Gözəl İslam / Zəkat veriləcək şəxsi araşdırmaq

Zəkat veriləcək şəxsi araşdırmaq

Sual: Kasıb  bildiyimiz bir insana zəkat vermək olarmı?

CAVAB

Zəkat verdiyimiz insanı arşdırmaq lazımdır, şübhə ilə zəkat vermək olmaz. Dinə görə yoxsul olub-olmadığı araşdırılmalıdır. Lazım gələrsə, özündən soruşulmalıdır. Sənə zəkat verəcəyəm deməzdən əvvəl, dində varlı, yoxsa zənginsənmi, borcun varmı kimi suallar soruşmaq lazımdır. Onsuz da, zəkat verərkən bu mənim zəkatımdır, demək şərt deyil, hədiyyədir, deyilsə də olar.  

Araşdırıb zəkat verəndə

Sual: Bəzi insanlara “Tanıdığınız kasıb adam varmı, zəkat vermək istəyirəm” deyə soruşdum. Onlar da “Burada bir kasıb var, ona verə bilərsən” dedilər. Zəkatımı verdim. Sonradan zəkat verdiyim adamın müsəlman olmadığını öyrəndim. Zəkatım səhihdirmi? Yenidən verməliyəmmi?

CAVAB

Müsəlman olmayanlara zəkat vermək səhih deyildir. Zəkat veriləcək şəxsi araşdırıb zəkat verdikdən sonra onun zəngin olduğu və ona zəkat vermək caiz olmadığı başa düşülsə, zərəri olmaz. Yəni zəkatınız səhihdir. Təsadüfi olmamışdır, araşdırıb verdiyiniz üçün yenidən verməyə ehtiyac yoxdur.

Sual: Yoxsul olub-olmadığı araşdırıldıqdan sonra, zəkat verilən şəxsin yoxsul olmadığı başa düşülsə, zəkat yenə də verilmiş olarmı?

CAVAB

Zəkat verə biləcəyini başa düşərək, zəkatını verdikdən sonra onun zəngin və ya qeyri-müsəlman zimmi yaxud da ana, ata, övlad, öz arvadı, xanımı olduğu başa düşülsə, zərəri olmaz. Yəni qəbul olar. Nəhr-ül-Faiqdə deyilir ki:

“Zəkat veriləcək şəxs, yoxsulların içində olub onlar kimidirsə, yaxud da yoxsul olduğunu söyləyib zəkat istəmişdirsə, bu şəxsin zəkat almağa haqqı olub-olmadığını araşdırmağa ehtiyac yoxdur. Ona zəkat verərkən soruşub araşdıraraq verilmiş sayılar.”

24-10-2022, 12:34
Geri