Gözəl İslam / Uşr

Uşr

Sual: Uşr nədir?

CAVAB

      Torpaq məhsullarının zəkatına uşr deyilir. Kasıb və ya borclu olanın da uşr verməsi lazımdır. Fəqət, ticarət malı və heyvan zəkatı belə deyildir. Borclar çıxıldıqdan sonra qalanı nisab miqdarını görürsə zəkat verilər. İmamı Azam həzrətləri buyurur ki:

       “Məhsul torpaqdan alındığı vaxt az olsun, çox olsun onda birini və ya qiyməti qədər qızıl və ya gümüşü müsəlman kasıblara vermək fərzdir.”

       İmameynə görə uşr vermək üçün məhsulun bir il dayanıqlı olması və miqdarının 1250 kq.-dan (təxminən bir tondan) çox olması lazımdır. Məsələn yarım ton buğdası çıxan kasıb İmameyninqövlünə görə uşr verməzsə günaha girməz. Fəqət zənginin yüz kq. buğdası olsa, onda birini verməsi lazımdır.

      Uşr verən kasıb, başqalarının verdiyi uşru ala bilər. Fəqət zənginin zəkat alması haramdır.

      Bir kimsə tarlasının və ya bağçasının onda birini bir kasıba versə, tarlasının və ya bağçasının qalan qisminin uşrunu yenə hər il verməsi lazımdır.

       Uşrun nisabı yoxdur. Məhsul az olsa da uşru verilir. Uşr, onda bir olaraq verilər. Edilən xərclər çıxarılmaz. Sadəcə pulla suvarma olarsa və ya motorla sulanarsa, iyirmidə bir verilər. Uşr vermək, Ənam surəsinin 141-cü ayəsi ilə əmr edilmiş, onda birinin verilməsi də hədisi-şərif ilə bildirilmişdir.  

Sual: Qohumlarım bağçamı pulsuz əkib uşr vermirlər. Mən cavabdehəhmi?

CAVAB

Xeyr.

Uşru verilməyən məhsul

Sual: Uşru verilib verilmədiyi  bilinməyən və ya verilmədiyi bilinən məhsuldan bizə hədiyyə edilsə, yemək caiz olar?

CAVAB

Bilinmirsə yemək caizdir. Uşrunu vermədiyi bilinirsə, onda birini ayırıb, kasıba verdikdən sonra yemək yaxşı olar. ( S. Əbədiyyə)

Sual: Buğda, arpa və xurmanın uşrunu kilo ilə çəkərək vermək caizdirmi?

CAVAB

Bəli, caizdir.

Sual: Zeytuna etdiyimiz xərc məhsuldan çoxdur. Uşr vermək lazımdırmı?

CAVAB

Toplanırsa vermək lazımdır.

Sual: Çox xərc edib çox az məhsul  alanın yenə uşr verməsi lazımdır?

CAVAB

Xərc nə qədər çox, məhsul də nə qədər az olarsa olsun, hər məhsulun uşrunu vermək fərzdir.

Sual: Gülün uşru verilərmi ?

CAVAB

Ticarət niyyətiylə olduğu zaman zəkatı verilər.

Sual: Buğda və arpanın uşrunu, arpadan vermək caizdir?

CAVAB

Bəli

Sual: Buğdanın uşrunu, başqa ilin buğdasından vermək caizdir?

CAVAB

Bəli. Undan da vermək caizdir.

Sual: Zeytunun uşrunu, zeytun yağı olaraq vermək caizdir?

CAVAB

Bəli.

Sual: Mal sahibi ilə icarəçi eyni məhsul almışsa, uşru kim verər?

CAVAB

Yarı yarıya verərlər. 

Sual: Ehtiyac üçün yetişdirilən tərəvəzin uşru olur?

CAVAB

Olmaz.

Sual: Ortaq tarladan çıxan məhsulun yarısının uşrunu veririk. Digər yarısını o biri ortaq verməzsə bizə də günah olarmı?

CAVAB

Ortağı da razı edib hamısının uşrunu verməli. Razı olmazsa, yarısının uşru verilər. Razı olmayanla ortaq olmamalı.

Sual: Fermerin zəkatı buğda ilə verməsi fərzmi, pul ilə verə bilməzmi?

