Gözəl İslam / Alacaqların zəkatı

Alacaqların zəkatı

Sual: Alacağım çoxdur, amma nə vaxt ödəyəcəkləri bəlli deyil. İndidən zəkat verməyim şərtdirmi?

CAVAB

İndi vermək şərt deyildir. İndi verilməsə, qaytarıldıqda keçmiş illərin zəkatı da verilir.


Sual: İflas və ya inkar edib alacağımı qaytarmadıqda da zəkatını verməyim lazımdırmı?

CAVAB

İtirilmiş, qəsb edilmiş, basdırıldığı yer yaddan çıxmış  və inkar olunan mallar nisab hesabına daxil olmur. Əgər qaytarılarsa, əvvəlki illərin zəkatları verilmir.

Sual: Bir qadın mehri-müəccəl olaraq yoldaşından aldığı qızılların zəkatını verməlidirmi?

CAVAB

Nisab hesabına daxil edər, lakin zəkatını verməz. Aldıqdan sonra verər.

Sual: Bölüşdürülməmiş mirasımız var. Nisaba daxil edilirmi?

CAVAB

Miras alacaqları nisab hesabına daxil edilir. Lakin, almayana qədər zəkatı verilmir.


Alacaqların zəkatı


Sual: “Alacaq alınmadıqca nisaba daxil edilmir və zəkatı verilmir. Nisaba daxil etmək və ya zəkat vermək üçün alacağın bank hesabına keçirilməsi şərtdir. Borc qaytarılmadıqca neçə il borcluda qalırsa-qalsın zəkatı verilmir” deyilir. Pul qaytarıldıqdan sonra keçmiş illərin zəkatı verilmirmi?

CAVAB

Əlbəttə verilir. Borcu almamış da zəkatını vermək caizdir.

Sənədli və ya şahidi olan, yaxud da etiraf olunan borclar iflas olanda  yoxsulda da olsa nisaba daxil edilir. Geri qaytarıldıqda keçmiş illərin zəkatı da verilir. [S. Əbədiyyə]

27-10-2022, 13:15
Geri