Gözəl İslam / Şafiilərin Hənəfi məzhəbini təqlid etməsi

Şafiilərin Hənəfi məzhəbini təqlid etməsi

Sual: Yeni evliyəm. Xanımım Şafii məzhəbindədir. Zəkatını Hənəfi məzhəbini təqlid edərək verə bilərmi?

CAVAB

İmamı Rəbbani həzrətləri buyurur ki:

“Müsəlmanları sıxıntıya salmaq, onları incitmək haramdır. Şafii alimləri öz məzəblərində çətin olan şeylərin edilməsini Hənəfi məzhəbi ilə yerinə yetirilməsinə fətva vermişlər. Məsələn, Şafii məzhəbində səkkiz növ sinfin hər birinə zəkat vermək lazımdır. Bu gün bu siniflərin hamısı olmadığı üçün zəkat vermək mümkün deyil. Buna görə Şafii alimləri Hənəfi məzhəbini təqlid edərək zəkat verilməsinə fətva vermişdir. Çünki Hənəfi məzhəbində bu siniflərdən birinə zəkat vermək kifayətdir”. [c.3.m.22 ]

“Zəkat verərkən Hənəfi məzhəbini təqlid edən Şafinin namazda, orucda və digər ibadətlərdə də Hənəfi məzhəbini təqlid etməsi lazım olmaz”.

Sual: Şafi məzhəbini təqlid edən Müsəlmanlar zəkat verərkən Hənəfi məzhəbinə uyğun verirlər. Bunun səbəbi nədir?
CAVAB: Şafii məzhəbinə görə zəkat vermək üçün Tövbə surəsi, altmışıncı ayətində bildirilən səkkiz  sinif insanın hər sinfinə zəkatın verilməsi lazımdır. Bunlardan könlünü almaq lazım olan kafir sinfi, zəkat toplayan vəzifəli sinif və kölə olmaqdan azad olan borclu sinfi bu gün yoxdur. Onları tapıb zəkat vermək mümkünsüz olmuşdur. Buna görə də, Şafii alimləri Hənəfi məzhəbinə görə zəkat verilməsinə fətva vermişdir. Çünki Hənəfi məzhəbində bu siniflərdən hər hansı birinə verməklə zəkat verilmiş sayılır.

8-12-2022, 10:18
Geri