Gözəl İslam / Bone istifadə etmək

Bone istifadə etmək

Sual: “Fransızlardan gələn və taxılan zaman şərfin altından görünən boneni qadınların istifa etməsi caiz deyil. Bonenin görünməsi alt paltarın görünməsi kimidir” deyilir. Bu doğrudurmu?


CAVAB

Xeyir, doğru deyil. Bone saçları yığmaq və kənardan görünməməsi üçün istifadə olunur. Əgər bone taxılmasa, şərf sürüşər və saçlar görünə bilər. Bu baxımdan uyğun bir örtükdür. Diqqəti cəlb etməmək üçün bone kənardan görünməməlidir.

Şərf və ya bonenin qeyri-müsəlmanlardan gəlməsinin heç bir zərəri yoxdur. İbadətlərə məxsus olmayan şeyləri istifadə etmək caizdir. Diqqətçəkən ipək bir şərfi müsəlmanlar istehsal etsə belə, ondan istifadə etmək düzgün deyil. Sadə, yəni uyğun olan bir şərfi qeyri-müsəlman belə, istehsal etsə, zərəri yoxdur.

Peyğəmbər əfəndimizin rahib ayaqqabısı və yunan cübbəsi geyindiyi hədisi-şəriflə bildirildi. [Məvahib, Tirmizi]

Bonenin görünməsi

Sual: “Şərfin altından bonenin görünməsi günahdır” deyirlər. Nə üçün günahdır?


CAVAB

Günah deyildir. Bone saçların görünməsinin qarşısını almaq üçün istifadə olunur. Bone taxılmasa, şərf sürüşər və saçlar görünə bilər. Bu baxımdan şərflə örtünənin bone taxması yaxşıdır. Diqqəti cəlb etməmək üçün bone mümkün qədər kənardan görünməməlidir. Əgər şərfin rəngi ilə bonenin rəngi bənzəyirsə, görünsə belə, daha az diqqət çəkər. Məsələn, boz bone ilə boz şərf olarsa, çox diqqət çəkməz.

Bone al paltarı deyil

Sual: Əhli-sünnət alimlərinə zidd fikirləri ilə tanınan bir şəxs söhbətlərimizin birində “Bone alt paltarıdır. Başda görünməsi alt paltarın görünməsi kimi haramdır” deyir. Mən də kitablarda mübahların yazılmadığını, ancaq günah olan şeylərin yazıldığını söylədim. “Heç bir kitabda bonenin başda görünməsinin günah olduğu yazılmayıb” dedim. Kitablarda olmayan bir şeyin öz ağlı ilə günah olduğunu söyləmək, harama halal və ya halala haram demək  təhlükəli deyilmi?


CAVAB

Əlbəttə, çox təhlükəlidir. Bir hədisi-şərif:

“Hökm verməkdə, fətva söyləməkdə ən cürətli şəxs Cəhənnəmə getməyə ən cürətli şəxsdir.” [Darimi]

Böyüklərimiz “Cahil cəsarətli [cəsur] olar” buyurur. Yəni, “Cahil günah işləməkdə cəsur olur, qorxmadan günah işləyir” deməkdir. Halbuki, fətva verməyə can atmaq, cəsarət göstərmək yanlışdır. Bir hədisi-şərif:

“Bilmədən fətva verənə, yerdəki və göydəki mələklər lənət edər.”

[İbni Lal, İbni Asakir]

Bone alt paltarı deyildir. Sökülmüş köynəyimizdən və ya şalvarımızdan bir az alt paltarımız görünsə, görüntü xoş olmadığı üçün haram işləmiş oluruqmu? Kitablarda olmayan hökmlər üçün haramdır demək, məsuliyyətli bir işdir.

 

3-05-2023, 13:35
Geri