Facebook Twitter WhatsApp

Cinlərin zərərləri

Sual: Cin insana zərər verərmi, insan şəklinə girə bilərmi? Zərərindən qorunmaq üçün nə etmək lazımdır?
CAVAB
Tam Elmihal Səadəti-Əbədiyyə kitabında ixtisarla deyilir ki:
Cinlərin Müsəlman olanı və olmayanı vardır. Müsəlman olan cinlərdən insanlara bir zərər gəlməz. Bunlar yalnız ibadət edirlər. Əhli-sünnət alimləri bunları tanıyır. Saleh insanlar kimi görünər və söhbət edərlər. Kafir olan cinlər isə insanlara çeşidli şəkildə zərər verirlər. İnsandan ayrılmayıb hər şəklə girə bilirlər. Məsələn, mikrob şəklinə girib insanın damarlarında gəzərlər. Yalnız möminlərin qəlbinə girə bilməsə də, qəlbinə vəsvəsə verə bilər. Keçi, ilan, pişik şəklinə girdikləri çox görülmüşdür.

Kafir cinlər, yaxşı insan şəklinə də girib yaxşı və faydalı şeylər də edərlər. Kafir və fasiqlərlə yoldaşlıq etdikdə, heç ayrılmayıb onları günaha və küfrə salarlar.

Cinlər və şeytanlar yuxuda da görülə bilər. Çox gözəl şəklə girib ihtilama (yuxuda cünüb olmağa) səbəb olarlar.

Hər kəsin kafir bir cin yoldaşı vardır. Mələklər, insanları cinlərin zərərindən qoruyur.

Ayəti-kərimə və dua oxuyub, Allahü təalaya sığınanlara da cinlər bir şey edə bilməzlər.

İnsanlara, xəstəliklərin müalicələrini və lazımi dərmanları öyrətdikləri, epilepsiya xəstəsinin bədəninə girib, ona zərər verdikləri, insanlara nəzərlərinin dəydiyi kitablarda yazılmışdır.

Cinlər üç sinifdir:
1- Külək və hava kimi olanlar.
2- Yerdəki böcək və heyvancıq kimi olanlar.
3- Dinin əmr və qadağalarına uymaqla vəzifəli olanlar, hansı ki, bunlara hesab və əzab vardır.

Cin, od və havadan yaradıldığı üçün çox lətifdir, sürətlə hərəkət edir, yüngül bir toqquşmada tez ölürlər. Ömürləri qısa, din bilikləri azdır və təkəbbürlü olurlar, bir-birləri ilə həmişə döyüşür və vuruşurlar. Cinlərin ölümü, yerdə yoxa çıxmaqla olur. Qocaları gəncləşir, uşaqlıq halına qayıdır və ölüb yerdə yoxa çıxırlar.

Kafir cinlər, cindar və cadugərlərin bildirdiyi insanlara sehir = cadu edirlər. “Hadiqa”dakı hədisi-şərifdə, “Sehir = cadu edən, etdirən və inanan bizdən deyildir” buyurulur. Cindarlar, falçılar və ulduz falına baxıb, soruşulan hər şeyə cavab verənlər cadugər sinfinə aiddirlər. Bunların yanına gedib, söylədiklərinə, etdiklərinə inanmaq, bəzən doğru çıxsa belə, Allahdan başqasının hər şeyi bildiyinə və hər dilədiyini edəcəyinə inanmaq deməkdir, küfürdür.

Keçmiş şeyləri cindən soruşmaq caizdir, amma gələcəkdə olacaq şeyləri soruşmaq caiz deyildir. Çünki gələcəyi və qeybi ancaq Allahü təala bilər. Kafir cinlər yalançı olduğu üçün olmuş şeyləri də görmədikləri halda gördük deyə bilərlər. Cindara gedib, insanı cindən xilas etdiyinə inanıb, ona ödəniş etmək caiz deyildir.

Cindən qurtulmaq üçün ən təsirli silah Kəlməi-təmcid ( havlə və quvvətə illə billahil aliyyil azim) və istiğfar duasıdır. Bunları oxuyan adamdan cinlər qaçar və cadu pozular. Cin məktubu adlanan duanı, yanında gəzdirənə və ya evində saxlayana cin yaxın gəlməz, dadanmış olan cin də gedər.

Ayətəl-kürsi, İxlas, Muavvizəteyn (Fələq və Nas) və Fatihə surələrini sıx-sıx oxumaq da, insanı cindən qoruyur. Bu ayəti-kərimələri oxumaqla, bu məktubu üstündə gəzdirməklə, şəfa ayələrini oxumaqla və yazıb suyunu içməklə faydalanmaq istəyənlərin Əhli-sünnət etiqadına uyğun olaraq doğru iman sahibi olması lazımdır. Bunları yazanın və istifadə edənin etiqadı doğru olmazsa və haram işləyərsə, faydaları görülməz.

Cin və şeytanın şərindən qurtulmaq üçün və epilepsiya xəstəliyinə və sehrə, caduya qarşı, qoruyucu ayə adlanan “ayəti-hırz”ı yeddi gün oxumaq və bu ayələri üzərində daşımaq lazımdır.

Övliyanın ruhları görünmədən də, görünərək də, sevdiklərinə fayda verir və bəlalardan qoruyur. Onları tanımağa, sevməyə və sevilməyə çalışmaq lazımdır. (Daha çox məlumat üçün Səadəti-Əbədiyyə kitabına baxın.)

 

Cin və şeytan
Sual:
 Cinlə şeytanın yaradılış cəhətdən fərqi nədir?

CAVAB
Şeytan da cin kimi odla havadan yaradılmışdır; lakin cində hava, şeytanda isə od daha çoxdur. Cinlərin kafir olanları olduğu kimi Müsəlman olanları da vardır. Şeytanların isə hamısı kafirdir. (Kəşkül risaləsi)

Cinin və şeytanın zərərlərindən qorunmaq üçün oxunacaq dualar və görüləcək işlər üçün aşağıdakı linkə baxın.
Cadu və Cindən qorunmaq üçün

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину