Facebook Twitter WhatsApp

F

Fazil : Yaxşılıq, fəzilət, ərdəm, lütf. 
Fəxrəddin : Dinin böyüyü, dində tərifəlayiq. 
Faleh : İstəyinə qovuşan, müvəffəqiyyətli. Əkinçi.
Faris : İgid, mərd, minici, at yetişdiricisi. 
Faruq : Haqq ilə batili ayıran.
Fəsih : Gözəl, düzgün və açıq danışan. 
Fateh : Fəth edən, zəbt edən, aşan. 
Fatin: Zəki, dərrakəli.
Faysal : Mütləq hökm verən. Kəskin qılınc. 
Fəzlullah : Allahü təalanın lütfü. Üstün və dəyərli
Fəda : Qurban olmaq, gözdən çıxarmaq. 
Fədai : Canını əsirgəməyən, can verməyə hazır. 
Fəramuz : Şanlı, şərəfli, ad qazanmış. 
Fəramuş : Xətirdən çıxan, unudulan. 
Fərxan : Sevincli, nəşəli, fərahlı, şən, məmnun. 
Fərhad : Sevinc, nəşə sahibi. 
Fəridüddin : Dinin ən üstünü. 
Firudin : Tək, oxşarı və bənzəri olmayan, qiymətli cövhər. 
Fərman : Əmr. Padşahlar tərəfindən verilən əmr. 
Fərrux : Uğurlu, mübarək, üzü nurlu, aydın. 
Fəttah : Fəth edən, hər cür müşkülləri asanlaşdıran.
Fəyyaz : Feyz, bərəkət və bolluq verən. 
Feyzullah : Allahü təalanın feyzi. 
Fuad : Qəlb, könül. 
Furqan : Yaxşı ilə pis, doğru ilə yalnış arasındakı fərqi göstərən. 
Füzuli : Artıq, anlamsız, yersiz.