Gözəl İslam / Zəkat və hiylə

Zəkat və hiylə

Sual: Bəzi insanlar hiylə işlədərək zəkatı aradan götürmək istəyirlər. Eynilə, isqat və dövrdə olduğu kimi zəngin zəkatını götürüb yoxsula verir. Yoxsul da “aldım, qəbul etdim” deyir. Sonra yenidən zənginə verir. Bu adətə çevrilmişdir. Zənginlər, zəkat verərkən yoxsulun bunu geri qaytaracağını bilir. Yoxsul da adət olduğunu bildiyi üçün geri qaytarmaq üzrə qəbul edir. Zəkat ilə dövrü bir-birinə qarışdırırlar. Belə hiylə işlətməklə zəkat vermək səhihdirmi?

CAVAB

Heç bir sözləşmə və hiylə işlətmədən bir zəngin yoxsula zəkat versə, yoxsul da aldığı zəkatı zənginə hədiyyə etsə, zəkat verilmiş sayılır. Hər kəs malını istədiyi şəxsə hədiyyə edə bilər.
Xidmətçi Bərirə ona zəkat olaraq verilən malı, Həzrəti-Aişə anamıza hədiyyə etmişdir. O da zəkat olduğu üçün malı Rəsulullah əfəndimizə vermək istəmədikdə Peyğəmbər əfəndimiz, “Bu, Bərirə üçün zəkatdır. Onun bizə verdiyi hədiyyə olur” buyurdu. Yoxsul aldığı zəkatı zənginə hədiyyə edə bilər. Zənginin onu alması halal olar, çünki, yoxsul öz malından vermişdir. (Eşiat-ül ləməat)

Zəkat verməmək üçün saxtakarlıq etmək zülm sayılır. Hədisi-şərifdə buyuruldu ki:

“Zənginlərin zəkatı yoxsullara yetərli olmasaydı, Allahu təala onlara ayrıca nəfəqə verərdi. Ac qalan yoxsul vardırsa, zənginlərin zülmünə görədir”.  [Əskəri ]

Sual:
Zəkatımı qızıl şəklində bir yoxsula verirəm. Yoxsul verdiyim zəkatı mənə hədiyyə edir. Zəkata ayrılan pulu yenə xeyirli işlərə sərf edirəm. Bu hər il belə davam edir. Başqa yoxsula versəm verdiyim zəkatı mənə hədiyyə etməz, bu isə hədiyyə edir deyə həmişə eyni yoxsula zəkat verirəm. O da mənə hədiyyə edir. Bu cür verilən zəkat səhihdirmi?

CAVAB

Fiqh kitablarında “Bir zəngin zəkatını yoxsula versə, yoxsul da həmin zəkatı eyni zənginə hədiyyə etsə, zəkat verilmiş olur” buyurulur. (Rədd-ül-muxtar)
Ancaq, bu adətə çevrilirsə, işin içinə hiylə girmiş olur. Siz bu yoxsula, zəkatı mənə hədiyyə edər deyə, zəkat verirsiniz.  Yoxsul da “Zəngin zəkatının hədiyyə edilməsini gözləyir. Hədiyyə etməsəm ayıb olar” düşüncəsiylə geri verər. Dürr-ül-muxtarda “Adətə çevrilən hədiyyələr şərtli  ödəniş kimidir” buyurulur. Buna görə belə hiylə işlərdən çəkinmək lazımdır.

Sual: Ərim çox kasıbdır, amma mən nisaba malikəm. Zəkat verməmək üçün qızıllarımın yarısını qızıma hədiyyə etsəm günah olarmı?

CAVAB

Fərz olduqdan sonra zəkat verməmək üçün hiylə işlətmək haramdır. Fərz olmadan əvvəl işlənən hiylə imamı-Muhammədə görə məkruhdur. İmamı-Əbu Yusifə görə məkruh deyildir. Fətva imamı-Muhammədə görədir. İmamı-əzəmə görə qadın ərinə zəkat verməməlidir. Lakin, sizin kimi yoxsul, dini cəhətdən zəngin olan bir qadının imamı-əzəmə görə caiz deyildirsə də zəkatını imameynin qövlünə əsasən yoxsul ərinə verməsi caiz olar. Bunun üçün hiylə etmədən zəkatınızı ərinizə verə bilərsiniz.
Zəkat verərkən

 

Sual: 70 manat zəkat verməyim lazım idi. Bir yoxsula 140 manat dəyərində qızıl verdim. Sonra da bu qızılı mənə 70 manata sata bilərsənmi dedim, o da satdı. Zəkatım səhihdirmi?

