Gözəl İslam / Zorla zəkat almaq

Zorla zəkat almaq

Sual: İslamiyyətdə dövlətin zənginlərdən ticarət malının zəkatını zorla alacağını söyləyən Suriyalı bir yazıçı vardır. Dövlət, zorla zəkat ala bilərmi?

CAVAB

Hökumət, bu 5 malı ala bilməz: Əmvali-batına, fitrə, qurban, adaq və kəfarət. [Quduri Şərhi]
Zəkat mallarından qızıl, gümüş və ticarət əşyasına Əmvali-batına deyilir. Zəngin zəkatını şəxsən özü verir. Zəkat heyvanları ilə torpaqdan əldə etdikləri mallara Əmvali-zahirə deyilir. Zəkat məmurları tərəfindən yığılan Əmvali-zahirə zəkatını hökümət zəkat alması caiz olan yeddi təbəqənin hər birinə sərf edər. [ Rədd-ül muxtar]
Sual:
Məzhəbsizlərin hər fikri yanlışdırmı? Məsələn, “yoxsulların zəkatdan başqa malda da haqqı vardır” hədisinə görə hökumətin zorla zəkat alacağını, üstəlik, hökumət  sədəqə verməyənlərin artıq mallarını müsadirə edə biləcəyi fikirləri yanlışdırmı?

CAVAB

Məzhəbsizlərin hər fikri deyil, məzhəbsiz fikirləri yanlışdır. Məzhəbsiz yazıçı bəhs etdiyiniz hədisi-şərifə yanlış məna verir. 
Bu hədisi-şərif sədəqənin zəkat kimi fərz olduğunu deyil, nafilə ibadətlər arasında çox savab olduğunu göstərir. Çünki, yoxsullara zəkat haqqını verməyənlərə Cəhənnəmdə əzab ediləcəyi bildirildi. Sədəqə haqqını verməyənlərə isə heç əzab bildirilmədi. Savabının çox olduğu bildirildi.

Bunun kimi, İslam alimləri hədisi-şəriflə bildirilən müsəlmanın müsəlman üzərində beş haqqıından - salam vermək, xəstə ziyarəti və dəvət olunan yeməyə getmək haqlarının fərz olmadıqlarını yekdilliklə bəyan etmişlər.
Dinimizdə zəkatı verilmiş mal yığılmış, qeyri-qanuni mal deyildir. Bu malı heç kimin zorla almağa haqqı yoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:

“Zəkatı verilmiş mallar yığılmış mal deyildir”.  [Əbu Davud]
“Zəkatınızı verməklə mallarınızı zərərdən qoruyun!” [Hakim]
Görüldüyü kimi, zəkatı verilən mal, kənz, [yəni yığılmış mal] deyildir.Zəkatını verən malın haqqını ödəmiş sayılır. Heç kim bu malı ala bilməz. Hədisi-şərifdə buyuruldu ki:

“Bir möminin  rızası olmadan onun malını almaq halal deyildir”. (Əbu Davud)
Heç şəxsin malı onun icazəsi olmadan istifadə edilə bilməz. (D. Muxtar)

 

16-11-2022, 16:53
Geri