Gözəl İslam / Qəməri aylara görə zəkat

Qəməri aylara görə zəkat

Sual: Miladi aylara görə zəkat verilmirmi?

CAVAB

Zəkat miladi aylara görə yox, qəməri aylara görə verilir.

Sual: Avqustun 10-u  mənim zəkat vermə günümdür. Borclarıma görə bu il zəkat verməyim qədər mala sahib deyiləm. Ancaq, avqustun 15-dən sonra yoldaşım maaşından mənə qızıl-zinət əşyası alacaq. Alacağı hədiyyə ilə bərabər zəkatım olsa, zəkat verməliyəmmi?

CAVAB

Zəkat  günü avqustun 10-da olmaz. Hicri, yəni, qəməri aylara görə olur. 10 Rəcəb, 7 Şaban ayları kimi. Avqustun 10-u hansı aya uyğun gəlirsə, onu təyin etməlisiniz. Keçən il avqustu 10-u Rəbiül-əvvəl ayının 28-nə düşür. Bu il 28-i Rəbiül-əvvəl isə iyulun 30-a düşür. İyulun 30-da dinə görə zəngin sayılmırsınız, yəni, 96 qram qızılınız yoxdursa, kasıb sayılırsınız. Bundan sonra zəngin olmağınızın əhəmiyyəti yoxdur. Yəni, yeni bir tarix təyin etməlisiniz. Tutaq ki,  avqustun 20-də varlandınız, onu qəməri ayına görə təyin edə bilərsiniz. Gələn il o ayın həmin günü gələndə əgər varlı olsanız zəkat verə bilərsiniz, yenə varlı olmasanız yeni bir varlanmaq tarixini gözləməlisiniz.

23-10-2022, 19:08
Geri