CAVAB

Buğdanın zəkatına uşr deyilir. Buğdanın uşru ya buğda olaraq verilər və ya dəyəri qızıl olaraq verilər.

Sual: Ata malının uşrunu vermir. Oğlu da onu bu günahdan qurtarmaq üçün ona belə deyir: “Sən uşrunu ver, onun məbləği qədər mən sənə pul verəcəyəm”. Bu vəziyyətdə fiqhi hökm nədir?

CAVAB

Atan uşrunu vermiş olar.

Sual: Odun, ot, saman üçün uşr verilərmi?

CAVAB

Verilməz.

Sual: Xaşxaşın toxumu və ya qabığının uşru verilərmi?

CAVAB

Pul edən qisimlərin uşru qızıl olaraq verilər.

Sual: Yenilən tərəvəzi təxmini hesab edib uşrunu vermək caizdir ?

CAVAB

Zənn ilə edilən təxmin mötəbər olar.

Sual: Uşr verərkən, biçər-döyər anbarının ölçüsünə etibar edilər?

CAVAB

Bəli.

Sual: Borcu məhsulun uşrundan çox olan əvvəl uşrunu verər?

CAVAB

Bəli.

Sual: Tarlanı ortağına verəndə uşrunu mal sahibi verər?

CAVAB

Xeyr.

Sual: Zəkat kimi uşrun da dövr və isqatı  edilərmi?

CAVAB

Bəli.

Sual: Buğda ucuzdur. Bir aylıq namaz isqatı üçün, verilən 315 kilo buğdanın rayicə (bir malın bazar dəyəri) görə  dəyərini qızıl olaraq vermək caizdir?

CAVAB

Bəli.

Sual: Kasıb istehsalçı uşr verib uşr ala bilərmi?

CAVAB

Bəli.

Sual: Altı vesq (köhnədən istifadə edilən bir ölçü adı olub, bir dəvə yükü mənasını verməkdədir. Bir vesq, təxminən 130 kq.-dır) məhsulu çıxan kasıb, uşr ala bilərmi?

CAVAB

Nisaba malik olmayan uşr və zəkat alar.

Sual: Buğdanın uşrunu vezin (çəki) olaraq vermək də caizdir ?

CAVAB

Bəli.

Sual: Uşr qızıl ilə dövr olar ?

CAVAB

Bəli.

Sual: Uşrunu verdiyimiz buğdanı satıb pula çevirsək, bu pulun da zəkatı verilərmi?

CAVAB

Uşru verilən buğdanın bir daha uşru verilməz. Lakin, satılıb pul halına gətiriləndə, zəkat günündə nisaba daxil edilərək zəkatını vermək lazımdır. 

Sual: Tarlada əkilən kahının uşrunu hər səfərində vermək yerinə, o ilki kahının uşrunu topdan təqdir edib, məsələn 100 kq.  təqdir edib, 10 kq. uşr olaraq verə bilərikmi?

CAVAB

Bəli.

Sual: İcarələdiyim tarlanın uşrunun hamısını mən verməliyəm?

CAVAB

Fiqh kitablarında, “Bir kimsə, tarlasını icarəyə verərsə, məhsulun uşrunu İmamı Azama görə mal sahibi verər. İcarə haqqı yüksək olan yerlərdə fitva belədir. İmameynə görə, icarəçi verər. İcarə haqqı az olan yerlərdə, belə fitva verilər” buyurulur.

            Məsələn, icarə haqqı olaraq 2000 manat verib, xərclər çıxdıqdan sonra 6000 manatlıq məhsul almısınızsa, məhsulun uşrunu siz verirsiniz. Xərclər çıxdıqdan sonra 3000  manatlıq məhsul almısınızsa, tarla sahibi verər. Çünki qazancın yarısından çoxunu mal sahibi almışdır. 1000 manatlıq xərc edib 5000 manatlıq məhsul almısınızsa, 4000 manat almısınız deməkdir. Bunun 2000-i mal sahibinə verdiyiniz üçün, məhsulun yarısının uşrunu siz, yarısınınkını  da mal sahibi verər.

            Uşr verilərkən icarə haqqı və xərclər çıxarılmaz. Lakin, uşru hansı tərəfin verməsi lazım olduğu hesab edilərkən, xərclər nəzərə alınar.

