Gözəl İslam / Vəzifəli şəxsə zəkat

Vəzifəli şəxsə zəkat

Sual: Vəzifəli şəxs fitrə, zəkat ala bilərmi?

CAVAB

Dinə görə zəngin olmayan şəxs, yüksək maaşlı vəzifədə olsa da fitrə və zəkat ala bilər. Ehtiyacı olan əşya və borclarından artıq olaraq, zəkat nisabı qədər malı, pulu olan müsəlmanın fitrə verməsi vacibdir. Fitrə, zəkat alması haramdır.

Fitrə nisabına aid olan malın, ticarət üçün olması şərt olmadığı kimi, əlində də bir il qalması lazım olmaz. [Dürr-ül-muxtar]

Xalq arasındakı zənginliklə, dinin bildirdiyi zənginlik fərqlidir. Nisab miqdarı malı və ya pulu olmayan bir şəxsin bahalı avtomobili olsa da zəngin sayılmaz. Əksinə, evi olmayan, kirayədə qalan bir şəxs nisab miqdarı pula, qızıla və ya ticarət malına sahibdirsə, dinə görə zəngin sayılır. Belə bir şəxsin zəkat verməsi lazımdır, zəkat alması caiz olmaz.

Nisaba malik olmayan hər kəs yoxsul sayılır, zəkat ala bilər. Nisaba malikdirsə, fitrə verməsi vacib olar. Vəzifəli şəxs, 6000 manat maaş alsa, lakin, nisaba malik deyilsə, yəni, borclarını ödədikdə geriyə nisab miqdarı pulu, malı qalmırsa, yoxsul sayılır. Əksinə, əmək haqqı alan şəxs, borclarını ödədikdən sonra nisaba malikdrisə, zəngin sayılır, fitrə verməsi lazımdır.  (Rədd-ül-muxar)

[Nisab 96 qram qızıl və ya bu dəyərdə pul, ticarət malı deməkdir.]

24-10-2022, 13:10
Geri