Gözəl İslam / Gümüşün zəkatı

Gümüşün zəkatı

Sual: Məcməyi, qəndqabı və səhəng kimi gümüş əşyalarının cəmi çəkisi 1 kq olan bir şəxs bunların zəkatını necə verməlidir?

CAVAB

  1. Əbədiyyədə deyilir ki:

“200 dirhəm ağırlığında olan bir gümüş səhəng sənət işinə görə 300 dirhəm dəyərində olsa, onun zəkatı 5 dirhəm gümüş verilər. 5 dirhəm gümüş dəyərində qızıl verilə bilməz. 7.5 dirhəm gümüş dəyərində qızıl vermək lazımdır”.

Gümüşün nisabı 200 dirhəmdir. Bu da 672 qram edər.
Əgər gümüş olaraq veriləcəksə, 1 kq gümüş üçün 25 qram gümüş verilir. Gümüş verilməyəcəksə, 25 qramlıq gümüşün dəyəri verilmir, 1 kq gümüşün dəyəri nə qədər tutursa, bunun qırxda biri qədər qızıl verilir. Məsələn, bu gün 1kq gümüş 600 manat edirsə, qırxda biri 15 manat edir. Amma zəkat olaraq 15 manatlıq qızıl verilmir. Bir gümüş əşya, sənət işi və antik dəyəri ilə birlikdə 6 min manat edirsə, bunun qırxda biri olan 150 manat dəyərində qızıl vermək lazımdır. Gümüş olaraq verilsəydi, 25 qram gümüş vermək lazım olardı. Bu da 15 manat edərdi. Deməli, gümüş olaraq veriləndə 15 manat dəyərdə 25 qram gümüş verilir, dəyəri qızıl olaraq veriləndə 150 manatlıq qızıl vermək lazımdır.
Bir də belə hal var. Bir şəxsin yalnız 500 qram gümüşü olsa zəkat verməz. Əgər başqa pulu və ya qızılı da varsa, hamısı birlikdə nisaba qatılar. Məsələn, 3000 manatı və 500 qram da gümüşü varsa, zərgər gümüşün dəyəri gümüş olaraq 300 manat olsa da sənət işi dəyəri baxımından 5000 manat edirsə, bu şəxsin 3000+5000= 8000 manatın zəkatını verməsi lazımdır.

Qızıl və gümüşün zəkatı

Sual: Zəkat üçün gümüşün nisabı 200 dirhəm, qızılınkı isə 20 misqaldır. Bunların yarısı, məsələn, 100 dirhəm gümüşlə 10 misqal qızılı olanın zəkat verməsi lazımdır, lakin S.Əbədiyyədə “95 dirhəm gümüşlə 1 misqal qızılı olsa və 1 misqal qızılın dəyəri, 5 dirhəm gümüşdürsə qızıl nisabına çatdığı üçün zəkat verilir” deyilir. Bu nə 20 misqal qızıl, nə də 200 dirhəm gümüş edir. Burda bir səhv varmı?

CAVAB

Verdiyiniz nümunə səhvdir. 100 dirhəm gümüşlə 10 misqal qızılı olan zəkat verməyə bilər. Bu, qızıl və gümüşün qiymətinə görə dəyişir. Gümüşün qiyməti aşağıdırsa, nisaba çatmaya bilər. Məsələn, bu gün üçün nisaba çatmır. Çünki, 100 dirhəm gümüş 10 misqal qızıl etmir. Etsəydi, nisaba çatardı. Gümüşün dirhəmi bu gün üçün 2,3 manatdır. 100 dirhəm gümüş təxminən 1 misqal qızıla uyğun gəlir. 10 misqal qızılı olanın 1 misqal da gümüşü olarsa 11 misqal edər. 11 misqal qızılın isə zəkatı olmur.

S.Əbədiyyədə bildirilən ifadədə səhvlik yoxdur. 1 misqal qızılın qiyməti 5 dirhəm gümüşə, 95 dirhəm gümüş isə 19 misqal qızıla uyğun gəlir, deyilir. Yəni, 19 misqal qızıl dəyərində gümüşü və bir misqal qızılı olan 20 misqala çatdığı üçün zəkat verər.

