Gözəl İslam / İtaət, üsyan və imtahan

İtaət, üsyan və imtahan

Ateist deyir ki:

Sual: Bir ayədə hər şeyin Allaha itaət etdiyi bildirilərkən, digər ayələrdə İblisin itaət etmədiyi bildirilir. Bu bir ziddiyyətdir. Budur ayələr:
Göylərdə və yerdə olanlar hamısı Onundur. Hamısı Ona boyun əymişdir. [Rum 26]
Əvvəlcə sizi [ruhlarınızı] yaratdıq, sonra sizə şəkil verdik [cisimlərinizi yaratdıq], sonra da mələklərə, Adəmə səcdə edin deyə əmr etdik. İblisdən başqa hamı səcdə etdi. O səcdə edənlərdən olmadı. [Əraf 11]
CAVAB
İtaət etməyən milyonlarla insan var ikən, “Hamısı ona boyun əymişdir” deyilərmi? Demək, buradakı boyun əymək insanlarla əlaqəli deyildir. Ay, günəş, ulduzlar, planetlər boyun əyərək müəyyən istiqamətlərdə hərəkət edir. Təbiət qanunu adlanan hadisələrdə mövcud olan hər şey Rəbbimizə boyun əyir. Burada boyun əyənlərin insan olduğu bildirilmir. Necə bildirilsin ki, çox sayda insan dinsizdir.

İblisin səcdə etməməsi, hələ dünyada tək insan yox ikən, insanlığın başlanğıcında meydana gəlmişdir. Mələklər və İblis imtahan edilmişdir. Mələklər imtahanı qazanmış, İblis məğlub olmuşdu. İndi artıq nə İblis, nə də mələklər imtahan içində deyildir. Mələklər günah işləməz. İndi imtahan içində olan insanlar və cinlərdir. İnsanlar da, cinlər də itaət edib-etməməkdə sərbəstdirlər. Sərbəst buraxılmazsa, imtahanın əhəmiyyəti qalmaz.

İmtahan lüzumsuzdurmu?

Sual: Bir ateist, “Allah, insanların Cənnətə və ya Cəhənnəmə gedəcəyini bilirsə, onları imtahan etməsi lüzumsuzdur. İmtahan bilinməyən bir şeyi meydana çıxarmaq üçün edilir. İmtahana nə ehtiyac var?” dedi. Mənim də ağlıma batdı. İmtahan lüzumsuzdurmu?

CAVAB
Ateist bunu Allaha inandığı üçün deyil, cavab verə bilməsinlər deyə, Müsəlmanları çətin vəziyyətə salmaq üçün soruşur.
Allahü təala imtahan etmədən də qullarının nə edəcəyini, hansı günahları işləyəcəklərini əlbəttə bilir. İmtahanı özü üçün etmir, insanların öz etdiklərini onların özlərinə göstərmək üçün edir. Məsələn, Allahü təala, ateistə, “Mən əzəli elmimlə bilirəm ki, sən onsuz da inanmayacaqdın, ona görə, səni Cəhənnəmə atdım” desəydi, ateist, “Cinayət işləmədən, imtahan edilmədən, məni cəzalandırmaq ədalətsizlikdir. Məni dünyaya göndər, yaxşı əməllər edim” deməzdimi? Ateistin və digər kafirlərin belə deyə bilməmələri üçün onlar dünyaya gətirilmiş, onlara ağıl verilmiş, yaxşı və pis yol göstərilmiş, qəbirdə və axirətdə soruşulacaq suallar açıq-aydın bildirilmiş, etiraz edəcək bir vəziyyət qalmamış olur. Kafirlər buna baxmayaraq, bir qurtuluş ümidilə məalən belə deyəcəklər:
“Rəblərinin hüzurunda başları önə əyik, - Rəbbimiz, gördük, eşitdik, indi bizi dünyaya geri göndər ki, yaxşı işlər görək, artıq dəqiq inandıq - deyəcəklər.” (Səcdə 12)

“Ey Rəbbimiz, bizə az bir müddət ver, Sənin dəvətinə uyub tabe olaq.” [İbrahim 44)

Onlara, “Siz dünyadan gəlmirsinizmi?” deyiləcəkdir. Qurtuluş ümidi qalmayan kafirlər, “Kaş ki, torpaq olsaydıq” deyəcəkdirlər. (Nəbə 40)

21-06-2019, 14:29
Geri