Sual: İşlətdiyim ərazilərdən ayrıca hətta çalışan mikroavtobusum var. Bunun yanında çox nadir olaraq santexnika, motorla ağac kəsmə, kimi kiçik işlərlə məşğul oluram. Buradan əldə etdiyim gəlirin zəkatını ayrıca verəcəyəm, yoxsa məhsulların qazancıyla birləşdirərək verəcəyəm?

CAVAB

Uşr ilə bu qazanclar ayrıdır. Bu qazanclarla nisaba çatırsa zənginsiniz, nisab 96 qr. qızıl və ya o dəyərdə puldur.

Uşrun zəkatı da olur?

Sual: Uşru verilən məhsul bir neçə il saxlansa günah olar? Satılsa pulunun zəkatı verilərmi?

CAVAB

Uşru verilən məhsul bir neçə il saxlansa da günah olmaz. Bir hədisi-şərif məali belədir:

“Zəkatı verilən mal kənz deyildir” (Əbu Davud, Tabərani, Hakim, Hatib, Münavi)

Kənz; yığılmış, anbar edilən mal deməkdir.

            İbni Abidin həzrətləri buyurur ki: Ticarət malının zəkatı verilər. Uşr verməsi lazım olan torpaqlardan hasil olan və miras olaraq ələ keçən və ya hədiyyə kimi qəbul edəndə mülk olan şeylərdə, ticarətə niyyət edilsə də, bunlar ticarət malı olmaz, çünki ticarət niyyəti alverdə olur. Məsələn, uşrunu verən və ya mirasdan əlinə uruz (hər hansı bir mal) keçən kimsə, satmaq niyyətiylə saxlasa, nisab miqdarından çox olsa və bir ildən çox qalsa, zəkatlarını vermək lazım deyildir.  (Rədd-ül-muxtar)

            Bunları satanda və ya kirayəyə verəndə, ələ keçən mal ticarət malı olar. Zəkat günündə nisaba daxil edilər. Qızıl və gümüş əşya və kağız pullar, hər nə surətlə ələ keçərsə keçsin, zəkat malı olarlar.

Az məhsulun uşru

Sual: Zəkata möhtac bir kasıb tarlasından, bağçasından əldə etdiyi az məhsulun uşrunu vermək məcburiyyətindədir? Məsələn belə bir kasıbın 20 kilo pomidorun, 30 kilo badımcanın, 50 kilo almanın, 500 kilo buğdanın uşrunu verməsi lazımdır?

CAVAB

İmamı Azama görə hər tərəvəz və meyvə az olsun, çox olsun, məhsul torpaqdan alındığı vaxt onda birini və ya qiymətini qızıl olaraq müsəlman kasıblara verməsi fərzdir. Heyvan gücü və ya motor ilə sulanan yerdəki məhsul əldə edilincə iyirmidə biri verilər. Uşr verərkən heyvan, toxum, alət, gübrə, dərman və işçi xərcləri çıxarılmaz. Bir sa-dan az məhsulun uşru verilməz. Bir sa, 4 kq-dan bir az çoxdur. 

İmamı Əbu Yusif və İmamı Muhammədə görə uşr vermək üçün torpaqdan çıxan məhsulun (normal şərtlərdə) bir il dayanıqlı olması və miqdarının beş vesqdən çox olması lazımdır. Vesq, 250 kq-lıq bir həcm ölçüsüdür. Beş vesq, 5x250 =1250 kq. edər. Buna görə, iki imam, uşr üçün nisabın 1250 kq. olduğunu bildirməkdədir. Fəqət, fitva İmamı Azamın ictihadına görədir. 

            Hər nə qədər fitva İmamı Azama görə isə də zəkat almağa möhtac kasıb İmameynin ictihadına uyğun olaraq bir il dayanıqlı olmayan meyvə və tərəvəzlər ilə 1250 kq-dan az olan buğda, arpa, mərcimək kimi taxılın uşrunu verməzsə günah olmaz. Digər üç məzhəbdə isə tərəvəz çox olsa da uşrunu vermək lazım deyil. Hanbəlidə qozun uşru olmaz. Maliki və Şafii də badam, küncüd, fıstıq, kətan toxumu, zirə və cirənin uşru olmaz. Hanbəlidə zeytunun uşru olmaz. Şafii və Malikidə isə zeytunun uşru verilər və verilməz deyə fərqli iki qövil vardır.  Maliki və Şafii də balın uşru olmaz. Üç məzhəbdə meyvənin uşrunu təxminən vermək caizdir. Hənəfi məzhəbində təxminən vermək caiz deyildir, çəkmək və ya ölçmək lazımdır. Bir zərurət və ya ehtiyac olanda başqa məzhəb təqlid edilər.

