Gözəl İslam / Zəkatda vəkalət və vəkil

Zəkatda vəkalət və vəkil

Sual: Yoxsulam. Mənim adıma zəkat almaq və onu istədiyi kimi istifadə etmək üçün başqasına necə vəkalət verə bilərəm?

CAVAB

Vəkalət verərkən “Mənim adıma zəkat almaq və istədiyin yerə xərcləmək üzrə səni vəkil etdim” deməyiniz kifayətdir.
Sual: Yoxsuldan zəkat üçün vəkalət alarkən zəngin olana və ya ləğv edənə qədər etibarlı olur?

CAVAB

Bəli.
Sual: Yoxsulun vəkili zəngindirsə, vəkili olduğu yoxsula zəkat verə bilərmi?

CAVAB

Verə bilər.
Sual:  Yoxsula zəkatın kim tərəfindən verildiyini  demək şərtdirmi?

CAVAB

Zəkatın kim tərəfindən verildiyini söyləmək şərt olmadığı kimi bu, zəkatdır demək də şərt deyildir. Hədiyyə olduğunu söyləmək kifayətdir.
Sual: Bir neçə ildir ki, bir yoxsulun vəkiliyəm. Hər il vəkalətin yenilənməsi lazımdırmı?

CAVAB

Lazım deyil. Yenilənərsə, zərəri olmaz.
Sual: Bir nəfər zəkatını verməyə məni vəkil təyin etdi. Mən başqasını, o da başqasını vəkil təyin edə bilərmi?

CAVAB

Zəncir kimi sonsuza qədər vəkalət verilə bilər.
Sual: Bir nəfər yoxsul və dul qadına pul verib, bu zəkat puludur, istədiyin şəxsə verə bilərsən, deyib. Qadın, “mən bu pulu özümə xərcləyə bilərəmmi” deyə soruşur.

CAVAB

Bu pulla qızıl alarsa, zəkat dinə uyğun verilmiş olar.

Sual: Zəkat vermək üçün ümumi vəkil olan şəxs öz anasına zəkat verə bilərmi?

CAVAB

Vəkil olduğu üçün verə bilər.
Sual: Zəkat vermək atasından ümumi vəkalət alan qardaşına zəkat verə bilməzmi?

CAVAB

Verə bilməz.

Sual: Yoxsulun vəkili atasından zəkat ala bilərmi?

CAVAB

Bəli.
Sual: Zəngin bir şəxs, yoxsul yaxınından vəkalət alsa, zəkat ala bilərmi?

CAVAB

Vəkil əsil [vəkalət verən] kimidir. Vəkalət aldığı şəxsin adından hərəkət etdiyi üçün zəkat ala bilər. Lakin zəngin olduğunu bilənlərin sui-zənninə səbəb olmamaq üçün vəkil olduğunu bildirməlidir.
Sual: Zəkat və ya sədəqəyi-fitr verərkən vəkilin mütləq sahibinin adını deməsinə ehtiyac varmı? Öz adına bu mənim zəkatımdır və ya hədiyyəmdir desə, caizdirmi?

CAVAB

Bəli caizdir. Vəkilinin adını deməsinə ehtiyac yoxdur. Çünki, vəkil əsil kimidir.

Sual: Yoxsulların vəkili olan şəxs, aldığı zəkatları xəbərsiz qarışdırıb sonra yoxsullara paylaması caizdirmi?

CAVAB

Bəli caizdir. Zənginlərin vəkilinin belə etməsi caiz deyil. Lakin başqa bir qövldə caiz olduğu bildirildi.
Sual: Zəkatda bir şəxs həm zənginin, həm də yoxsulun vəkili ola bilərmi?

CAVAB

Bəli ola bilər.
Sual: 7-8 yaşındakı bir uşağa bu qızılı götür, filankəsə zəkat ver, deyilsə, caiz olarmı?

CAVAB

Ağıllı uşaq ticarətdə və zəkat verməyə vəkil təyin edilə bilər.

Sual: Zənginlərin zəkat pullarını alıb bir-birinə qarışdıqdan sonra yoxsullara verilse, zəkat səhihdirmi?

CAVAB

Yoxsullara zəkat vermək üçün zənginlərin vəkili olan şəxs zənginlərdən aldığı zəkatları bir-birinə qarışdırdıqda hamısı öz mülkünə çevrilir. Yoxsullara öz malından sədəqə vermiş sayılır. Zənginlərin zəkatları verilmiş sayılmır. Əgər yoxsullar əvvəldən bu şəxsə icazə vermişdirlərsə, onların vəkilləri olaraq yığmış və yoxsulların mallarını bir-birinə qarışdırmış olur. Bu vəziyyətdə zəkatlar verilmiş sayılır.
Zəkatda vəkil

Sual: Zəkat vermək üçün “İstədiyinə ver” deyilərək vəkil edilən şəxs, zəkatı yoxsul xanımına və ya yoxsul övladına verə bilərmi, yaxud özü də yoxsuldursa, götürə bilərmi?

CAVAB

Üçünü də edə bilər. [ Dürr-ül-muxtar]

Zəkat və adaqda [nəzir] vəkilin vəziyyəti

Sual: Zəngin bir şəxs zəkatını vermək və adaq sahibi də nəzirini həll etmək üçün başqasını vəkil etsə, bu vəkil olan şəxs istədi kimi hərəkət edə bilərmi?

Cavab: Zənginin vəkili zəkatı zənginin əmr etdiyi şəxsə verməlidir, başqasına verə bilməz. Əgər başqasına verərsə və ya itirərsə, ödəməlidir. Vəsiyyət edilən şeylər də belədir. Əmr olunan kasıba verilir. Zəngin vəkilinə istədiyinə ver desə, vəkil öz kasıb olan övladına və xanımına da verə bilər. Özü kasıbdırsa, özü də ala bilər. Halbuki, nəzir yəni adaq belə deyil. Vəkil adaq sahibinin əmr etdiyi şəxsdən başqasına da verə bilər. İbni Abidin bu sətirləri açıqlayarkən buyurur ki:

“Vəkil zəngindən aldığı qızıl və gümüş yerinə öz qızıl və gümüşünü kasıba verib, sonra zənginin verdiyini özü istifadə etməsi caizdir. Lakin, zənginin pulunu əvvəlcə özü istifadə edib, sonra öz pulundan zəkat verərsə, caiz olmaz. Özü üçün sədəqə vermis sayılır. Zəkatı zənginə ödəməlidir. Nəfəqə vermək, satın almaq, borc ödəmək üçün aldığı pulu istifadə edən vəkil də belədir. Zənginin vəkili zəkatı vermək üçün izn almadan bir başqasını da vəkil edə bilər”.

Sual: Bir neçə zənginin zəkat verməkdə vəkili olan bir şəxs, zənginlərdən aldığı zəkatları qarışdırıb, kasıblara versə, zənginlərin zəkatları verilmiş olarmı?

Cavab: Bu mövzuda Bezzaziyyədə deyilir ki:

“Kasıblara zəkat vermək üçün zənginlərin vəkili olan şəxs, yığdığı zəkatları bir-biri ilə qarışdırsa, hamısı onun mülkü olar. Kasıblara öz malından sədəqə vermiş sayılır. Zənginlərin zəkatları verilmiş olmaz. Zənginlərdən aldıqlarını onlara ödəməsi lazımdır. Kasıblar əvvəlcədən bu şəxsə izn vermiş olsalardı, onların vəkilləri olaraq toplamış sayılır, kasıbların mallarını bir-biri ilə qarışdırmış və zəkatlar verilmiş olardı”.

1-11-2022, 18:45
Geri