Gözəl İslam / Zəkatla bağlı müxtəlif sual cavablar

Zəkatla bağlı müxtəlif sual cavablar

Sual: Həyat sığortası etdirdim. Hər il müəyyən məbləğdə pul ödəyirəm. 20 il sonra ya yığılan məbləği ödəyəcəklər, ya da yığılan ümumi məbləği istəməsəm aylıq ödəyəcəklər (aylıq maaş kimi).Burada yığılan məbləğ tam əkildə götürüldükdə keçən 20 ilin zəkatı tək-tək hesablanaraq veriləcək, yoxsa 20 il sonra ələ keçən pulun o dövrdəki zəkatı veriləcək? Həyat yoldaşım və uşaqlarım üçün də həyat sığortası etdirmişəm. Onların vəziyyəti necə olacaq?

CAVAB

Sığorta pulları və əmanət istiqrazları zəkat hesabına daxil edilmir. İllər sonra yığılıb ələ keçərkən, yalnız alınan pul həmin ilin zəkat nisabının hesabına daxil edilir. Pulla alınan istiqrazlar belə deyil. Bunlar, hissə və təhvil sənətləri hər il zəkat hesabına aid edilir. [S. Əbədiyyə]
Həyat yoldaşınızın və uşaqlarınızın da vəziyyəti  eynidir. Ancaq, xanımınız və uşaqlarınınz üçün yatırım etdiyiniz pul onlarındırsa, yəni onların pulundan vermisinizsə və ya onlara hədiyyə etmisinzsə zəkatlarını onlar verməli, sizindirsə, siz verməlisiniz. Sığortanın onların adına olub-olmamasının fərqi yoxdur.
Sual: Ehtiyacdan artıq paltar və örtülərim var, amma özümə aid başqa heç nəyim yoxdur. Zəkat verməliyəmmi?

CAVAB

Bir otaq dolusu paltarınız və şərfiniz olsa, ticarət malı olmadığına görə zəkatı olmur. Amma onlar qurban nisabına daxildir. Yəni, borclar ödənildikdən sonra əlinizdə 96 qr qızıl alacaq paltar və örtüləriniz qalmışdırsa, qurban kəsməyiniz, fitrə verməyiniz vacib olur. Bunlardan üç dəst paltar və üç baş örtüsü istisnadır.  Lakin paltarları alış qiymətinə görə deyil, bit bazarına çıxartsanız neçəyə alsalar o qiymətdən hesablanar. Bu baxımdan paltarınız nə qədər çox olarsa-olsun nisaba çatması çətindir.                                                                                
Sual: Zəkat verərkən onun zəkat olduğunu demək lazımdırmı?

CAVAB

Lazım deyil, hədiyyəmdir deyilsə də olar.
Sual: Zəkatım fitrələrimlə birlikdə 1.75 qr. tutur. Bu ağırlıqda olan qızılı həm zəkatım, həm də fitrələrim üçün verə bilərəmmi?

CAVAB

Bəli, vermək olar.
Sual: Pulum olmadığı üçün zəkatımı hesablayıb hissə-hissə versəm caizdirmi?

CAVAB

Bəli.
Sual: Zəkat verərkən qızılları çəkmək lazımdırmı?

CAVAB

Qızıl pulların çəkisi bəlli olduğu üçün ölçmək lazım deyil, 7.2 qramdır. Bilərzikləri ölçmək lazımdır. Çəkisi bilinirsə, ölçmək şərt deyil. Qırxda biri qızılla verilər.

Sual: 2 kq ağırlığında gümüş məcməyinin zəkatı necə verilir?

CAVAB

Bir yoxsula 2 kq gümüş məcməyinin qırxda biri, yəni 50 qr gümüş verilir.
Sual: Verilən zəkatın yoxsulun və ya onun vəkilinin əlində olması lazımdırmı?

CAVAB

Bəli, lazımdır.
Sual: Zəkatı artıq vermək yaxşıdırmı?
CAVAB

Əlbəttə, yaxşıdır.
Sual: Zəkat qızılı hədiyyənin içinə qoyub kasıba vermək səhihdirmi?

CAVAB

Səhih olmaz. Ancaq kasıb hədiyyənin içindəki qızılın nə olduğunu soruşsa, hədiyyədir desəniz, məkruh olsa da səhihdir.
Sual: Ev tikdirmək üçün şirkətə verilən pul zəkata tabedirmi?
CAVAB

Pul mülkündən çıxdığı üçün zəkatı verilmir.
Sual: Zəkatda qızılı aşağı əyarla vermək məkruhdurmu?

CAVAB

Bəli.
Sual: Zəkatı verdikdən sonra yoxsullaşan il bitməmiş zəkat ala bilərmi?