Ev bağçasının uşru

Sual: Tam İlmihalda, “Nə qədər olarsa olsun, ev bağçasındakı meyvə və tərəvəzlər üçün uşr verilməz” deyilir. Bizim Qaradənizdə, demək olar ki, hər kəsin evi bağçanın içindədir. Çox böyük olan bağçalardakı fındıqların, digər meyvə və tərəvəzlərin uşru verilməzmi ?

CAVAB

Verilməsi lazımdır. Ev tarlada, bağçada isə bunun uşru verilər. Lakin, evin yanındakı bağçada yetişdirilən meyvə və tərəvəzlərin uşrunu vermək lazım deyildir. Çünki bu meyvə və tərəvəz ev xalqının ehtiyacı üçün əkilmişdir. Hətta bir qismi satılsa da yenə uşrunu vermək lazım deyildir. Ancaq ev bağçasında sadəcə ticarət niyyətiylə yetişdirilən məhsulun uşru verilər.

Saman və yarpağın uşru olmaz

Sual: Biz üzümü də yarpaqlarını da satırıq. Hər ikisinin uşrunu da verəcəyik? Bir də əkdiyimiz buğdalardan əldə edilən samanları da satırıq, bunların da uşru verilər?

CAVAB

            Üzümün uşru verilər, satılan üzüm yarpağının uşru verilməz. Buğdanın uşru verilər satılan samanın uşru verilməz.  Üzüm yarpağı və samandan əldə edilən pul ilə əldəki mövcud pul, nisaba çatarsa zəkatı verilər. Yəni saman və yarpağın satılması ilə əldə edilən pul nisaba qatılar.   

Üzüm yarpağı və qovaq

Sual: İpək böcəyindən əldə etdiyimiz ipəklərin, tut yarpağının, üzüm yarpağının  və satmaq üzrə yetişdiyimiz qovaqların uşru verilər?  Dağlardan yığılan meyvələrin uşru olar?

CAVAB

            Meyvəsi olmayıb ticarət üçün yetişdirilən qovaq kimi ağacların və istifadə edilən tut yarpaqlarının uşru verilər. İpəyinin uşru verilməz. Üzüm yarpağının uşru olmaz. Üzüm yarpağı çox olub satılarsa, pulu nisaba əlavə edilərək zəkatı verilər. Dağlardan yığılan meyvələrin də uşru verilər.  

Uşru verilən malın zəkatı da verilməz

Sual: Uşru verilən bir məhsul illərcə əldə qalsa zəkatı verilər? Bu məhsulu satıb pula çevirəndə pul nisaba daxil edilər?

CAVAB

İbni  Abidin həzrətləri buyurur ki:

Zəkatla uşr bir arada ola bilməz, yəni bir malın həm uşru həm də zəkatı verilməz. Çünki bir mal da zəkat fərz olarsa uşr fərz olmaz. Bir kimsə tarlasından çıxan məhsulun uşrunu verər, qalan məhsulu da satmağa niyyət edər və üstündən illər keçsə də, o məhsulun zəkatı olmaz. Həmçinin, uşr yeri satın alar, onunla ticarətə niyyət edər, üstündən illər keçərsə hökm yenə belədir. Çünki uşr ərazisindən çıxan məhsulda iki haqq bir araya gəlməsin deyə ticarətə niyyət etmək səhih deyildir. Bunun kimi ticarətə niyyət edərək uşr ərazisi satın alar, oraya bir şey əkərsə o ərazi ticarət üçün olmaz. (Rədd-ül-muxtar)

Tam ilmihalda deyilir ki:

