlidir. Bir günah üzündən böyük əzaba məruz qoya bilər. 100 min il ibadət edən yaxşı bir qulunu, sonsuz olaraq Cəhənnəmə qoya bilər. Məsələn yüz min il itaət edən İblis, kibirlənərək səcdə etmədiyi üçün sonsuz olaraq Cəhənnəmlik oldu. Adəm əleyhissalamın oğlu, bir adam öldürdüyü üçün əbədi Cəhənnəmlik oldu. Hər duası qəbul olan Belam-ı Baura, bir günaha meyl etdiyi üçün imansız getdi. Qarun zəkat vermədiyi üçün malı ilə həlak oldu. O halda hər günahdan qaçmağa çalışmalı. Bir hədis-i şərifdə, (Çox az bir günahdan qaçmaq, bütün cin və insanların [nafilə] ibadətləri cəmindən daha yaxşıdır) buyurulur. Hər günah, Allahu təalaya üsyan olduğundan, böyükdür, lakin bəzisi, bəzisinə görə kiçik görünər. Bir kiçik günahı etməmək bütün dünyanın nafilə ibadətlərindən daha savabdır, çünki nafilə ibadət etmək fərz deyil. Günahlardan qaçmaq fərzdir. (Riyad-un-Nasıhin)

Günah işləyəndə də ümidsizliyə qapılmamalı, dərhal tövbə etməlidir. Mömin həm Allahın rəhmətindən ümidini kəsməməli, həm də Ondan çox qorxmalıdır. Hədis-i şərifdə (Möminin qəlbində qorxu ilə ümid varsa, Allahu təala onu umduğuna qovuşdurar, qorxduğundan da əmin edər) buyuruldu. Yəni bir mömin, Allahın əzabından qorxar, rəhmətindən də ümidini kəsməz, haramlardan qaçıb ibadətlərini etməyə çalışsa Cənnətə gedər.

Bir insan nə qədər böyük günah işlərsə işləsin, Allahın rəhmətindən ümidini kəsməməlidir. Hətta qəddar bir kafir belə tövbə edib "La ilahə illəllah Muhammədun Rəsulullah" desə, bütün günahları bağışlanar, tərtəmiz bir insan olar. Yəni dünyada ikən Allahın bağışlamayacağı günah yoxdur. Tövbə edincə şirki yəni kafirliyi də bağışlayar. Öldükdən sonra artıq kafirlərə əfv yoxdur. Quran-ı Kərimdə, (De ki, ey çox günah işləməklə həddi aşan qullarım, Allahın rəhmətindən [bizi bağışlamaz deyə] ümidinizi kəsməyin! Çünki Allah, [iman əhlinin] bütün günahlarını heç şübhəsiz bağışlayar. Əlbəttə, O, sonsuz bağışlama və sonsuz mərhəmət sahibidir.) buyurulur. (Zumər 53)

Allahu təalanın razılığının və qəzəbinin hansı işdə, hansı sözdə olduğunu bilmərik. Bu baxımdan heç bir sözü, heç bir yaxşılığı və pisliyi kiçik görməməlidir. Cənab-ı Haqq, razılığını yaxşılıqlar içində, qəzəbini da günahlar içində saxlamışdır. Əhəmiyyət verilməyən bir günah, Allahın qəzəbinə səbəb ola bilər. Onun üçün sözümüzə diqqət etməliyik. Atalarımız, (Söz var iş bitirir, söz var baş itirir) demişlər.

İbadət etməmək, günahlardan qaçmamaq insanın ürəyini qaraldar, zamanla küfrə salar, kafir olar. Günahların hamısı, Allahın əmri yerinə yetirilmədiyi üçün böyükdür. İbni Münqədir həzrətləri ölüm döşəyində ağlayırdı. Səbəbini soruşdular. "Qəsdən böyük bir günah işləmədim. Əhəmiyyətsiz saydığım kiçik bir günah, Allahın qəzəbinə səbəb oldusa deyə qorxduğum üçün ağlayıram" dedi. Belə qorxular müsəlmanın qurtuluşuna səbəbdir. Çünki hədis-i şərifdə, (Allahu təala, qiyamətdə buyurur ki: "Dünyada ikən bir gün məni xatırlayıb ananı, məndən bir dəfə qorxanı, Cəhənnəmdən çıxarın") buyuruldu.