CAVAB

Qurban nisabına malik olmadığı gün zəkat ala bilər.
Sual: Zəkat olaraq mənə verilən kağız pulla qızıl alsam, zəkat səhihdirmi?
CAVAB

Bəli.
Sual: Bahalı jurnallarım yararsız oldu. Zəkatda yararsızlar sayılırmı?

CAVAB

Bəli.
Sual: Zəngin olduğumu bilmirdim. Mənə zəkat verdilər. Nə etməliyəm?

CAVAB

Bir yoxsula vermək lazımdır.
Sual: Yoxsula verdiyim zəkatı mənə hədiyyə etdi. O qədər kağız pulu yoxsullara verməsəm günah olarmı?

CAVAB

Tənzihən məkruh olardı.
Sual: Yoxsula zəkat verdiyim qızılı ucuz almağım caizdirmi?

CAVAB

Məkruhdur.
Sual: Yatırım etmək üçün, dəyər qazananda satacağam düşüncəsi ilə alınan ev, torpaq və ya avtomobil nisaba daxil edilirmi?

CAVAB

Xeyir, çünki ticarət malı deyildir.
Sual: 150 qr mehir borcu olan 200 qr qızılı zəkat verməlidirmi?

CAVAB

Xeyir, verməz.
Sual: Zəkat borcunu ödəmək üçün borc almaq lazımdırmı?

CAVAB

Xeyir.
Sual: Əlindəki pul nisabdan aşağı düşərsə, zəkat almaq caizdirmi?

CAVAB

Qurban nisabına malikdirsə, zəkat ala bilməz.
Sual: Dükanları, mənzilləri olan zəkat nisabına malik deyilsə, zəkat ala bilərmi?

CAVAB

Ala bilməz.
Sual: Yoxsula zəkat olaraq bir qızıl verib “Bunun beş qramını götür, qalanı mənimdir” demək caizdirmi?

CAVAB

Bəli.
Sual: 672 qramdan ağır olan gümüş məcməyinin zəkatı verilərmi?

CAVAB

Bəli.
Sual: Nisaba çatacaq qədər kreditli borcları olan şəxsin, üç ayda bir təqaüdünü aldıqdan sonra, əlinə nisaba çatacaq qədər maaş keçsə, zəngin sayılırmı?

CAVAB

Xeyir. Borcu heç olmasa da əlində olan pulu gözləmədən sərf edib nisabdan düşərsə, nisabın tarixini təyin etmək baxımından zəngin sayılmır. Eləcə də, dövr isqata oturan yoxsul, nisabdan çox qızıl alsa belə, onu başqasına verdiyi üçün nisab tarixi baxımından zəngin sayılmır.
Sual: Nisaba malik olarkən yarısını xərclədim. Həmin gün zəngin sayılırammı?

CAVAB

Xeyir.
Sual: Varlı uşaq həddi-büluğa çatmamış illərin zəkatını verməlidirmi?

CAVAB

Xeyir.
Sual: Bölüşdürülməyən malların zəkatı necə verilir?

CAVAB

Dərhal və ya gələcək günlərdə verilər.
Sual: Qızılı çəkmədən təxmin edərək zəkatı verilə bilərmi?

CAVAB

Zəkat sayılmadan, çəkilmədən verilmir. Ancaq təqribən bilinə bilər. Məsələn, 3 bilərziyi var, alanda qramı bəlli idi, tutaq ki, 10 qram civarında idi. Sırğası bu qədər, boyunbağı da bu qədərdir deyə, hesablanır. Bir az artıq hesablansa, yaxşı olar. Tutaq ki, hamısı 97 qr tutdu, siz 100 qr varmış kimi zəkat verə bilərsiniz. 12 əyardan yuxarı qızıldır, aşağısı qızıl deyildir. Zəkat üçün qızılların qramı vacibdir, əyarı vacib deyil.
Sual: Dediniz ki, qızılın zəkatı əyarından aslı olmayaraq, hamısı birdən çəkilib qırxda birinin zəkatı verilir. Halbuki, 10 kq 14 əyar qızıl, 6 kq 24 əyar qızıl belə etmir. Bu necə olur?

CAVAB

Dinimiz, 50%-dən yuxarı qızıl qarışığı olan metalı qızıl olaraq bildirmişdir. Əyarından aslı olmayaraq hamısı hesablanıb, qırxda biri zəkat olaraq verilir. Ən yüksək əyardan vermək daha savabdır. Lakin hər əyar qızılı ayrıca hesablamaq və hər ayarın qırxda birini vermək də caizdir.
Sual: Nisab miqdarını hesablamaq üçün əlimizdə olan xarici valyutadakı pulları manata çevirərkən alış yoxsa satış qiymətini əsas götürməliyik? Eyni şəkildə, 96 qr qızılın neçə manat etdiyini hesablayarkən alış, yoxsa satış dəyərini əsas götürməliyik?