Əşyanın ticarət niyyəti ilə satın alınması lazımdır. Uşr verməsi lazım gələn torpaqlardan hasil olan və miras olaraq ələ keçən və ya hədiyyə, vəsiyyət kimi qəbul edəndə mülk olan şeylərdə ticarətə niyyət edilsə də bunlar ticarət malı olmaz. Çünki ticarət niyyəti alverdə olar. Məsələn tarlasından buğda alıb uşrunu verən və ya mirasdan əlinə mal keçən kimsə satmaq niyyəti ilə saxlasa, nisab miqdarından çox olsa və bir ildən çox qalsa, zəkatlarını vermək lazım gəlməz. Ticarət niyyəti ilə (yəni satmaq üçün) satın aldığı buğdanı tarlasına əksə və ya ticarət üçün aldığı heyvanı, parçanı özü istifadə etməyə niyyət etsə, ticarət malı olmaqdan çıxarlar. Sonra bunları satmağa niyyət edərsə, ticarət malı olmazlar. Bunları satanda və ya kirayəyə verəndə, əlinə keçən mal ticarət malı olar. İstifadə etmək üçün satın aldığı malı aldıqdan sonra və miras olaraq əlinə keçən malı və ya hədiyyə, vəsiyyət, sədəqə kimi özünün qəbul etməsi ilə malik olduğu malı alarkən və ya tarlasından aldığı buğdanı satmağa niyyət etsə, ticarət malı olmazlar. Bunları satsa və satarkən səmənləri (alverdə mala qarşı verilən pul və ya pul yerini tutan misli mal) olan uruzu ticarətdə istifadə etməyə niyyət etsə, bu əvəzləri ticarət malı olarlar. Çünki ticarət bir işdir. Yalnız niyyət ilə olmaz. Başlamaq da lazımdır. Ticarəti tərk etmək isə yalnız niyyət ilə olar. Qızıl və gümüş əşya və kağız pullar, hər nə surətlə ələ keçərsə keçsin, zəkat malı olarlar.

            İbni Abidindən və Tam İlmihaldan açıqca aydın olacağı kimi uşru verilən məhsul, illərcə anbarda saxlansa yenə zəkatı verilməz, fəqət bu məhsul satılıb qızıl və ya kağız pul halına gətirilərsə, ələ keçən bu əvəz ticarət əşyası olar. Zəkata daxil edilər.

Ticarət malının zəkatı verilər

Sual: Zeytun bağçası olan bir sahibkaram. Zeytunların uşrunu dünən verdim. Qalan zeytunu satıb puluyla dükan üçün vəsait aldım, satıram. Sabah zəkat günümdür. Dükandakı malların zəkatını sabah verəcəyəm. Uşrunu verdiyim zeytunlardan əldə etdiyim pulun yenə uşrunu və ya zəkatını verəcəyəm? Kitablarda uşru verilən mal satılıb pula çevriləndə və ya ticarət malı olanda zəkatı verilir, deyilir. Zeytunlatın uşrunu dünən verdim. İndi, bir də sabah zəkatını vermək səhv deyilmi? Uşru verilən bir məhsul illərlə əldə qalsa zəkatı verilər?  Bu məhsulu satıb pula çevirəndə pul nisaba daxil edilər?  

CAVAB

            Ticarət bir işdir, tək niyyətlə olmaz. Başlamaq da lazımdır. Ticarəti tərk etmək isə tək niyyətlə olar. Qızıl və gümüş əşya və kağız pul, nə surətlə ələ keçərsə keçsin, zəkat malı olar. (SəadətiƏbədiyyə)

            Siz o pulu ticarətdə istifadə edirsinizsə, zəkatını da vermək lazımdır. Onsuzda pula çevirəndə ticarət malı olur. Nisaba çatırsa zəkatını vermək lazımdır. Uşru verilən mal satılıb pula çevriləndə zəkat malı yəni ticarət malı olur. Malın xüsusiyyəti dəyişir. Xüsusiyyəti dəyişməsəydi, illərcə qalsa zeytunun təkrar uşru verilməzdi. Ticarət malı olmadığı üçün zəkatı da olmazdı, amma indi xüsusiyyəti dəyişdi, zəkata tabe oldu.

            Kafirə namaz, zəkat, oruc kimi heç bir ibadət fərz deyildir. Kafir Müsəlman olanda iş dəyişər, namaz, oruc fərz olar. Çünki kafir dəyişdi, müsəlman oldu. Bunun kimi, nisabı görürsə zəkat vermək də fərz olar. Əksi də ola bilər. Müsəlman, kafir olsa, artıq ona heç bir ibadət fərz olmaz; çünki köhnə xüsusiyyətini itirdi. 

