Gözəl İslam / Sual və cavablar

Sual və cavablar

Sual: Uzunqulağın və qatırın artığı olan suyu dəstəmaz və qüsulda istifadə etmək olarmı?

Cavab: Uzunqulağın və qatırın artığı təmizdir. Lakin təmizləyici olub-olmadığı şübhəlidir. Yabanı eşşəyi yemək caizdir və artığı təmizdir.

 

Sual: Camaatla namaz qılarkən, imamın rükudan qalxarkən söylədiyini camaat da söyləməlidirmi, ya da nə etməlidir?

Cavab: Rükudan qalxarkən "Səmi'allahü limən hamidəh" demək, imama və tək qılana sünnətdir. Camaatla qılarkən, camaat bunu söyləməz, "Rabbənə ləkəl-hamd" deyər.

 

Sual: Bir qadından süd əmən uşaq, süd əmdiyi qadının bacı-qardaşları ilə də evlənə bilməz?

Cavab: Uşağın süd anası, süd atası, bunların anaları, ataları, qardaşları, uşaqları və hər nəsildən nəvələri ilə evlənməsi, əbədi olaraq haramdır. Bunlarla nəsəb, soy ilə qohum da olsaydı, yenə evlənmək olmaz.

 

Sual: Namaz qılmağa başlamadan əvvəl necə niyyət etmək lazımdır?

Cavab: Namaza niyyət etmək, namazın adını, vaxtını, qibləni, camaatla qılınırsa imama uymağı iradə etmək, ürəyindən keçirmək, o namazı qılmağı istəmək deməkdir. Təkcə elm, yəni nə edəcəyini bilmək niyyət sayılmaz. Şafii məzhəbində namazın rükünlərini də xatırlamaq lazımdır.

 

Sual: Namaza başladıqdan sonra, niyyət etmədiyini xatırlayan şəxs, namazın içində niyyət etsə, bu namaz qəbul olarmı?

Cavab: İftitah təkbirindən sonra edilən niyyət səhih olmaz və o namaz qəbul olmaz.

21-06-2022, 18:26
Geri