Çox əhəmiyyətli tənbeh
Kişi olsun, qadın olsun, hər müsəlmanın, hər sözündə, hər işində, Allahu təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə yəni haramlara riayət etməsi lazımdır. Bir fərzin edilməsinə, bir haramdan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər. İmansız kimsə, qəbirdə əzab çəkər. Axirətdə Cəhənnəmə gedər. Cəhənnəmdə sonsuz yanar. Əfv edilməsinə, Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. Küfrə düşmək çox asandır. Hər sözdə, hər işdə küfrə düşmək olar. Küfrdən xilas olmaq da çox asandır. Küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə, Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş etdim isə, peşman oldum. Məni bağışla deyərək tövbə etsə, Allahu təalaya yalvarsa, şübhəsiz bağışlanar. Cəhənnəmə getməkdən xilas olar. Cəhənnəmdə sonsuz yanmamaq üçün, hər gün mütləq tövbə etməlidir. Bu tövbədən daha əhəmiyyətli bir vəzifə yoxdur. Qul haqqı olan günahlara tövbə edərkən, bu hüquqları ödəmək və tərk edilmiş namazlar üçün tövbə edərkən, bunları qəza etmək lazımdır. (Səadət-i Əbədiyyə)

Günahı yüngül görmək
Sual: Əhli-sünnə etiqadına görə əməl imandan parça deyil. Yəni insan günah işləməklə kafir olmaz. Bir də, (Günahı kiçik görmək, əhəmiyyət verməmək küfrdür) buyurulur. İçki içən, qeybət edən, yalan danışan kimsə, günah işlədiyi üçün kafir olmur, lakin bu günahları kiçik görməsə onsuz da bunları işləməz. Bunlar kafir mi, deyil mi? Buradakı incəliyi anlaya bilmədim. Məsələn namaz qılan bir qadın, açıq gəzir. Açıq gəzmə günahını kiçik görməsə açıq gəzməz. Allaha imanı olmasa, namaz qılmaz. Bunun imanı var mı, yox mu? Yenə kitablarda, (Ramazanda açıqdan oruc yeyənlərin imanı gedər) deyilir. Halbuki oruc tutmamaq günahdır, küfr deyil. Günahı yüngül görmək küfr olduğu kimi, kitablarda yalnız fərzi deyil, sünnəti belə kiçik görənin, əhəmiyyət verməyənin kafir olacağı yazır. Namazda təkkə geymək sünnədir. Əhəmiyyət verməzsə, kafir olur, (Əhəmiyyət versəydi geyərdi) deyə xatırlayıram. Əsrin və işanın sünnətini tərk edənlər üçün də eyni şeyi düşünməkdən özümü ala bilmirəm. Halbuki sünnəti qılmayan savabdan məhrum qalar, kafir olmaz. İkisinin arasındakı isbəti tapa bilmirəm. Bu mövzunu izah etmək olar?
CAVAB
Həm namaz qılıb, həm də, çəkinmədən günah işləyən kimsə üçün, qəti olaraq (Günahı kiçik görür) və ya (Günahı kiçik görmür) demək səhv olar.

Davamlı açıq gəzən bir qadının, açıqlığa əhəmiyyət vermədiyini söyləmək çətindir. Davamlı içki içən və ya başqa günahı işləyən kimsə üçün də, (Bu günaha əhəmiyyət vermir) demək çox çətindir. Günah vərdiş halına gəlincə, kiçik görülmə təhlükəsi başlayır. Davamlı bir və ya bir neçə günahı işləyən kimsənin tövbə etməsi çətindir. Tövbəni xatirinə belə gətirməz. Namaz qılan bir kimsə, (Örtünmənin dində yeri yoxdur) deyə inansa kafir olacağı kimi, örtünmə əmrinə əhəmiyyət verməz və kafir olar.

Arada bir günah işləyən kimsənin günahı kiçik gördüyünü demək çətindir. Belə adam tövbə də edə bilər. Ümumiyyətlə ara sıra günah işləyən kimsə, günahı yüngül gördüyü üçün deyil, o anda bəsirəti bağlanır, qəflətə düşür sanki fərqində olmadan günah işləyir. Yoxsa bir müsəlman, günaha əhəmiyyət vermədən qəsdən günah işləməkdən çəkinər.

(Ramazanda açıqdan oruc yeyənlərin imanı gedər) demək, oruc tutmayan kafir olar demək deyil. Oruc tutmamaq ayrı, oruca meydan oxuyurmuş kimi, başqalarını da oruc tutmamasına təşviq edər şəkildə açıqdan oruc yemək ayrıdır. Bunda orucu kiçik görmək vardır. Bir insan, ac qalaram qorxusu, xəstələnərəm narahatlığıyla və ya işimi ləngidər deyə oruc tutmazsa, bunlar həqiqətən etibarlı bir səbəb olmasa da, yenə bir bəhanə ilə oruc tutmamış olar, orucu kiçik görməz, yəni küfr deyil.

Təkkə geyməmək kimi, sünnətləri əməl etməyən, sünnəyə əhəmiyyət vermədiydən deyil, etibarsız də olsa, başqa səbəblərlə bunları etmir. Buna bənzər səbəblərlə sünnətlərə əməl etməyənə və günah işləyənə kafir deməməlidir.