            Yad bir qız, yad bir kişiyə haramdır. Kəbin ediləndə halalı olar; çünki yeri dəyişdi. Əksi də olar. Yəni ər-arvad nikahlı ikən, boşandıqları an yad olarlar. Yenə yeri dəyişmiş oldu.

            İmam Fatihə oxuyanda camaatın amin deməsi sünnətdir. İmamın səsi mikrofona veriləndə səsin  xüsusiyyəti dəyişir, amin deyənlərin namazı pozulur. Mikrofon səs enerjisini elektrik enerjisinə çevirir, mikrofon da, elektrik enerjisini səs enerjisinə çevirir. Mikrofona, mikrofondan dinamikə verilən səs, eyni sahibinə bənzəsə də fərqli bir səsdir. Meydana gələn yeni səs, danışanın öz səsi deyildir. Elektrik təsiri ilə hasil olan, maqnit qüvvətlərinin titrətdiyi dəmir lövhənin, meydana gətirdiyi başqa bir səsdir. Ona görə də başqa bir səsə amin deyən camaatın namazı pozulmuş olur.

            Şərab haramdır, sirkə halına çevrilsə halal olar. Çünki xüsusiyyəti dəyişib, başqa bir maddə halını almışdır.

            Donuz yağı sabun olarsa, təmiz olar, istifadə edilməsi caiz olar, çünki xüsusiyyət dəyişərək ayrı bir maddə halına gəldi.

            Nəticə: Uşru verilən mal, qırx il qalsa, uşru da zəkatı da verilməz; amma ticarət malı olarsa və ya satılıb pula çevrilərsə zəkat malı olar. Bir gün sonra da zəkat günü gəlsə zəkatını vermək lazımdır.

Balın uşru

Sual:  Balın uşru verilərkən, texniki vəsaitlər və digər xərclər çıxarılar? Neçədə neçəsi verilər?

CAVAB

            Heç bir xərc çıxarılmaz. Balın miqdarı az olsa da, onda birini uşr olaraq, zəkat  alması caiz olan bir və ya bir neçə kasıba vermək fərzdir.

Fidanın uşru

Sual: Fidan alıb, bunları baxıb böyüdərək satan kimsə, ticarət etdiyi üçün bunların zəkatını verər yoxsa uşrunu verər?

CAVAB

            Torpaq məhsullarının uşru olar, çünki özü yetişdirir. Əgər özü yetişdirməyib, hazır fidan alıb fidan satsa idi ticarət malı olub, zəkatı olardı.

Yarpaqların uşru.

Sual: Çay yarpağı, tütün yarpağı, tut yarpağı, pambıq və yoncanın uşru verilər?

CAVAB

Bəli, verilər.

Uşru mislindən vermək

Sual: Uşru verilməyən malın qatını satın alıb vermək caiz olar? Yəni əlimizdəki məhsuldan deyil də,  bazarda eyni xüsusiyyətdə olan başqa məhsuldan satın alıb uşr vermək caizdir?

CAVAB

            Caiz olmaz, fəqət o ilin məhsulundan keçmiş illərin uşru verilə bilər.

Məkil malların uşru

Sual: Ədədə tabe olmayan buğda, arpa, duz və xurmanın uşru, alış və satışı necə olar?

CAVAB

            Bunlar kilo ilə dartılmaz, məkil olaraq ölçülər. Məkil, kiləylə (40kq-lıq ağırlıq ölçüsü), ölçü ilə, yəni həcmlə ölçülən mal deməkdir. Məhsul yetişdirilən yerlərdə 20 litr su ala bilən bir həcm ölçüsünətənəkə, bunun yarısına da şinik deyilir. Tənəkə təxminən 16 litr buğda alır. Yuxarıdakı məhsullar belə ölçü ilə alınıb satılar. Bir dəfəlik üsuluyla da alıb satmaqda zərər olmaz. Yəni bir paket duz, bir paket xurma olaraq da alınıb satıla bilər. Məhsulun uşru qızıl olaraq da verilə bilər. 

Buğdanın uşru

Sual: Buğdanın uşrunu undan və ya başqa bir ilin məhsulu olan buğdadan vermək caizdir?

CAVAB

Bəli, caizdir.

 

28-04-2020, 17:48
Geri