CAVAB

Zərgərin satış qiyməti əsas götürülür. Əlimizdə olan dolları satarkən bankların satış dəyərini əsas götürməliyik.
Sual: 10 il əvvəl zəkat borcu olduğu bilinən bir şəxsin zəkat borcunu necə ödəməlidir? O vaxt əlində olan pulun miqdarını bilirsə, o dövrün qızıl məzənnəsinə uyğun hərəkət edilməlidirmi?

CAVAB

10 il əvvəlki pul ilə nə qədər qızıl almaq mümkün idisə, həmin qızıl əsas götürülür.
Sual: Evi olan şəxs, ikinci bir evi tikdirirsə, bu evə xərclədiyini və bu ev üçün borc aldığını zəkat hesabına necə daxil edər?

CAVAB

Evi olub-olmamasının əhəmiyyəti yoxdur. Ev üçün xərclənənlər xərclənmiş sayılır, borc götürüldükdə borclar mövcud puldan çıxılır. Geridə qalanın zəkatı verilir. Kredit nə qədər uzun müddətli olursa-olsun borclardan və mövcud puldan çıxılır. Qalanın zəkatı verilir.
Sual:  Nisab miqdarından yuxarı pulum illərdir bankda qalır. Anam deyir ki, siz oxuyursunuz, sizə zəkat vermək lazım deyil. Bu doğrudur, yoxsa zəkat vermək lazımdır?

CAVAB

Pul nə məqsədlə saxlanılırsa, saxlansın zəkata tabedir. Böyük qardaşınız kasıbdırsa ona zəkat verə bilərsiniz. Ata-anaya zəkat vermək olmaz. Əmiyə, dayıya, bibəyə, xalaya vermək daha yaxşı olar. Zəkat verməmək böyük günahdır.

Sual: Üç evi, iki avtomobili olduğu halda, pulu olmayan şəxsin zəkat verməsi lazımdırmı?

CAVAB

Ev və avtomobil çox olsa da zəkatı olmur. Avtomobillər ticarət üçün istifadə edilsə də, evlər kirayə verilsə də zəkatları verilmir. İlin sonunda əlində pul qalarsa, həmin pulun zəkatı verilər.
Sual: Çoxlu evi olub, kirayə gəliri olan şəxs zəkatını necə hesablamalıdır?

CAVAB

Oradan aldıqları və başqa yerdən gələn gəlirləri, maaşı və sairə ümumi məbləğ nisaba çatarsa, zəngin sayılar. Bir il sonra zəkat verməsi fərz olar.

Sual: Zəkat və fitrəni eyni adama vermək olarmı? Zəkatı bir neçə nəfərə bölməklə vermək olarmı?

CAVAB

Hər ikisi də olar.
Sual: Gümüş məcməyi zəkat nisabına daxildirmi?

CAVAB

Bütün qızıl və gümüş əşyalar nisaba daxildir.
Sual: Nisab miqdarına sahib olan, həddi-büluğa çatmayan uşaq zəkat verərmi?

CAVAB

Həddi-büluğa çatmayıbsa, zəkat vermir.
Sual: Bir insanın 20 ildən bəri 100 qr qızılı olsa, zəkat vermək lazım olduğunu yeni öyrənirsə, nə qədər zəkat verməsi lazımdır?

CAVAB

Belə ki, 20 il əvvəlki 100 qramın 2.5 %-ni verər, ikinci il (19 il əvvəlki) üçün qalanının 2.5%-ni verər. İki il sonra bu, 96 qramdan aşağı düşəcəyi üçün artıq zəkat verilmir.
Sual Dini kitabı zəkat və uşur olaraq verə bilərikmi?

CAVAB

Zəkat və ya ticarət edilən maldan verilir, ya da qızıl olaraq verilir. Uşr da belədir, çıxarılan məhsuldan və ya qızıldan verilir. Dini kitab ticarəti edən, zəkatını kitab olaraq verə bilər. 
Sual: Xəstəyə və ya ora-bura yardım üçün verdiyimiz pullar zəkat əvəzinə keçərmi?

CAVAB

Keçməz, çünki zəkat verməyin qaydası vardır. Ona uyğun verilməlidir!
Sual: Namaz qılmayan, oruc tutmayan bir müsəlmanın da zəkat verməsi lazımdırmı?

CAVAB

Əlbəttə, verməsi lazımdır. Onsuz da oruc tutmuram, zəkatımı da verməyim deməməlidir! Heç olmasa, borcunun birindən qurtulmalıdır!
Sual: Bir dostuma, bu qızılları filan yoxsula ver, dedim. O da mənim qızıllarımı deyil, öz qızıllarını verib. Bir zərəri varmı?

CAVAB

Vəkil zəngindən aldığı qızılın əvəzində, öz qızılını yoxsula verib sonra zənginin verdiyini özünün istifadə etməsi caizdir. Lakin zənginin pulunu əvvəlcə özü istifadə edib, sonra öz pulundan zəkat verərsə, caiz olmaz.

 

24-11-2022, 17:03
Geri