Gözəl İslam / Xəsis zəkati nədir ki?

Xəsis zəkati nədir ki?

Sual: “Qırxda bir zəkat, xəsis zəkatıdır. Zəkatın həddi qaldırılmalıdır” deyilir. Bu həddi bildirən Rəsulullahı xəsislik ilə ittiham etmək caizdir? Rəsulullahın qoyduğu ölçünü hansı islahatçının dəyişdirmə səlahiyyəti vardır?

CAVAB

            Qırxda bir zəkata xəsis zəkatı demək, Rəsulullaha edilən çox pis bir təhqirdir. Quranı-Kərimdə namazların necə qılınacağı, zəkatın nisabı bildirilməmişdir. Bunlar, hədislər ilə açıqlanmışdır. Çünki Quranı-Kərimdə məalən, “Rəsul nəyi əmr etdi isə onu edin, nəyi qadağan etdi isə ondan çəkinin!” buyuruldu. (Həşr, 7)

            Buxari, Əbu Davud, Nəsai kimi mötəbər hədis kitablarında, “Həzrəti Əbu Bəkir, Həzrəti Ənəsi Bəhreynə göndərdiyi vaxt Rəsulullahın möhürü ilə möhürlənmiş bir təlimat verdi”, buyurulur. Fiqh kitablarındakı zəkat nisbətləri Rəsulullahın bu təlimatına görə hazırlanmışdır.

            Hər fiqh kitabında, “Öküzün nisabı otuzdur” deyir. (Tirmizi, Nəsai)

            Hər fiqh kitabında, “Qoyunun nisabı qırxdır” deyir. (Buxari, Nəsai)

            Hər fiqh kitabında, “Beş dəvənin nisabı bir qoyundur” deyir. (Buxari, Nəsai)

            Hər fiqh kitabında, “Məhsulun uşru onda birdir” deyir. Bir hədisi-şərif məali:

“Yağış, bulaq və ya çay suyu ilə sulanan məhsulun uşru onda birdir. Motorla və ya heyvan ilə sulanarsa yarısıdır.” (Buxari, Müslim)

            Hər fiqh kitabında, “Xəzinə zəkatı beşdə birdir” deyir. Bir hədisi-şərif məali:

“Xəzinə zəkatı beşdə birdir.” (Buxari, Müslim)

            Hər fiqh kitabında, “Qızıl və gümüşün zəkatı qırxda birdir” deyir. İki hədisi-şərif məali:

“ Gümüş pulların zəkatı qırxda birdir” (Tirmizi, Əbu Davud, Nəsai)

“Qızıl və gümüşün zəkatı qırxda birdir.” (Buxari, Əbu Davud,  Nəsai)

            Hər fiqh kitabında, “Balın zəkatı onda birdir” deyir. Bir hədisi-şərifdə,

“Balın zəkatı onda birdir” buyuruldu. (Tirmizi)

            Göründüyü kimi Rəsulullah “sallallahu aleyhi və səlləm” zəkatda ölçünü bildirmişdir. Bu ölçüləri heç kimin deyişdirməyə haqqı yoxdur. Məzhəblər, fərqlı hədisləri nəzərə alaraq fərqli görüşlərdə olsalar da qırxda bir ölçüsünə heç biri toxunmamışdır. Bu ölçünü deyişdirmək dində islahat olar.  Dində islahat isə dinsizlikdir.

 

14-04-2018, 16:09
Geri