CAVAB

Qızılı yoxsula verməklə zəkatınız səhihdir. Amma 140 manat dəyərindəki qızılı ondan 70 manata almaq məkruh olur. Yoxsul, mənə zəkat verdi deyə utandığından ucuz satmışdır. Belə etmək doğru deyil. Vəziyyəti olduğu kimi yoxsula bildirib, məkruh etməkdən qurtulmaq lazım idi. Yəni, mənim 70 manat zəkat verməyim lazımdır. Ancaq əlimdə 70 manat dəyərində yox, 140 manat dəyərində qızıl var. Sizə bu qızılın yarısını zəkat olaraq verdim, demək lazım idi. Sonra o qızılın yarısını mənə 70 manata sata bilərsinizmi, deyilərdi. Əgər satarsa, qızılın yarısı  artıq sizindi, digər yarısını da ədalətli qiymətə alardınız.

Sual: 50 manat zəkat verməyim lazım idi. Bir yoxsul dostumda 140 manat dəyərində qızıl vardı. Bu qızılı mənə 50 manata sata bilərsənmi? Sənə zəkat verəcəyəm, dedim. O da 140 manat dəyərindəki qızılı 50 manata satdı. Mən isə ona zəkat olaraq qızıl verdim. Zəkatım səhihdirmi?

CAVAB

Zəkat səhihdir. Ancaq, normalda yoxsul 140 manat dəyərindəki qızılı 50 manata satmaz. “Zəkatı mənə verəcək” deyə ucuz satdı. Bu cür ucuz almaq məkruh olar. Bunun kimi yoxsula 140 manat dəyərində bir qızıl verib, məsələn, 100 manata geri almaq da eyni şəkildə məkruhdur. Halbuki, zəkat üçün olmasaydı insan malını, qızılını ən ucuz qiymətə sata bilərdi. Hətta, pul götürmədən belə hədiyyə edə bilərdi.

Zəkatda hiylə

Sual: Bəzi insanlar zəkat verəcəyi zaman bir yoxsula “Mənim zəkat borcum var. Gəl səninlə dövr edək” deyirlər. Yoxsula zəkat əvəzinə qızıl verirlər. Yoxsul da məcbur qalıb qızılları geri hədiyyə edir. Bu cür zəkat vermək səhihdirmi?

CAVAB

Qızılla zəkat verilmişdirsə, geri almaq caiz olmaz. Dövr, kağız pulla verə bilmək üçün bir rahatlıqdır. Yoxsa ki, zəkatı aradan qaldırmaq üçün deyildir.
Ümumiyyətlə, heç bir yoxsul dövr edək deyən zənginə “Sənin verdiyin qızılları sənə geri hədiyyə etmirəm, o qızıllar mənimdir” deyə bilməz, bundan utanar. Əgər yoxsul qızılları verməsə, zənginin “Səni, dövr edək deyə çağırdım, qızılları ver” deməsinə fürsət verməmək üçün bu şəkildə dövr edilməməlidir!

Zəkatı dinin əmrinə uyğun olaraq vermək üçün dövr edilir. Kağız pulla zəkat verə bilmək üçün bazarlıq etmədən yoxsulla dövr etmək caiz olur. Məsələ daha əvvəl izah edilir. “Pul yoxsulundur. Öz razılığı ilə qızılı geri hədiyyə edərsə, mən də bunun dəyərini kağız pulla ödəyərəm, beləliklə, zəkat dinə uyğun verilmiş olar. Yoxsul, pulu hədiyyə etməyə məcbur deyildir” demək lazımdır. Dövr edərkən qızılı verdiyimiz yoxsul qəti olaraq pulun onun olduğunu bilməli və könül xoşluğu ilə zənginə hədiyyə etməlidir. Zəngin də qızıl məbləğində pulu bir və ya bir neçə yoxsula verməlidir. Belə edilərsə, dinə uyğun şəkildə zəkat verilmiş olar.

15-11-2022, 17:31
Geri