Gözəl İslam / Çarşab və açıq gəzmək

Çarşab və açıq gəzmək

Sual “Plaş geyinməyin adət olduğu yerdə çarşab geyinmək fitnəyə səbəb olur demək, qadınların açıq gəzdiyi yerlərdə fitnəyə səbəb olmamaq üçün açıq gəzmək lazımdır deməkdir” deyənlər olur. Belə bir müqayisə müsəlmana yaraşarmı?

CAVAB

Bu müqayisə plaş geyinməyi çılpaq gəzməkdən daha pis hesab edən zay təfəkkürün məhsuludur. Hansı müsəlman belə bir müqayisə edə bilər ki? Özü də çarşab geyinmək dinin əmri deyildir. Rəsulullahın və Əshabi-kiramın xanımları əsla çarşab geyinməmişdir. Əbdülhəmid xan həzrətləri Türkiyəyə girməsini qadağan etmişsə də, dəbin qarşısını ala bilməmişdi. Dinimiz çarşab geyinin demir, örtünün deyir. Dində müəyyən bir geyim forması yoxdur buyurur. “Dürr-ül-mültəqidə” adlı qiymətli kitabın dördüncü səhifəsində “İslamiyyət qadınların örtünməsi üçün müəyyən bir örtü əmr etmədi” buyurulur. Buna rəğmən, çarşabı fərz kimi qəbul etmək cahillik deyildirsə, bəs nədir?

Bütün məsələ fitnənin nə olduğunu bilməməkdən irəli gəlir. Din kitablarında fitnə belə izah edilir:

Fitnə müsəlmanlar arasında ayrı-seçkilik etmək, onları sıxıntıya, zərərə, günaha salmaq, insanları iğtişaşa sövq etmək deməkdir. [Hədiqə, Bəriqa]

Məsələn, qanunların əleyhinə danışıb həbsə düşmək fitnədir, cihad deyildir. Özünü pis vəziyyətə salmaqdır. Müsəlman Allaha qarşı günah işləməz, qanunlara qarşı çıxıb cinayət işləməz. Qanunlara qarşı çıxaraq cinayət işləyib cəzalanmaq zərərə məruz qalmaq olduğu üçün fitnədir. Əsgərliyə gedən saqqallı bir şəxsin “saqqalımı kəsdirmərəm” deməsi fitnədir.

Əlbəttə ki, günah olan işlərdə adətə riayət etmək olmaz. Müsəlmanlara qarşı bu böhtanı ancaq fitnə törədənlər edə bilər. Bir ibadəti yerinə yetirmək və ya haramdan çəkinmək fitnəyə səbəb olacaqsa, onun qarşısını almaq üçün hərəkət edilər. Belə bir halda fərz olan ibadətləri, məsələn, namazı, orucu belə gizlətmək lazım gələ bilər, çünki işindən-gücündən olacağı kimi, dinə zidd olan qanunların çıxmasına, yəni fitnəyə də səbəb ola bilər. Bu bəladan xilas olmaq üçün ibadətlərini gizlətməlidir. Bir hədisi-şərif məalı belədir:

 

“Elə bir zaman gələr ki, indi aranızda münafiqlərin küfrlərini gizlədiyi [ibadət etmiş göründüyü] kimi, o zaman da möminlər gizlənər. [İbadətləri gizli edər.]” [İbni Sünni]

Fərz ibadətlər belə gizli edildikdə, təbii ki, adətə aid sünnətləri gizlətmək və ya lazım gəldikdə tərk etmək lazımdır.

 

28-04-2023, 16:45
Geri