Bunun kimi “150 dirhəm gümüşlə 40 dirhəm qiymətində 5 misqal qızılı olan zəkat verər” deyilir. Çünki, gümüşə qızıl əlavə edildikdə nisab meydana çıxır. 40 dirhəm gümüş 5 dirhəm misqal edir. 20 misqala çatmaq üçün 15 misqal dəyərində gümüşü varsa, zəkat verməlidir. 15 misqal qızıl isə 120 dirhəm gümüş edir. Əlində 150 dirhəm gümüş olduğuna görə zəkat verməsi lazım olar. Nisab gümüşə görə deyil, qızıla görə hesablanır. Bir nümunə daha deyək: Bugünki məzənnəyə görə 150 dirhəm gümüşlə 18 misqal qızılı olanın zəkat verməsi lazımdırmı?

150 dirhəm gümüşə bu gün 2 misqal qızıl almaq mümkün olmadığı üçün zəkat vermək lazım olmaz. 150 dirhəm gümüşü olsaydı, zəkat verə bilərdi. Deməli, əldəki gümüşün dəyəri qızılın nisabına çatırsa, zəkat vermək lazım olur. Məsələn, 15 misqal qızılı olanın əlində 5 misqal dəyərində gümüşü varsa, nisaba çatır deməkdir.

Sual: 672 qram gümüşü olanın başqa qızılı, pulu və ticarət malı yoxdursa, zəkat verə, qurban kəsə, zəkat ala bilərmi?

CAVAB

Əvvəlcə fiqh kitablarındakı əsas qaydanı bildirək. Tam Elmihalda bildirilir ki:

“Gümüşün nisabı iki yüz dirhəmi şəridir. Bir dirhəmi şəri on dörd karatı şəridir. Yetmiş arpadır. Hənəfidə gümüşün nisabı 2800 karat və ya 672 qramdır.

İyirmi misqal qızıl ilə iki yüz dirhəm gümüş ortaq nisab miqdarını göstərdikləri üçün dəyərlərinin bir-birinə bərabər olması lazımdır. Buna görə islamiyyətdə bir misqal qızıl on dirhəm gümüş dəyərində olur. Bu da yeddi misqal çəkisində gümüşdür. Bir qram qızıl yeddi qram gümüş dəyərində olur. Buna görə də, islamiyyətdə pul kimi istifadə olunan qızılın qiyməti eyni çəkidəki gümüş pulun qiymətinin yeddi qatıdır. Bugünki gündə gümüş pul kimi istifadə edilmir. Gümüş əşyanın dəyəri çox aşağıdır. Bunun görə də kağız pulların və ticarət əşyasının nisabını hesablamaq üçün gümüşün dəyəri istifadə edilmir.”
M. 1688-ci ildən sonra gümüş miqdarı altı dəfə azladı.

Ticarət əşyasının qiyməti, yəni nisab hesablandığı vaxtdakı alış qiyməti alış-verişdə istifadə edilən qızıl və gümüş puldan hansı ilə nisab miqdarı olursa, onunla hesablanır. İkisi də nisab miqdarı olursa, yoxsullara daha faydalı olanı ilə hesablanır. Pul kimi istifadə edilməyən qızıl və gümüş ilə hesablanmır. Hökumət tərəfindən möhürlü qızıl və ya gümüş pullardan qiyməti ən az olanı ilə hesablanır. Hansı ilə hesablandısa, yenə onunla zəkat fərz olduğu gündəki, yəni nisabdan bir il keçdikdən sonrakı bazar qiymətinə görə yenidən hesablanan qiymətinin, alış qiymətinin və ya əşyanın özünün qırxda biri verilir. Qızılla gümüşün pul kimi istifadə olunmadığı yerlərdə başqa metal və kağız pullar indi qızıl əvəzidir. Belə pullarla alınmış ticarət əşyasının, kağız pulların, fitrə və qurbanın nisabları Şeyhaynə (rəhmətullahi təala aleyhimə) tabe olaraq möhürlü qızıl pullardan qiyməti ən az olanı ilə hesablanır. Gümüş ilə hesablanmır. “Kəşfi-rümuzda” deyilir ki, “Əşyanın qiyməti qızıl və gümüşlə razılığa gəlinir.”

Buradan aydın olur ki, pulun, ticarət əşyasının nisaba çatıb-çatmadığı, qızıl və gümüş nisablarının bərabərliyinin pozulduğu zaman, gümüş nisabı ilə deyil, qızıl nisabına görə hesablanar. Ancaq, kiminsə əlində nisab miqdarı qədər gümüşü varsa, mötəbər kitablarda bildirilən yuxarıdakı əsas qaydaya görə bunun qırxda biri gümüş olaraq zəkatını verər. Bu onun dində zəngin olduğu mənasına gəlmir. Sadəcə olaraq, bu qədər gümüşü olan qurban kəsməyə, zəkat ala bilər.

8-11-2022, 12:06
Geri