Gözəl İslam / Tələbəyə zəkat

Tələbəyə zəkat

Sual: Tam Elmihalda, nisaba malik olsalar belə, elm öyrənən və öyrədənlərə   zəkat verməyin fəzilətli olduğu deyilir .Yəni, demək istənilir ki,  bu günki  professorlara və universitet tələbələrinə zəngin olsalar da zəkat verilərmi?

CAVAB

Xeyir. Yalnız din elmini  öyrənən və din elmini öyrədənlərə zəkat vermək caizdir.

Zənginə zəkat verilmir

Sual: Bir müəllim, zəngin olsa belə hər cür tələbəyə zəkat vermək olar, söylədi. Zəkat yoxsulun haqqı deyildirmi? Zənginə necə verilə bilər? Tələbə olmağın fərqliliyi nədir?

CAVAB

Zəkat hər cür tələbəyə verilmir. Müsəlman və yoxsul olmaq şərtilə verilir. Yoxsul olmayan tələbələrdən biri istisnadır. O da din elmini öyrənən və öyrədənlərdir.

Dini kitablarda belə deyilir:

Dini bilikləri öyrənən və öyrədənlər zəngin olsalar belə, işləyib pul qazanmağa vaxtları olmadığı üçün zəkat ala bilərlər. [Dürr-ül-muxtar]

İbni Abidin həzrətləri Dürr-ül-muxtarın bu ifadəsini açıqlayarkən buyurur ki: Cami-ul-fətavada bildirilən hədisi-şərifdə “Elm öyrənənin qırx illik nəfəqəsi olsa da ona zəkat vermək caizdir” buyuruldu.

Bir hədisi-şərifdə də bu zənginlərin zəkat ala biləcəkləri bildirilmişdir:

Allah yolunda cihad edən, borcu olan və borcunu ödəyə bilməyən, öz ölkəsində zəngin olduğu halda, yaşadığı yerdə pulsuz qalan və borcu çox olduğu halda qaytara bilməyib möhtac qalan Müsəlmanlar.

27-10-2022, 13:42
Geri